< Yoel 1 >
1 Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur:
耶和華的話臨到毗土珥的兒子約珥。
2 Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu?
老年人哪,當聽我的話; 國中的居民哪,都要側耳而聽。 在你們的日子, 或你們列祖的日子, 曾有這樣的事嗎?
3 Siz bunu övladlarınıza danışın. Övladlarınız da öz övladlarına, Onların övladları isə gələcək nəslə danışsın.
你們要將這事傳與子, 子傳與孫, 孫傳與後代。
4 Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi, Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi, Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı.
剪蟲剩下的,蝗蟲來吃; 蝗蟲剩下的,蝻子來吃; 蝻子剩下的,螞蚱來吃。
5 Ayılın, ey sərxoşlar və ağlayın. Ey şirin şərab içənlər, hamınız nalə çəkin, Ona görə ki, şirin şərab ağzınızdan alındı.
酒醉的人哪,要清醒哭泣; 好酒的人哪,都要為甜酒哀號, 因為從你們的口中斷絕了。
6 Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi. Onların dişləri aslan dişləri kimidir, Onlarda dişi aslanın köpək dişləri var.
有一隊蝗蟲又強盛又無數, 侵犯我的地; 牠的牙齒如獅子的牙齒, 大牙如母獅的大牙。
7 Tənəyimi məhv etdi, Əncir ağacımı gəmirdi, Qabıqlarını tamamilə soyub yerə atdı, Budaqları ağ qaldı.
牠毀壞我的葡萄樹, 剝了我無花果樹的皮, 剝盡而丟棄,使枝條露白。
8 Cavanlıqda nişanlısını itirən, Büsbütün çul geyinən Bir qız kimi yas tutun.
我的民哪,你當哀號,像處女腰束麻布, 為幼年的丈夫哀號。
9 Rəbbin evindən Taxıl təqdimi və içmə təqdimi kəsildi, Rəbbə xidmət edən kahinlər yas tutur.
素祭和奠祭從耶和華的殿中斷絕; 事奉耶和華的祭司都悲哀。
10 Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı.
田荒涼,地悲哀; 因為五穀毀壞, 新酒乾竭,油也缺乏。
11 Buğda və arpaya görə Ey əkinçilər, utanın! Ey bağbanlar, nalə çəkin! Çünki torpağın məhsulları yoxa çıxdı,
農夫啊,你們要慚愧; 修理葡萄園的啊,你們要哀號; 因為大麥小麥與田間的莊稼都滅絕了。
12 Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu.
葡萄樹枯乾; 無花果樹衰殘。 石榴樹、棕樹、蘋果樹, 連田野一切的樹木也都枯乾; 眾人的喜樂盡都消滅。
13 Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu.
祭司啊,你們當腰束麻布痛哭; 伺候祭壇的啊,你們要哀號; 事奉我上帝的啊,你們要來披上麻布過夜, 因為素祭和奠祭從你們上帝的殿中斷絕了。
14 Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın.
你們要分定禁食的日子, 宣告嚴肅會, 招聚長老和國中的一切居民 到耶和華-你們上帝的殿, 向耶和華哀求。
15 Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək.
哀哉!耶和華的日子臨近了。 這日來到,好像毀滅從全能者來到。
16 O yemək gözlərimizin önündən, Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı?
糧食不是在我們眼前斷絕了嗎? 歡喜快樂不是從我們上帝的殿中止息了嗎?
17 Torpaq kəsəkləri altında toxumlar çürüdü, Zirzəmilər boş qaldı, Anbarlar dağıldı, Çünki taxıllar məhv oldu.
穀種在土塊下朽爛; 倉也荒涼,廩也破壞; 因為五穀枯乾了。
18 Heyvanlar necə də inildəyir, Naxırlar çaşbaş qalıb, Çünki onlar otlaqsız qalıb, Sürülər də susuzluqdan əldən düşür.
牲畜哀鳴; 牛群混亂,因為無草; 羊群也受了困苦。
19 Ya Rəbb, Sənə fəryad edirəm, Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı, Bütün düzəngahın ağacları odda qovruldu.
耶和華啊,我向你求告, 因為火燒滅曠野的草場; 火焰燒盡田野的樹木。
20 Çöl heyvanları da Səni çağırır, Axı axar sular quruyub, Çölün otlaqlarını alov yandırıb-yaxdı.
田野的走獸向你發喘; 因為溪水乾涸, 火也燒滅曠野的草場。