< Yeşua 16 >

1 Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı.
ויצא הגורל לבני יוסף מירדן יריחו למי יריחו מזרחה המדבר עלה מיריחו בהר בית אל׃
2 Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi.
ויצא מבית אל לוזה ועבר אל גבול הארכי עטרות׃
3 Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.
וירד ימה אל גבול היפלטי עד גבול בית חורן תחתון ועד גזר והיו תצאתו ימה׃
4 Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.
וינחלו בני יוסף מנשה ואפרים׃
5 Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi.
ויהי גבול בני אפרים למשפחתם ויהי גבול נחלתם מזרחה עטרות אדר עד בית חורן עליון׃
6 Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı.
ויצא הגבול הימה המכמתת מצפון ונסב הגבול מזרחה תאנת שלה ועבר אותו ממזרח ינוחה׃
7 Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı.
וירד מינוחה עטרות ונערתה ופגע ביריחו ויצא הירדן׃
8 Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır.
מתפוח ילך הגבול ימה נחל קנה והיו תצאתיו הימה זאת נחלת מטה בני אפרים למשפחתם׃
9 Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.
והערים המבדלות לבני אפרים בתוך נחלת בני מנשה כל הערים וחצריהן׃
10 Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.
ולא הורישו את הכנעני היושב בגזר וישב הכנעני בקרב אפרים עד היום הזה ויהי למס עבד׃

< Yeşua 16 >