< Əyyub 5 >

1 Çağır görək sənə cavab verən varmı? Müqəddəslərin hansı birinə üz tutacaqsan?
קְֽרָא־נָא הֲיֵשׁ עוֹנֶךָּ וְאֶל־מִי מִקְּדֹשִׁים תִּפְנֶֽה׃
2 Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər.
כִּֽי־לֶֽאֱוִיל יַהֲרָג־כָּעַשׂ וּפֹתֶה תָּמִית קִנְאָֽה׃
3 Səfehin kök saldığını görərkən Dərhal yurduna lənət etmişəm.
אֲ‍ֽנִי־רָאִיתִי אֱוִיל מַשְׁרִישׁ וָאֶקּוֹב נָוֵהוּ פִתְאֹֽם׃
4 Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur.
יִרְחֲקוּ בָנָיו מִיֶּשַׁע וְיִֽדַּכְּאוּ בַשַּׁעַר וְאֵין מַצִּֽיל׃
5 Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir.
אֲשֶׁר קְצִירוֹ ׀ רָעֵב יֹאכֵל וְאֶֽל־מִצִּנִּים יִקָּחֵהוּ וְשָׁאַף צַמִּים חֵילָֽם׃
6 Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz.
כִּי ׀ לֹא־יֵצֵא מֵעָפָר אָוֶן וּמֵאֲדָמָה לֹא־יִצְמַח עָמָֽל׃
7 Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur.
כִּֽי־אָדָם לְעָמָל יוּלָּד וּבְנֵי־רֶשֶׁף יַגְבִּיהוּ עֽוּף׃
8 Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım.
אוּלָם אֲנִי אֶדְרֹשׁ אֶל־אֵל וְאֶל־אֱלֹהִים אָשִׂים דִּבְרָתִֽי׃
9 Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.
עֹשֶׂה גְדֹלוֹת וְאֵין חֵקֶר נִפְלָאוֹת עַד־אֵין מִסְפָּֽר׃
10 Yer üzərinə yağış yağdırır, Çöllərə sular axıdır.
הַנֹּתֵן מָטָר עַל־פְּנֵי־אָרֶץ וְשֹׁלֵֽחַ מַיִם עַל־פְּנֵי חוּצֽוֹת׃
11 Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır.
לָשׂוּם שְׁפָלִים לְמָרוֹם וְקֹדְרִים שָׂגְבוּ יֶֽשַׁע׃
12 Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur.
מֵפֵר מַחְשְׁבוֹת עֲרוּמִים וְֽלֹא־תַעֲשֶׂינָה יְדֵיהֶם תּוּשִׁיָּֽה׃
13 Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur.
לֹכֵד חֲכָמִים בְּעָרְמָם וַעֲצַת נִפְתָּלִים נִמְהָֽרָה׃
14 Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir.
יוֹמָם יְפַגְּשׁוּ־חֹשֶׁךְ וְכַלַּיְלָה יְֽמַשְׁשׁוּ בַֽצָּהֳרָֽיִם׃
15 Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır.
וַיֹּשַׁע מֵחֶרֶב מִפִּיהֶם וּמִיַּד חָזָק אֶבְיֽוֹן׃
16 Kasıblar ümid tapır, Haqsızlıq ağzını yumur.
וַתְּהִי לַדַּל תִּקְוָה וְעֹלָתָה קָפְצָה פִּֽיהָ׃
17 Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma.
הִנֵּה אַשְׁרֵי אֱנוֹשׁ יוֹכִחֶנּֽוּ אֱלוֹהַּ וּמוּסַר שַׁדַּי אַל־תִּמְאָֽס׃
18 Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar.
כִּי הוּא יַכְאִיב וְיֶחְבָּשׁ יִמְחַץ וידו וְיָדָיו תִּרְפֶּֽינָה׃
19 O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz.
בְּשֵׁשׁ צָרוֹת יַצִּילֶךָּ וּבְשֶׁבַע ׀ לֹא־יִגַּע בְּךָ רָֽע׃
20 O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar.
בְּרָעָב פָּֽדְךָ מִמָּוֶת וּבְמִלְחָמָה מִידֵי חָֽרֶב׃
21 Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan.
בְּשׁוֹט לָשׁוֹן תֵּחָבֵא וְֽלֹא־תִירָא מִשֹּׁד כִּי יָבֽוֹא׃
22 Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan.
לְשֹׁד וּלְכָפָן תִּשְׂחָק וּֽמֵחַיַּת הָאָרֶץ אַל־תִּירָֽא׃
23 Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan.
כִּי עִם־אַבְנֵי הַשָּׂדֶה בְרִיתֶךָ וְחַיַּת הַשָּׂדֶה הָשְׁלְמָה־לָֽךְ׃
24 Çadırının salamat qalacağını bilərsən, Mülkünə baxanda heç bir əskiklik tapmazsan.
וְֽיָדַעְתָּ כִּי־שָׁלוֹם אָהֳלֶךָ וּֽפָקַדְתָּ נָוְךָ וְלֹא תֶחֱטָֽא׃
25 Övladlarının necə artdığını görərsən, Nəslin ot kimi bitib qalxar.
וְֽיָדַעְתָּ כִּי־רַב זַרְעֶךָ וְצֶאֱצָאֶיךָ כְּעֵשֶׂב הָאָֽרֶץ׃
26 Vaxtında yığılan taxıl dərzləri kimi Kama çatıb məzarına gedərsən.
תָּבוֹא בְכֶלַח אֱלֵי־קָבֶר כַּעֲלוֹת גָּדִישׁ בְּעִתּֽוֹ׃
27 Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla».
הִנֵּה־זֹאת חֲקַרְנוּהָ כֶּֽן־הִיא שְׁמָעֶנָּה וְאַתָּה דַֽע־לָֽךְ׃

< Əyyub 5 >