< Yeşua 10 >
1 Yerusəlim padşahı Adoni-Sedeq Yeşuanın Ay şəhərini alıb tamamilə məhv etməsini, Yerixo ilə padşahının, Ay şəhəri ilə padşahının başına gətirdiyini və Giveon əhalisinin İsraillilərlə sülh bağlayıb onların arasında olduqlarını eşitdi.
Now when Adoni-Zedek king of Jerusalem heard how Joshua had taken Ai, and had utterly destroyed it; as he had done to Jericho and her king, so he had done to Ai and her king; and how the inhabitants of Gibeon had made peace with Israel, and were amongst them,
2 O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi.
they were very afraid, because Gibeon was a great city, as one of the royal cities, and because it was greater than Ai, and all its men were mighty.
3 Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi:
Therefore Adoni-Zedek king of Jerusalem sent to Hoham king of Hebron, Piram king of Jarmuth, Japhia king of Lachish, and Debir king of Eglon, saying,
4 «Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb».
“Come up to me and help me. Let’s strike Gibeon; for they have made peace with Joshua and with the children of Israel.”
5 Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular.
Therefore the five kings of the Amorites, the king of Jerusalem, the king of Hebron, the king of Jarmuth, the king of Lachish, and the king of Eglon, gathered themselves together and went up, they and all their armies, and encamped against Gibeon, and made war against it.
6 Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib».
The men of Gibeon sent to Joshua at the camp at Gilgal, saying, “Don’t abandon your servants! Come up to us quickly and save us! Help us; for all the kings of the Amorites that dwell in the hill country have gathered together against us.”
7 Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar.
So Joshua went up from Gilgal, he and the whole army with him, including all the mighty men of valour.
8 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək».
The LORD said to Joshua, “Don’t fear them, for I have delivered them into your hands. Not a man of them will stand before you.”
9 Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi.
Joshua therefore came to them suddenly. He marched from Gilgal all night.
10 Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar.
The LORD confused them before Israel. He killed them with a great slaughter at Gibeon, and chased them by the way of the ascent of Beth Horon, and struck them to Azekah and to Makkedah.
11 Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.
As they fled from before Israel, while they were at the descent of Beth Horon, the LORD hurled down great stones from the sky on them to Azekah, and they died. There were more who died from the hailstones than those whom the children of Israel killed with the sword.
12 Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində».
Then Joshua spoke to the LORD in the day when the LORD delivered up the Amorites before the children of Israel. He said in the sight of Israel, “Sun, stand still on Gibeon! You, moon, stop in the valley of Aijalon!”
13 İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı.
The sun stood still, and the moon stayed, until the nation had avenged themselves of their enemies. Isn’t this written in the book of Jashar? The sun stayed in the middle of the sky, and didn’t hurry to go down about a whole day.
14 Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
There was no day like that before it or after it, that the LORD listened to the voice of a man; for the LORD fought for Israel.
15 Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
Joshua returned, and all Israel with him, to the camp to Gilgal.
16 Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.
These five kings fled, and hid themselves in the cave at Makkedah.
17 «Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.
Joshua was told, saying, “The five kings have been found, hidden in the cave at Makkedah.”
18 Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.
Joshua said, “Roll large stones to cover the cave’s entrance, and set men by it to guard them;
19 Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».
but don’t stay there. Pursue your enemies, and attack them from the rear. Don’t allow them to enter into their cities; for the LORD your God has delivered them into your hand.”
20 Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.
When Joshua and the children of Israel had finished killing them with a very great slaughter until they were consumed, and the remnant which remained of them had entered into the fortified cities,
21 Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.
all the people returned to the camp to Joshua at Makkedah in peace. None moved his tongue against any of the children of Israel.
22 O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin».
Then Joshua said, “Open the cave entrance, and bring those five kings out of the cave to me.”
23 Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər.
They did so, and brought those five kings out of the cave to him: the king of Jerusalem, the king of Hebron, the king of Jarmuth, the king of Lachish, and the king of Eglon.
24 Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular.
When they brought those kings out to Joshua, Joshua called for all the men of Israel, and said to the chiefs of the men of war who went with him, “Come near. Put your feet on the necks of these kings.” They came near, and put their feet on their necks.
25 Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək».
Joshua said to them, “Don’t be afraid, nor be dismayed. Be strong and courageous, for the LORD will do this to all your enemies against whom you fight.”
26 Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar.
Afterward Joshua struck them, put them to death, and hanged them on five trees. They were hanging on the trees until the evening.
27 Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.
At the time of the going down of the sun, Joshua commanded, and they took them down off the trees, and threw them into the cave in which they had hidden themselves, and laid great stones on the mouth of the cave, which remain to this very day.
28 Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
Joshua took Makkedah on that day, and struck it with the edge of the sword, with its king. He utterly destroyed it and all the souls who were in it. He left no one remaining. He did to the king of Makkedah as he had done to the king of Jericho.
29 Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular.
Joshua passed from Makkedah, and all Israel with him, to Libnah, and fought against Libnah.
30 Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.
The LORD delivered it also, with its king, into the hand of Israel. He struck it with the edge of the sword, and all the souls who were in it. He left no one remaining in it. He did to its king as he had done to the king of Jericho.
31 Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular.
Joshua passed from Libnah, and all Israel with him, to Lachish, and encamped against it, and fought against it.
32 Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər.
The LORD delivered Lachish into the hand of Israel. He took it on the second day, and struck it with the edge of the sword, with all the souls who were in it, according to all that he had done to Libnah.
33 O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.
Then Horam king of Gezer came up to help Lachish; and Joshua struck him and his people, until he had left him no one remaining.
34 Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular.
Joshua passed from Lachish, and all Israel with him, to Eglon; and they encamped against it and fought against it.
35 Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər.
They took it on that day, and struck it with the edge of the sword. He utterly destroyed all the souls who were in it that day, according to all that he had done to Lachish.
36 Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular.
Joshua went up from Eglon, and all Israel with him, to Hebron; and they fought against it.
37 Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər.
They took it, and struck it with the edge of the sword, with its king and all its cities, and all the souls who were in it. He left no one remaining, according to all that he had done to Eglon; but he utterly destroyed it, and all the souls who were in it.
38 Yeşua və onunla birgə bütün İsraillilər Devirə qayıtdılar və oradakılarla vuruşdular.
Joshua returned, and all Israel with him, to Debir, and fought against it.
39 Deviri, onun padşahını və bütün kəndlərini alaraq əhalisini qılıncdan keçirdilər. Orada olan bütün adamları tamamilə məhv etdilər, heç kimi sağ qoymadılar. Yeşua Xevronun, Livnanın və onun padşahının başına gətirdiyini Devirin və onun padşahının da başına gətirdi.
He took it, with its king and all its cities. They struck them with the edge of the sword, and utterly destroyed all the souls who were in it. He left no one remaining. As he had done to Hebron, so he did to Debir, and to its king; as he had done also to Libnah, and to its king.
40 Yeşua bütün ölkəni – dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu və bütün o yerlərin padşahlarını qırdı. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi heç kəsi sağ qoymadı, hər nəfəs alan adamı tamamilə məhv etdi.
So Joshua struck all the land, the hill country, the South, the lowland, the slopes, and all their kings. He left no one remaining, but he utterly destroyed all that breathed, as the LORD, the God of Israel, commanded.
41 Yeşua Qadeş-Barneadan Qəzzəyə və Giveona qədər bütün Qoşen diyarında yaşayanları qırdı.
Joshua struck them from Kadesh Barnea even to Gaza, and all the country of Goshen, even to Gibeon.
42 Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu.
Joshua took all these kings and their land at one time because the LORD, the God of Israel, fought for Israel.
43 Yeşua və onunla birgə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
Joshua returned, and all Israel with him, to the camp to Gilgal.