< Yunus 1 >

1 Rəbbin sözü Amittay oğlu Yunusa nazil oldu:
ヱホバの言アミタイの子ヨナに臨めりいはく
2 «Qalx, Ninevaya – o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır».
起てかの大なる邑ニネベに往きこれを呼はり責よ そは其惡わが前に上り來ればなりと
3 Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlarla birlikdə Tarşişə gedən gəmiyə mindi.
然るにヨナはヱホバの面をさけてタルシシへ逃れんと起てヨツパに下り行けるが機しもタルシシへ往く舟に遇ければその價値を給へヱホバの面をさけて偕にタルシシへ行んとてその舟に乗れり
4 Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı, dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı.
時にヱホバ大風を海の上に起したまひて烈しき颺風海にありければ舟は幾んど破れんとせり
5 Gəmiçilər qorxuya düşüb hər biri öz allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi.
かかりしかば船夫恐れて各おのれの神を呼び又舟を輕くせんとてその中なる載荷を海に投すてたり 然るにヨナは舟の奧に下りゐて臥て酣睡せり
6 Gəmi rəisi onun yanına gəlib dedi: «Sən nə yatırsan? Qalx, öz allahını çağır. Bəlkə sənin allahın bizi yada salar və biz məhv olmarıq».
船長來りて彼に云けるは汝なんぞかく酣睡するや起きて汝の神を呼べあるひは彼われらを眷顧て淪亡ざらしめんと
7 Gəmiçilər bir-birlərinə dedi: «Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?» Püşk atdılar və püşk Yunusa düşdü.
かくて人衆互に云けるは此災の我儕にのぞめるは誰の故なるかを知んがため去來鬮を掣んと やがて鬮をひきしに鬮ヨナに當りければ
8 O zaman Yunusdan soruşdular: «Bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan?»
みな彼に云けるはこの災禍なにゆゑに我らにのぞめるか請ふ告げよ 汝の業は何なるや 何處より來れるや 汝の國は何處ぞや 何處の民なるや
9 Yunus cavab verdi: «Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram».
ヨナ彼等にいひけるは我はヘブル人にして海と陸とを造りたまひし天の神ヱホバを畏るる者なり
10 Onlar çox qorxdu və dedi: «Sən bunu nə üçün etdin?» Çünki Yunusun Rəbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər, bunu onlara özü nəql etmişdi.
是に於て船夫甚だしく懼れて彼に云けるは汝なんぞ其事をなせしやと その人々は彼がヱホバの面をさけて逃れしなるを知れり 其はさきにヨナ彼等に告げたればなり
11 Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular: «Səninlə nə edək ki, dəniz qarşımızda sakitləşsin?»
遂に船夫彼にいひけるは我儕のために海を靜かにせんには汝に如何がなすべきや 其は海いよいよ甚だしく狂蕩たればなり
12 Yunus onlara dedi: «Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər, çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib».
ヨナ彼等に曰けるはわれを取りて海に投いれよ さらば海は汝等の爲に靜かにならん そはこの大なる颺風の汝等にのぞめるはわが故なるを知ればなり
13 Lakin gəmiçilər sahilə yan almaq üçün səylə avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki dəniz onlara qarşı get-gedə coşurdu.
されど船夫は陸に漕もどさんとつとめたりしが終にあたはざりき 其は海かれらにむかひていよいよ烈しく蕩たればなり
14 O zaman onlar Rəbbə fəryad edərək dedilər: «Ya Rəbb, Sənə yalvarırıq, qoyma bu adamın canından ötrü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın! Çünki Sən, ya Rəbb, Öz istədiyini etmisən».
ここにおいて彼等ヱホバに呼はりて曰けるはヱホバよこひねがはくは此人の命の爲に我儕を滅亡したまふ勿れ 又罪なきの血をわれらに歸したまふなかれ そはヱホバよ汝 聖意にかなふところを爲し給へるなればなりと
15 Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı.
すなわちヨナを取りて海に投入たり しかして海のあるることやみぬ
16 Onda adamlar Rəbdən bərk qorxdu və Rəbbə qurban təqdim edərək əhd etdi.
かかりしかばその人々おほいにヱホバを畏れヱホバに犧牲を獻げ誓願を立たり
17 Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı.
さてヱホバすでに大なる魚を備へおきてヨナを呑しめ給へり ヨナは三日三夜魚の腹の中にありき

< Yunus 1 >