< Yəhya 17 >

1 İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin.
ܗܠܝܢ ܡܠܠ ܝܫܘܥ ܘܐܪܝܡ ܥܝܢܘܗܝ ܠܫܡܝܐ ܘܐܡܪ ܐܒܝ ܐܬܬ ܫܥܬܐ ܫܒܚ ܒܪܟ ܕܒܪܟ ܢܫܒܚܟ
2 Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. (aiōnios g166)
ܐܝܟܢܐ ܕܝܗܒܬ ܠܗ ܫܘܠܛܢܐ ܥܠ ܟܠ ܒܤܪ ܕܟܠ ܡܐ ܕܝܗܒܬ ܠܗ ܢܬܠ ܠܗ ܚܝܐ ܕܠܥܠܡ (aiōnios g166)
3 Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. (aiōnios g166)
ܗܠܝܢ ܐܢܘܢ ܕܝܢ ܚܝܐ ܕܠܥܠܡ ܕܢܕܥܘܢܟ ܕܐܢܬ ܐܢܬ ܐܠܗܐ ܕܫܪܪܐ ܒܠܚܘܕܝܟ ܘܡܢ ܕܫܕܪܬ ܝܫܘܥ ܡܫܝܚܐ (aiōnios g166)
4 Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.
ܐܢܐ ܫܒܚܬܟ ܒܐܪܥܐ ܥܒܕܐ ܗܘ ܕܝܗܒܬ ܠܝ ܕܐܥܒܕ ܫܠܡܬܗ
5 Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver.
ܘܗܫܐ ܫܒܚܝܢܝ ܐܢܬ ܐܒܝ ܠܘܬܟ ܒܗܘ ܫܘܒܚܐ ܕܐܝܬ ܗܘܐ ܠܝ ܠܘܬܟ ܡܢ ܩܕܡ ܕܢܗܘܐ ܥܠܡܐ
6 Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər.
ܐܘܕܥܬ ܫܡܟ ܠܒܢܝ ܐܢܫܐ ܗܢܘܢ ܕܝܗܒܬ ܠܝ ܡܢ ܥܠܡܐ ܕܝܠܟ ܗܘܘ ܘܠܝ ܝܗܒܬ ܐܢܘܢ ܘܢܛܪܘ ܡܠܬܟ
7 İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir.
ܗܫܐ ܝܕܥܬ ܕܟܠ ܡܐ ܕܝܗܒܬ ܠܝ ܡܢ ܠܘܬܟ ܗܘ
8 Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar.
ܕܡܠܐ ܕܝܗܒܬ ܠܝ ܝܗܒܬ ܠܗܘܢ ܘܗܢܘܢ ܩܒܠܘ ܘܝܕܥܘ ܫܪܝܪܐܝܬ ܕܡܢ ܠܘܬܟ ܢܦܩܬ ܘܗܝܡܢܘ ܕܐܢܬ ܫܕܪܬܢܝ
9 Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir.
ܘܐܢܐ ܥܠܝܗܘܢ ܒܥܐ ܐܢܐ ܠܐ ܗܘܐ ܥܠ ܥܠܡܐ ܒܥܐ ܐܢܐ ܐܠܐ ܥܠ ܗܢܘܢ ܕܝܗܒܬ ܠܝ ܕܕܝܠܟ ܐܢܘܢ
10 Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm.
ܘܟܠ ܡܕܡ ܕܕܝܠܝ ܗܘ ܕܝܠܟ ܗܘ ܘܕܝܠܟ ܕܝܠܝ ܗܘ ܘܡܫܒܚ ܐܢܐ ܒܗܘܢ
11 Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar.
ܡܟܝܠ ܠܐ ܗܘܝܬ ܒܥܠܡܐ ܘܗܠܝܢ ܒܥܠܡܐ ܐܢܘܢ ܘܐܢܐ ܠܘܬܟ ܐܬܐ ܐܢܐ ܐܒܐ ܩܕܝܫܐ ܛܪ ܐܢܘܢ ܒܫܡܟ ܗܘ ܕܝܗܒܬ ܠܝ ܕܢܗܘܘܢ ܚܕ ܐܝܟܢܐ ܕܚܢܢ
12 Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı.
ܟܕ ܥܡܗܘܢ ܗܘܝܬ ܒܥܠܡܐ ܐܢܐ ܢܛܪ ܗܘܝܬ ܠܗܘܢ ܒܫܡܟ ܠܐܝܠܝܢ ܕܝܗܒܬ ܠܝ ܢܛܪܬ ܘܐܢܫ ܡܢܗܘܢ ܠܐ ܐܒܕ ܐܠܐ ܒܪܗ ܕܐܒܕܢܐ ܕܢܬܡܠܐ ܟܬܒܐ
13 İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun.
ܗܫܐ ܕܝܢ ܠܘܬܟ ܐܬܐ ܐܢܐ ܘܗܠܝܢ ܡܡܠܠ ܐܢܐ ܒܥܠܡܐ ܕܬܗܘܐ ܚܕܘܬܝ ܡܫܡܠܝܐ ܒܗܘܢ
14 Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
ܐܢܐ ܝܗܒܬ ܠܗܘܢ ܡܠܬܟ ܘܥܠܡܐ ܤܢܐ ܐܢܘܢ ܕܠܐ ܗܘܘ ܡܢ ܥܠܡܐ ܐܝܟܢܐ ܕܐܢܐ ܠܐ ܗܘܝܬ ܡܢ ܥܠܡܐ
15 Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm.
ܠܐ ܗܘܐ ܕܬܫܩܘܠ ܐܢܘܢ ܡܢ ܥܠܡܐ ܒܥܐ ܐܢܐ ܐܠܐ ܕܬܛܪ ܐܢܘܢ ܡܢ ܒܝܫܐ
16 Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
ܠܐ ܗܘܘ ܓܝܪ ܡܢ ܥܠܡܐ ܐܝܟܢܐ ܕܐܢܐ ܠܐ ܗܘܝܬ ܡܢ ܥܠܡܐ
17 Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
ܐܒܐ ܩܕܫ ܐܢܘܢ ܒܫܪܪܟ ܕܡܠܬܟ ܕܝܠܟ ܫܪܪܐ ܗܝ
18 Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim.
ܐܝܟܢܐ ܕܠܝ ܫܕܪܬ ܠܥܠܡܐ ܐܦ ܐܢܐ ܫܕܪܬ ܐܢܘܢ ܠܥܠܡܐ
19 Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
ܘܥܠ ܐܦܝܗܘܢ ܐܢܐ ܡܩܕܫ ܐܢܐ ܢܦܫܝ ܕܢܗܘܘܢ ܐܦ ܗܢܘܢ ܡܩܕܫܝܢ ܒܫܪܪܐ
20 Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki,
ܘܠܐ ܗܘܐ ܥܠ ܐܦܝ ܗܠܝܢ ܒܥܐ ܐܢܐ ܒܠܚܘܕ ܐܠܐ ܐܦ ܥܠ ܐܦܝ ܐܝܠܝܢ ܕܡܗܝܡܢܝܢ ܒܝ ܒܡܠܬܗܘܢ
21 hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
ܕܟܠܗܘܢ ܢܗܘܘܢ ܚܕ ܐܝܟܢܐ ܕܐܢܬ ܐܒܝ ܒܝ ܘܐܢܐ ܒܟ ܕܐܦ ܗܢܘܢ ܒܢ ܚܕ ܢܗܘܘܢ ܕܢܗܝܡܢ ܥܠܡܐ ܕܐܢܬ ܫܕܪܬܢܝ
22 Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
ܘܐܢܐ ܫܘܒܚܐ ܕܝܗܒܬ ܠܝ ܝܗܒܬ ܠܗܘܢ ܕܢܗܘܘܢ ܚܕ ܐܝܟܢܐ ܕܚܢܢ ܚܕ ܚܢܢ
23 Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.
ܐܢܐ ܒܗܘܢ ܘܐܢܬ ܒܝ ܕܢܗܘܘܢ ܓܡܝܪܝܢ ܠܚܕ ܘܕܢܕܥ ܥܠܡܐ ܕܐܢܬ ܫܕܪܬܢܝ ܘܕܐܚܒܬ ܐܢܘܢ ܐܝܟܢܐ ܕܐܦ ܠܝ ܐܚܒܬ
24 Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin.
ܐܒܐ ܗܢܘܢ ܕܝܗܒܬ ܠܝ ܨܒܐ ܐܢܐ ܕܐܬܪ ܕܐܢܐ ܐܦ ܗܢܘܢ ܢܗܘܘܢ ܥܡܝ ܕܢܗܘܘܢ ܚܙܝܢ ܫܘܒܚܐ ܕܝܠܝ ܗܘ ܕܝܗܒܬ ܠܝ ܕܐܚܒܬܢܝ ܡܢ ܩܕܡ ܬܪܡܝܬܗ ܕܥܠܡܐ
25 Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər.
ܐܒܝ ܟܐܢܐ ܘܥܠܡܐ ܠܐ ܝܕܥܟ ܐܢܐ ܕܝܢ ܝܕܥܬܟ ܘܗܢܘܢ ܝܕܥܘ ܕܐܢܬ ܫܕܪܬܢܝ
26 Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».
ܘܐܘܕܥܬ ܐܢܘܢ ܫܡܟ ܘܡܘܕܥ ܐܢܐ ܕܚܘܒܐ ܗܘ ܕܐܚܒܬܢܝ ܢܗܘܐ ܒܗܘܢ ܘܐܢܐ ܐܗܘܐ ܒܗܘܢ

< Yəhya 17 >