< Yəhya 6 >
1 Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi.
Potom odšel Ježíš za moře Galilejské neb Tiberiadské.
2 Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü.
A šel za ním zástup veliký; nebo viděli divy jeho, kteréž činil nad nemocnými.
3 İsa dağa çıxıb şagirdləri ilə oturdu.
I všel na horu Ježíš, a tam seděl s učedlníky svými.
4 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.
Byla pak blízko velikanoc, svátek Židovský.
5 İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?»
Tedy pozdvih očí Ježíš, a viděv, že zástup veliký jde k němu, dí Filipovi: Kde nakoupíme chlebů, aby pojedli tito?
6 Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi.
(Ale to řekl, pokoušeje ho; nebo on věděl, co by měl učiniti.)
7 Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin».
Odpověděl jemu Filip: Za dvě stě peněz chlebů nepostačí jim, aby jeden každý z nich něco maličko vzal.
8 Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi:
Dí jemu jeden z učedlníků jeho, Ondřej, bratr Šimona Petra:
9 «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?»
Jestiť mládenček jeden zde, kterýž má pět chlebů ječných a dvě rybičky. Ale coť jest to mezi tak mnohé?
10 İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi.
I řekl Ježíš: Rozkažte lidu, ať se usadí. A bylo trávy mnoho na tom místě. I posadilo se mužů v počtu okolo pěti tisíců.
11 O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı.
Tedy Ježíš vzal ty chleby, a díky učiniv, rozdával učedlníkům, učedlníci pak sedícím; též podobně z těch rybiček, jakž mnoho chtěli.
12 Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın».
A když byli nasyceni, řekl učedlníkům svým: Zbeřte ty drobty, kteříž zůstali, ať nezhynou.
13 Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular.
I sebrali a naplnili dvanácte košů drobtů z těch pěti chlebů ječných, kteříž pozůstali po těch, kteříž jedli.
14 O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi.
Ti pak lidé, uzřevše ten div, kterýž učinil Ježíš, pravili: Tento jest jistě prorok, kterýž měl přijíti na svět.
15 İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
Tedy Ježíš věda, že by měli přijíti a chytiti jej, aby ho učinili králem, ušel na horu opět sám jediný.
16 Axşam çatanda İsanın şagirdləri gölə enib
Když pak byl večer, sstoupili učedlníci jeho k moři.
17 bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi.
A vstoupivše na lodí, plavili se přes moře do Kafarnaum. A bylo již tma, a nepřišel byl Ježíš k nim.
18 Güclü külək əsdiyindən göl dalğalanırdı.
Moře pak dutím velikého větru zdvihalo se.
19 Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular,
A odplavivše se honů jako pětmecítma neb třidceti, uzřeli Ježíše, an chodí po moři, a přibližuje se k lodí. I báli se.
20 amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
On pak řekl jim: Jáť jsem, nebojte se.
21 Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.
I vzali ho na lodí ochotně, a hned lodí přiběhla k zemi, do kteréž se plavili.
22 Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.
Nazejtří zástup, kterýž byl za mořem, viděv, že jiné lodičky nebylo, než ta jedna, na kterouž byli vstoupili učedlníci jeho, a že Ježíš nebyl všel s učedlníky svými na lodí, ale sami učedlníci jeho byli se plavili,
23 O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər.
(Jiné pak lodí byly připlouly od Tiberiady k tomu místu blízko, kdež byli jedli chléb, když díky učinil Pán, )
24 Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
Když tedy uzřel zástup, že Ježíše tu není, ani učedlníků jeho, vstoupili i oni na lodí, a přijeli do Kafarnaum, hledajíce Ježíše.
25 İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.
A nalezše ho za mořem, řekli jemu: Mistře, kdy jsi sem přišel?
26 İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.
Odpověděl jim Ježíš a řekl: Amen, amen pravím vám: Hledáte mne, ne proto že jste divy viděli, ale že jste jedli chleby a nasyceni jste.
27 Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». (aiōnios )
Pracujte ne o pokrm, kterýž hyne, ale o ten pokrm, kterýž zůstává k životu věčnému, kterýž Syn člověka dá vám. Nebo tohoť potvrdil Bůh Otec. (aiōnios )
28 Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?»
Tedy řekli jemu: Co budeme činiti, abychom dělali dílo Boží?
29 İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
Odpověděl Ježíš a řekl jim: Totoť jest to dílo Boží, abyste věřili v toho, kteréhož on poslal.
30 Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?
I řekli jemu: Jakéž pak ty znamení činíš, abychom viděli a věřili tobě? Co děláš?
31 Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».
Otcové naši jedli mannu na poušti, jakož psáno jest: Chléb s nebe dal jim jísti.
32 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır.
Tedy řekl jim Ježíš: Amen, amen pravím vám: Ne Mojžíš dal vám chléb s nebe, ale Otec můj vám dává ten chléb s nebe pravý.
33 Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
Nebo chléb Boží ten jest, kterýž sstupuje s nebe, a dává život světu.
34 Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
I řekli jemu: Pane, dávejž nám chléb ten vždycky.
35 İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
Ježíš pak řekl jim: Jáť jsem ten chléb života. Kdož přichází ke mně, nebude nikoli lačněti, a kdož věří ve mne, nebude žízniti nikdy.
36 Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.
Ale pověděl jsem vám, anobrž viděli jste mne, a nevěříte.
37 Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
Všecko, což mi dává Otec, ke mně přijde, a toho, kdož ke mně přijde, nevyvrhu ven.
38 Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
Nebo jsem sstoupil s nebe, ne abych činil vůli svou, ale vůli toho, kterýž mne poslal.
39 Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim.
Tatoť jest pak vůle toho, kterýž mne poslal, Otcova, abych ničeho toho, což mi dal, neztratil, ale vzkřísil to v nejposlednější den.
40 Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». (aiōnios )
A tatoť jest vůle toho, kterýž mne poslal, aby každý, kdož vidí Syna a věří v něho, měl život věčný. A jáť jej vzkřísím v den nejposlednější. (aiōnios )
41 Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib
I reptali Židé na něho, že řekl: Já jsem chléb ten, kterýž jsem s nebe sstoupil.
42 dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?»
A pravili: Zdaliž tento není Ježíš, syn Jozefův, jehož my otce i matku známe? Kterak pak dí tento: S nebe jsem sstoupil?
43 İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin.
Tedy odpověděl Ježíš a řekl jim: Nerepcete vespolek.
44 Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.
Žádný nemůž přijíti ke mně, jediné leč Otec můj, kterýž mne poslal, přitrhl by jej; a jáť jej vzkřísím v den nejposlednější.
45 Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir.
Psáno jest v prorocích: A budou všickni učeni od Boha. Protož každý, kdož slyšel od Otce a naučil se, jdeť ke mně.
46 Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb.
Ne že by kdo viděl Otce, jediné ten, kterýž jest od Boha, tenť viděl Otce.
47 Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. (aiōnios )
Amen, amen pravím vám: Kdož věří ve mne, máť život věčný. (aiōnios )
Jáť jsem ten chléb života.
49 Ata-babalarınız çöldə manna yedilər və öldülər.
Otcové vaši jedli mannu na poušti, a zemřeli.
50 Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz.
Totoť jest chléb ten s nebe sstupující. Kdož by koli jej jedl, neumřeť.
51 Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». (aiōn )
Jáť jsem ten chléb živý, kterýž jsem s nebe sstoupil. Bude-li kdo jísti ten chléb, živ bude na věky. A chléb, kterýž já dám, tělo mé jest, kteréž já dám za život světa. (aiōn )
52 Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər.
Tedy hádali se Židé vespolek, řkouce: Kterak tento může nám dáti tělo jísti?
53 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq.
I řekl jim Ježíš: Amen, amen pravím vám: Nebudete-li jísti těla Syna člověka a píti krve jeho, nemáte života v sobě.
54 Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. (aiōnios )
Kdož jí mé tělo a pije mou krev, máť život věčný, a jáť jej vzkřísím v nejposlednější den. (aiōnios )
55 Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.
Nebo tělo mé právě jest pokrm, a krev má právě jest nápoj.
56 Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram.
Kdo jí mé tělo a pije mou krev, ve mně přebývá a já v něm.
57 Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq.
Jakož mne poslal ten živý Otec, a já živ jsem skrze Otce, tak kdož jí mne, i on živ bude skrze mne.
58 Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». (aiōn )
Totoť jest ten chléb, kterýž s nebe sstoupil. Ne jako otcové vaši jedli mannu, a zemřeli. Kdož jí chléb tento, živť bude na věky. (aiōn )
59 İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.
Toto mluvil v škole, uče v Kafarnaum.
60 Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?»
Tedy mnozí z učedlníků jeho, slyševše to, řekli: Tvrdáť jest tato řeč. Kdo ji může slyšeti?
61 Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi?
Ale věda Ježíš sám v sobě, že by proto reptali učedlníci jeho, řekl jim: To vás uráží?
62 Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?
Co pak, kdybyste uzřeli Syna člověka, an vstupuje, kdež prvé byl?
63 Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
Duch jest, kterýž obživuje, těloť nic neprospívá. Slova, kteráž já mluvím vám, Duch jsou a život jsou.
64 Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi.
Ale jsouť někteří z vás, ješto nevěří. Nebo věděl Ježíš od počátku, kdo by byli nevěřící, a kdo by ho měl zraditi.
65 O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz».
I pravil: Protož jsem vám řekl, že žádný nemůže přijíti ke mně, leč by jemu bylo dáno od Otce mého.
66 Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi.
A z toho mnozí z učedlníků jeho odešli zpět, a nechodili s ním více.
67 Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?»
Tedy řekl Ježíš ke dvanácti: Zdaliž i vy chcete odjíti?
68 Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. (aiōnios )
I odpověděl jemu Šimon Petr: Pane, k komu půjdeme? Slova věčného života máš. (aiōnios )
69 Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən».
A my jsme uvěřili, a poznali, že jsi ty Kristus, Syn Boha živého.
70 İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir».
Odpověděl jim Ježíš: Však jsem já vás dvanácte vyvolil, a jeden z vás ďábel jest.
71 O bu sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu halda İsaya xəyanət edəcəkdi.
A to řekl o Jidášovi Šimona Iškariotského; nebo ten jej měl zraditi, byv jeden ze dvanácti.