< Yəhya 3 >

1 Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi.
有一个法利赛人,名叫尼哥德慕,是犹太人的官。
2 O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».
这人夜里来见耶稣,说:“拉比,我们知道你是由 神那里来作师傅的;因为你所行的神迹,若没有 神同在,无人能行。”
3 İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz».
耶稣回答说:“我实实在在地告诉你,人若不重生,就不能见 神的国。”
4 Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?»
尼哥德慕说:“人已经老了,如何能重生呢?岂能再进母腹生出来吗?”
5 İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.
耶稣说:“我实实在在地告诉你,人若不是从水和圣灵生的,就不能进 神的国。
6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.
从肉身生的就是肉身;从灵生的就是灵。
7 Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə.
我说:‘你们必须重生’,你不要以为希奇。
8 Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».
风随着意思吹,你听见风的响声,却不晓得从哪里来,往哪里去;凡从圣灵生的,也是如此。”
9 Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu.
尼哥德慕问他说:“怎能有这事呢?”
10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?
耶稣回答说:“你是以色列人的先生,还不明白这事吗?
11 Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz.
我实实在在地告诉你,我们所说的是我们知道的;我们所见证的是我们见过的;你们却不领受我们的见证。
12 Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız?
我对你们说地上的事,你们尚且不信,若说天上的事,如何能信呢?
13 Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub.
除了从天降下、仍旧在天的人子,没有人升过天。
14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki,
摩西在旷野怎样举蛇,人子也必照样被举起来,
15 Ona iman edən hər kəs əbədi həyata malik olsun». (aiōnios g166)
叫一切信他的都得永生。 (aiōnios g166)
16 Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. (aiōnios g166)
“神爱世人,甚至将他的独生子赐给他们,叫一切信他的,不致灭亡,反得永生。 (aiōnios g166)
17 Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.
因为 神差他的儿子降世,不是要定世人的罪,乃是要叫世人因他得救。
18 Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib.
信他的人,不被定罪;不信的人,罪已经定了,因为他不信 神独生子的名。
19 Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.
光来到世间,世人因自己的行为是恶的,不爱光,倒爱黑暗,定他们的罪就是在此。
20 Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.
凡作恶的便恨光,并不来就光,恐怕他的行为受责备。
21 Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.
但行真理的必来就光,要显明他所行的是靠 神而行。”
22 Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi.
这事以后,耶稣和门徒到了犹太地,在那里居住,施洗。
23 Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu.
约翰在靠近撒冷的哀嫩也施洗;因为那里水多,众人都去受洗。(
24 Yəhya hələ zindana salınmamışdı.
那时约翰还没有下在监里。)
25 Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü.
约翰的门徒和一个犹太人辩论洁净的礼,
26 Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir».
就来见约翰,说:“拉比,从前同你在约旦河外、你所见证的那位,现在施洗,众人都往他那里去了。”
27 Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz.
约翰说:“若不是从天上赐的,人就不能得什么。
28 “Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz.
我曾说:‘我不是基督,是奉差遣在他前面的’,你们自己可以给我作见证。
29 Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu.
娶新妇的就是新郎;新郎的朋友站着,听见新郎的声音就甚喜乐。故此,我这喜乐满足了。
30 İndi Ona böyümək, mənə kiçilmək gərəkdir».
他必兴旺,我必衰微。”
31 Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür.
“从天上来的是在万有之上;从地上来的是属乎地,他所说的也是属乎地。从天上来的是在万有之上。
32 Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz.
他将所见所闻的见证出来,只是没有人领受他的见证。
33 Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb.
那领受他见证的,就印上印,证明 神是真的。
34 Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir.
神所差来的就说 神的话,因为 神赐圣灵给他是没有限量的。
35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib.
父爱子,已将万有交在他手里。
36 Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. (aiōnios g166)
信子的人有永生;不信子的人得不着永生, 神的震怒常在他身上。” (aiōnios g166)

< Yəhya 3 >