< Yeşua 17 >
1 Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu.
Èyí ní ìpín ẹ̀yà Manase tí í ṣe àkọ́bí Josẹfu, fún Makiri, àkọ́bí Manase. Makiri sì ni baba ńlá àwọn ọmọ Gileadi, tí ó ti gba Gileadi àti Baṣani nítorí pé àwọn ọmọ Makiri jẹ́ jagunjagun ńlá.
2 Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi.
Nítorí náà ìpín yìí wà fún ìyókù àwọn ènìyàn Manase: ní agbo ilé Abieseri, Heleki, Asrieli, Ṣekemu, Heferi àti Ṣemida. Ìwọ̀nyí ní àwọn ọmọ ọkùnrin Manase ọmọ Josẹfu ní agbo ilé wọn.
3 Lakin Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın oğlanları yox idi, ancaq qızları var idi. Qızlarının adları belə idi: Maxla, Noa, Xoqla, Milka, Tirsa.
Nísinsin yìí Selofehadi ọmọ Heferi, ọmọ Gileadi, ọmọ Makiri, ọmọ Manase, kò ní ọmọkùnrin, bí kò ṣe àwọn ọmọbìnrin, tí orúkọ wọn jẹ́: Mahila, Noa, Hogla, Milka àti Tirsa.
4 Onlar kahin Eleazarın, Nun oğlu Yeşuanın və rəhbərlərin qarşısına gəlib dedilər: «Rəbb Musaya buyurmuşdu ki, soydaşlarımızın yanında bizə irs torpaq versin». Onda Yeşua Rəbbin əmrinə görə atalarının kişi qohumları arasında onlara irs olaraq torpaq verdi.
Wọ́n sì lọ bá Eleasari àlùfáà, Joṣua ọmọ Nuni, àti àwọn olórí wí pé, “Olúwa pàṣẹ fún Mose láti fún wa ní ìní ní àárín àwọn arákùnrin wa.” Bẹ́ẹ̀ ni Joṣua fún wọn ní ìní pẹ̀lú àwọn arákùnrin baba wọn, gẹ́gẹ́ bí àṣẹ Olúwa.
5 Menaşşeyə İordan çayının o tayında olan Gilead və Başan torpağından başqa on hissə torpaq da düşdü,
Ìpín ilẹ̀ Manase sì jẹ́ ìsọ̀rí mẹ́wàá ní ẹ̀bá Gileadi àti Baṣani ìlà-oòrùn Jordani,
6 çünki Menaşşe qızları da onun oğulları arasından irs olaraq torpaq aldılar. Gilead diyarı Menaşşenin qalan oğullarına məxsus idi.
nítorí tí àwọn ọmọbìnrin ẹ̀yà Manase gba ìní ní àárín àwọn ọmọkùnrin. Ilẹ̀ Gileadi sì jẹ́ ti ìyókù àwọn ọmọ Manase.
7 Menaşşenin sərhədi Aşerdən Şekemin şərqində olan Mikmetata uzanaraq cənuba tərəf En-Tappuah əhalisinin yerlərinə gəlib çatırdı.
Agbègbè Manase sì fẹ̀ láti Aṣeri títí dé Mikmeta ní ìlà-oòrùn Ṣekemu. Ààlà rẹ̀ sì lọ sí ìhà gúúsù títí tó fi dé ibi tí àwọn ènìyàn ń gbé ní Tapua,
8 Tappuah torpağı Menaşşenin idi, amma Menaşşe sərhədində olan Tappuah şəhəri isə Efrayim oğullarına məxsus idi.
(Manase lo ni ilẹ̀ Tapua, ṣùgbọ́n Tapua fúnra rẹ̀ to wà ni ààlà ilẹ̀ Manase jẹ ti àwọn ará Efraimu.)
9 Sərhəd Qana vadisinə enirdi. Bu vadinin cənubunda olan şəhərlər Menaşşenin şəhərləri arasında olsa da, Efrayimin idi. Menaşşenin sərhədi vadinin şimal tərəfində idi, sonu isə dənizdə qurtarırdı.
Ààlà rẹ̀ sì sọ̀kalẹ̀ lọ odò Kana, ní ìhà gúúsù odò náà. Àwọn ìlú tí ó jẹ́ ti Efraimu wà ní àárín àwọn ìlú Manase, ṣùgbọ́n ààlà Manase ni ìhà àríwá odò náà, ó sì yọ sí Òkun.
10 Sərhədin cənubu Efrayimin, şimalı isə Menaşşenin idi. Dəniz də Menaşşenin sərhədi idi. Sərhəd şimaldan Aşerə, şərqdən İssakara gedib çatırdı.
Ìhà gúúsù ilẹ̀ náà jẹ́ ti Efraimu, ṣùgbọ́n ìhà àríwá jẹ́ ti Manase. Ilẹ̀ Manase dé Òkun, Aṣeri sì jẹ́ ààlà rẹ̀ ní àríwá, nígbà tí Isakari jẹ́ ààlà ti ìlà-oòrùn.
11 İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi.
Ní àárín Isakari àti Aṣeri, Manase tún ni Beti-Ṣeani, Ibleamu àti àwọn ènìyàn Dori, Endori, Taanaki àti Megido pẹ̀lú àwọn abúlé tí ó yí wọn ká (ẹ̀kẹ́ta nínú orúkọ wọn ní Nafoti).
12 Menaşşe övladları bu şəhərlərdə yaşayanları qova bilmədilər, buna görə Kənanlılar da bu torpaqda qaldılar.
Síbẹ̀, àwọn ọmọ Manase kò lè gba àwọn ìlú wọ̀nyí, nítorí àwọn ará Kenaani ti pinnu láti gbé ní ilẹ̀ náà.
13 İsraillilər qüvvətlənəndə Kənanlıları özlərinə mükəlləfiyyətçi etdilər, amma tamamilə qovmadılar.
Ṣùgbọ́n nígbà tí àwọn ará Israẹli di alágbára, wọ́n mú àwọn ọmọ Kenaani sìn, ṣùgbọ́n wọn kò lé wọn jáde pátápátá.
14 Yusif övladları Yeşuaya belə dedilər: «İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib».
Àwọn ọmọ Josẹfu sì wí fún Joṣua pé, “Èéṣe tí ìwọ fi fún wa ní ìpín ilẹ̀ kan àti ìdákan ní ìní? Nítorí àwa jẹ́ ọ̀pọ̀ ènìyàn tí Olúwa ti bùkún lọ́pọ̀lọ́pọ̀.”
15 Yeşua onlara dedi: «Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölgəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin».
Joṣua dá wọn lóhùn pé, “Bí ẹ bá pọ̀ bẹ́ẹ̀, tí òkè ìlú Efraimu bá kéré fún yin, ẹ gòkè lọ sí igbó kí ẹ sì ṣán ilẹ̀ òkè fún ara yín ní ibẹ̀ ní ilẹ̀ àwọn ará Peresi àti ará Refaimu.”
16 Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var».
Àwọn ènìyàn Josẹfu dáhùn pé, “Òkè kò tó fún wa, bẹ́ẹ̀ ni gbogbo àwọn ará Kenaani tí ó gbé ní pẹ̀tẹ́lẹ̀, àti gbogbo àwọn tí ń bẹ ní Beti-Ṣeani àti àwọn ìletò àti àwọn tí ń gbé ní àfonífojì Jesreeli ní kẹ̀kẹ́ ogun onírin.”
17 Onda Yeşua Yusif nəslinə – Efrayimlilərə və Menaşşelilərə belə dedi: «Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür, ona görə sizə bir püşk kifayət deyil.
Ṣùgbọ́n Joṣua sọ fún àwọn ilé Josẹfu: fún Efraimu àti Manase pé, “Lóòtítọ́ ni ẹ pọ̀ lọ́pọ̀lọ́pọ̀, ẹ sì jẹ́ alágbára. Ẹ̀yin kí yóò sì ní ìpín kan ṣoṣo.
18 Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz».
Ṣùgbọ́n ilẹ̀ orí òkè igbó jẹ́ tiyín pẹ̀lú. Ẹ ṣán ilẹ̀ náà, òpin rẹ̀ yóò jẹ́ tiyín pátápátá. Bí ó tilẹ̀ jẹ́ pé àwọn ará Kenaani ní kẹ̀kẹ́ ogun irin, tí ó sì jẹ́ pé wọ́n ní agbára, síbẹ̀ ẹ lè lé wọn jáde.”