< Əyyub 42 >

1 O vaxt Əyyub Rəbbə belə cavab verdi:
ויען איוב את-יהוה ויאמר
2 «Bilirəm, Sən hər şeyə qadirsən, Sənin istəyinin qarşısı alınmaz.
ידעת (ידעתי) כי-כל תוכל ולא-יבצר ממך מזמה
3 Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?” Doğrudan da, bilmədiyim şeylərdən, Əlim çatmadığı heyrətamiz işlərdən danışdım.
מי זה מעלים עצה-- בלי-דעת לכן הגדתי ולא אבין נפלאות ממני ולא אדע
4 Dedin: “İndi qulaq as, Mən danışacağam, Sual verəcəyəm, Mənə cavab ver”.
שמע-נא ואנכי אדבר אשאלך והודיעני
5 Qulaqlarıma sorağın çatmışdı, İndisə Səni gözlərimlə görürəm.
לשמע-אזן שמעתיך ועתה עיני ראתך
6 Ona görə özümdən zəhləm gedir, Torpağın, külün içində tövbə edirəm».
7 Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz.
8 İndi özünüz üçün yeddi buğa və yeddi qoç alıb qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim edin. Qulum Əyyub sizin üçün dua etsin. Mən də onun duasını qəbul edib sizinlə axmaqlığınıza görə rəftar etməyəcəyəm, çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz».
9 Beləcə Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl etdi. Rəbb də Əyyubun duasını qəbul etdi.
10 Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi.
11 Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dost-tanışları yanına gəlib evində onunla çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi.
12 Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi. Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt öküzü və min eşşəyi var idi.
13 Əyyubun yeddi oğlu, üç qızı oldu.
14 İlk qızının adını Yemima, ikincisinin adını Qesia, üçüncüsünün adını Qeren-Happuk qoydu.
15 Ölkənin heç bir yerində Əyyubun qızları kimi gözəl qızlar yox idi. Əyyub onlara da qardaşları ilə yanaşı miras verdi.
16 Bundan sonra Əyyub yüz qırx il yaşadı və dörd nəsil övladlarını gördü.
17 O qocalıb yaşa dolaraq öldü.

< Əyyub 42 >