< Əyyub 8 >

1 Şuahlı Bildad belə cavab verdi:
וַיַּעַן בִּלְדַּד הַשּׁוּחִי וַיֹאמַֽר׃
2 «Bunları nə vaxta qədər deyəcəksən? Sözlərin sərt küləyə bənzər.
עַד־אָן תְּמַלֶּל־אֵלֶּה וְרוּחַ כַּבִּיר אִמְרֵי־פִֽיךָ׃
3 Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi?
הַאֵל יְעַוֵּת מִשְׁפָּט וְאִם־שַׁדַּי יְעַוֵּֽת־צֶֽדֶק׃
4 Bəlkə oğulların Ona qarşı günah edib, O da üsyankarlıqlarının cəzasını verib.
אִם־בָּנֶיךָ חָֽטְאוּ־לוֹ וַֽיְשַׁלְּחֵם בְּיַד־פִּשְׁעָֽם׃
5 Əgər cəhd göstərib Allahı axtarsaydın, Külli-İxtiyara yalvarsaydın,
אִם־אַתָּה תְּשַׁחֵר אֶל־אֵל וְאֶל־שַׁדַּי תִּתְחַנָּֽן׃
6 Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi.
אִם־זַךְ וְיָשָׁר אָתָּה כִּי־עַתָּה יָעִיר עָלֶיךָ וְשִׁלַּם נְוַת צִדְקֶֽךָ׃
7 Başlanğıcın kiçik olsa da, Sonun böyük olacaq.
וְהָיָה רֵאשִׁיתְךָ מִצְעָר וְאַחֲרִיתְךָ יִשְׂגֶּה מְאֹֽד׃
8 Gəl indi əvvəlki nəsillərdən soruş, Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.
כִּֽי־שְׁאַל־נָא לְדֹר רִישׁוֹן וְכוֹנֵן לְחֵקֶר אֲבוֹתָֽם׃
9 Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir.
כִּֽי־תְמוֹל אֲנַחְנוּ וְלֹא נֵדָע כִּי צֵל יָמֵינוּ עֲלֵי־אָֽרֶץ׃
10 Onlar izah edib sənə öyrətməzlərmi? Köksündəki sözləri dilə gətirməzlərmi?
הֲלֹא־הֵם יוֹרוּךָ יֹאמְרוּ לָךְ וּמִלִּבָּם יוֹצִאוּ מִלִּֽים׃
11 Bataqlıq olmayan yerdə qarğı bitərmi? Su olmayan yerdə qamış çıxarmı?
הֲיִֽגְאֶה־גֹּמֶא בְּלֹא בִצָּה יִשְׂגֶּה־אָחוּ בְלִי־מָֽיִם׃
12 Hələ yaşıl ikən qırılmadan, Hər otdan əvvəl onlar quruyar.
עֹדֶנּוּ בְאִבּוֹ לֹא יִקָּטֵף וְלִפְנֵי כָל־חָצִיר יִיבָֽשׁ׃
13 Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar.
כֵּן אָרְחוֹת כָּל־שֹׁכְחֵי אֵל וְתִקְוַת חָנֵף תֹּאבֵֽד׃
14 Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar.
אֲשֶׁר־יָקוֹט כִּסְלוֹ וּבֵית עַכָּבִישׁ מִבְטַחֽוֹ׃
15 Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar.
יִשָּׁעֵן עַל־בֵּיתוֹ וְלֹא יַעֲמֹד יַחֲזִיק בּוֹ וְלֹא יָקֽוּם׃
16 Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar.
רָטֹב הוּא לִפְנֵי־שָׁמֶשׁ וְעַל גַּנָּתוֹ יֹֽנַקְתּוֹ תֵצֵֽא׃
17 Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar.
עַל־גַּל שָֽׁרָשָׁיו יְסֻבָּכוּ בֵּית אֲבָנִים יֶחֱזֶֽה׃
18 Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”.
אִם־יְבַלְּעֶנּוּ מִמְּקוֹמוֹ וְכִחֶשׁ בּוֹ לֹא רְאִיתִֽיךָ׃
19 Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər.
הֶן־הוּא מְשׂוֹשׂ דַּרְכּוֹ וּמֵעָפָר אַחֵר יִצְמָֽחוּ׃
20 Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz.
הֶן־אֵל לֹא יִמְאַס־תָּם וְלֹֽא־יַחֲזִיק בְּיַד־מְרֵעִֽים׃
21 O sənin ağzını yenə gülüşlə, Dodaqlarını sevinc nidaları ilə doldurar.
עַד־יְמַלֵּה שְׂחוֹק פִּיךָ וּשְׂפָתֶיךָ תְרוּעָֽה׃
22 Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək».
שֹׂנְאֶיךָ יִלְבְּשׁוּ־בֹשֶׁת וְאֹהֶל רְשָׁעִים אֵינֶֽנּוּ׃

< Əyyub 8 >