< Əyyub 9 >

1 Əyyub belə cavab verdi:
فَأَجَابَ أَيُّوبُ وَقَالَ:١
2 «Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər?
«صَحِيحٌ. قَدْ عَلِمْتُ أَنَّهُ كَذَا، فَكَيْفَ يَتَبَرَّرُ ٱلْإِنْسَانُ عِنْدَ ٱللهِ؟٢
3 Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz.
إِنْ شَاءَ أَنْ يُحَاجَّهُ، لَا يُجِيبُهُ عَنْ وَاحِدٍ مِنْ أَلْفٍ.٣
4 Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb?
هُوَ حَكِيمُ ٱلْقَلْبِ وَشَدِيدُ ٱلْقُوَّةِ. مَنْ تَصَلَّبَ عَلَيْهِ فَسَلِمَ؟٤
5 Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər.
ٱلْمُزَحْزِحُ ٱلْجِبَالَ وَلَا تَعْلَمُ، ٱلَّذِي يَقْلِبُهَا فِي غَضَبِهِ.٥
6 Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar.
ٱلْمُزَعْزِعُ ٱلْأَرْضَ مِنْ مَقَرِّهَا، فَتَتَزَلْزَلُ أَعْمِدَتُهَا.٦
7 Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər.
ٱلْآمِرُ ٱلشَّمْسَ فَلَا تُشْرِقُ، وَيَخْتِمُ عَلَى ٱلنُّجُومِ.٧
8 Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən.
ٱلْبَاسِطُ ٱلسَّمَاوَاتِ وَحْدَهُ، وَٱلْمَاشِي عَلَى أَعَالِي ٱلْبَحْرِ.٨
9 Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan.
صَانِعُ ٱلنَّعْشِ وَٱلْجَبَّارِ وَٱلثُّرَيَّا وَمَخَادِعِ ٱلْجَنُوبِ.٩
10 Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən.
فَاعِلُ عَظَائِمَ لَا تُفْحَصُ، وَعَجَائِبَ لَا تُعَدُّ.١٠
11 Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm, Elə keçib gedər ki, heç hiss etmərəm.
«هُوَذَا يَمُرُّ عَلَيَّ وَلَا أَرَاهُ، وَيَجْتَازُ فَلَا أَشْعُرُ بِهِ.١١
12 Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər?
إِذَا خَطَفَ فَمَنْ يَرُدُّهُ؟ وَمَنْ يَقُولُ لَهُ: مَاذَا تَفْعَلُ؟١٢
13 Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar.
ٱللهُ لَا يَرُدُّ غَضَبَهُ. يَنْحَنِي تَحْتَهُ أَعْوَانُ رَهَبَ.١٣
14 Belə isə Ona necə cavab verə bilərəm? Hüzurunda necə söz tapa bilərəm?
كَمْ بِٱلْأَقَلِّ أَنَا أُجَاوِبُهُ وَأَخْتَارُ كَلَامِي مَعَهُ؟١٤
15 Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.
لِأَنِّي وَإِنْ تَبَرَّرْتُ لَا أُجَاوِبُ، بَلْ أَسْتَرْحِمُ دَيَّانِي.١٥
16 Onu çağıranda O mənə cavab versə belə, Yenə inanmıram ki, O, səsimi eşidir.
لَوْ دَعَوْتُ فَٱسْتَجَابَ لِي، لَمَا آمَنْتُ بِأَنَّهُ سَمِعَ صَوْتِي.١٦
17 Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır,
ذَاكَ ٱلَّذِي يَسْحَقُنِي بِٱلْعَاصِفَةِ، وَيُكْثِرُ جُرُوحِي بِلَا سَبَبٍ.١٧
18 Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur,
لَا يَدَعُنِي آخُذُ نَفَسِي، وَلَكِنْ يُشْبِعُنِي مَرَائِرَ.١٨
19 İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?
إِنْ كَانَ مِنْ جِهَةِ قُوَّةِ ٱلْقَوِيِّ، يَقُولُ: هَأَنَذَا. وَإِنْ كَانَ مِنْ جِهَةِ ٱلْقَضَاءِ يَقُولُ: مَنْ يُحَاكِمُنِي؟١٩
20 Mən günahsız olsam belə, dilim məni ittiham edər, Kamil olsam belə, məni təqsirkar çıxarar.
إِنْ تَبَرَّرْتُ يَحْكُمُ عَلَيَّ فَمِي، وَإِنْ كُنْتُ كَامِلًا يَسْتَذْنِبُنِي.٢٠
21 Kamil olsam da, bir şey deyiləm, Öz həyatıma xor baxıram.
«كَامِلٌ أَنَا. لَا أُبَالِي بِنَفْسِي. رَذَلْتُ حَيَاتِي.٢١
22 Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”.
هِيَ وَاحِدَةٌ. لِذَلِكَ قُلْتُ: إِنَّ ٱلْكَامِلَ وَٱلشِّرِّيرَ هُوَ يُفْنِيهِمَا.٢٢
23 Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür.
إِذَا قَتَلَ ٱلسَّوْطُ بَغْتَةً، يَسْتَهْزِئُ بِتَجْرِبَةِ ٱلْأَبْرِيَاءِ.٢٣
24 Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir?
ٱلْأَرْضُ مُسَلَّمَةٌ لِيَدِ ٱلشِّرِّيرِ. يُغَشِّي وُجُوهَ قُضَاتِهَا. وَإِنْ لَمْ يَكُنْ هُوَ، فَإِذًا مَنْ؟٢٤
25 Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar.
أَيَّامِي أَسْرَعُ مِنْ عَدَّاءٍ، تَفِرُّ وَلَا تَرَى خَيْرًا.٢٥
26 Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.
تَمُرُّ مَعَ سُفُنِ ٱلْبَرْدِيِّ. كَنَسْرٍ يَنْقَضُّ إِلَى قَنَصِهِ.٢٦
27 Bu şikayətimi unutmaq istəsəm, Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm,
إِنْ قُلْتُ: أَنْسَى كُرْبَتِي، أُطْلِقُ وَجْهِي وَأَتَبَلَّجُ،٢٧
28 Bu əziyyətdən yenə vahimələnərəm, Məni günahsız saymayacağını bilərəm.
أَخَافُ مِنْ كُلِّ أَوْجَاعِي عَالِمًا أَنَّكَ لَا تُبَرِّئُنِي.٢٨
29 Madam ki yenə günahkar çıxacağam, Boş yerə niyə belə zəhmət çəkim?
أَنَا مُسْتَذْنَبٌ، فَلِمَاذَا أَتْعَبُ عَبَثًا؟٢٩
30 Əgər qar suyu ilə yuyunsam, Əllərimi gilabı ilə yusam,
وَلَوِ ٱغْتَسَلْتُ فِي ٱلثَّلْجِ، وَنَظَّفْتُ يَدَيَّ بِٱلْإِشْنَانِ،٣٠
31 Yenə də məni çirkaba batırarsan, Paltarlarım belə, məndən iyrənir.
فَإِنَّكَ فِي ٱلنَّقْعِ تَغْمِسُنِي حَتَّى تَكْرَهَنِي ثِيَابِي.٣١
32 O mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm.
لِأَنَّهُ لَيْسَ هُوَ إِنْسَانًا مِثْلِي فَأُجَاوِبَهُ، فَنَأْتِي جَمِيعًا إِلَى ٱلْمُحَاكَمَةِ.٣٢
33 Kaş aramızda bir hakim olaydı, Əlini ikimizin də üzərinə qoyaydı.
لَيْسَ بَيْنَنَا مُصَالِحٌ يَضَعُ يَدَهُ عَلَى كِلَيْنَا.٣٣
34 Allah Öz dəyənəyini üstümdən götürəydi, Dəhşəti ilə məni vahimələndirməyəydi.
لِيَرْفَعْ عَنِّي عَصَاهُ وَلَا يَبْغَتْنِي رُعْبُهُ.٣٤
35 O zaman Ondan qorxmadan danışardım, Amma bu vəziyyətdə heç nə edə bilmirəm.
إِذًا أَتَكَلَّمُ وَلَا أَخَافُهُ، لِأَنِّي لَسْتُ هَكَذَا عِنْدَ نَفْسِي.٣٥

< Əyyub 9 >