< Əyyub 41 >

1 Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi?
«أَتَصْطَادُ لَوِيَاثَانَ بِشِصٍّ، أَوْ تَضْغَطُ لِسَانَهُ بِحَبْلٍ؟١
2 Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi?
أَتَضَعُ أَسَلَةً فِي خَطْمِهِ، أَمْ تَثْقُبُ فَكَّهُ بِخِزَامَةٍ؟٢
3 Sənə yalvarıb-yaxararmı, Səninlə şirin-şirin danışarmı?
أَيُكْثِرُ ٱلتَّضَرُّعَاتِ إِلَيْكَ، أَمْ يَتَكَلَّمُ مَعَكَ بِٱللِّينِ؟٣
4 Əbədi qulun olmaq üçün Səninlə əhd kəsərmi?
هَلْ يَقْطَعُ مَعَكَ عَهْدًا فَتَتَّخِذَهُ عَبْدًا مُؤَبَّدًا؟٤
5 Quşla oynadığın kimi onunla oynaya bilərsənmi? Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?
أَتَلْعَبُ مَعَهُ كَٱلْعُصْفُورِ، أَوْ تَرْبِطُهُ لِأَجْلِ فَتَيَاتِكَ؟٥
6 Məgər tacirlər onu alıb-satarlarmı? Aralarında bölə bilərlərmi?
هَلْ تَحْفِرُ جَمَاعَةُ ٱلصَّيَّادِينَ لِأَجْلِهِ حُفْرَةً، أَوْ يَقْسِمُونَهُ بَيْنَ ٱلْكَنْعَانِيِّينَ؟٦
7 Yabalarla dərisini, Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?
أَتَمْلَأُ جِلْدَهُ حِرَابًا وَرَأْسَهُ بِإِلَالِ ٱلسَّمَكِ؟٧
8 Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et, Onda bu işi bir daha görməzsən.
ضَعْ يَدَكَ عَلَيْهِ. لَا تَعُدْ تَذْكُرُ ٱلْقِتَالَ!٨
9 Onu tutmaq ümidin boş istəkdir. Onun görkəmi adamı yıxmırmı?
هُوَذَا ٱلرَّجَاءُ بِهِ كَاذِبٌ. أَلَا يُكَبُّ أَيْضًا بِرُؤْيَتِهِ؟٩
10 Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur. Bəs Mənim qarşımda kim dayana bilər?
لَيْسَ مِنْ شُجَاعٍ يُوقِظُهُ، فَمَنْ يَقِفُ إِذًا بِوَجْهِي؟١٠
11 Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir.
مَنْ تَقَدَّمَنِي فَأُوفِيَهُ؟ مَا تَحْتَ كُلِّ ٱلسَّمَاوَاتِ هُوَ لِي.١١
12 Sözümü kəsməyib onun əzalarından, Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.
«لَا أَسْكُتُ عَنْ أَعْضَائِهِ، وَخَبَرِ قُوَّتِهِ وَبَهْجَةِ عُدَّتِهِ.١٢
13 Üstündəki paltarı kim çıxara bilər? Qoşa cilovla kim ona yaxınlaşa bilər?
مَنْ يَكْشِفُ وَجْهَ لِبْسِهِ، وَمَنْ يَدْنُو مِنْ مَثْنَى لَجَمَتِهِ؟١٣
14 Ağzının qapılarını kim aça bilər? Çünki damağındakı dişlər dəhşətlidir.
مَنْ يَفْتَحُ مِصْرَاعَيْ فَمِهِ؟ دَائِرَةُ أَسْنَانِهِ مُرْعِبَةٌ.١٤
15 Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır, Onlar bir-birinə möhkəm bağlanıb,
فَخْرُهُ مَجَانُّ مَانِعَةٌ مُحَكَّمَةٌ مَضْغُوطَةٌ بِخَاتِمٍ.١٥
16 Bir-birlərinə elə bağlanıb ki, Arasından hava keçməz.
ٱلْوَاحِدُ يَمَسُّ ٱلْآخَرَ، فَٱلرِّيحُ لَا تَدْخُلُ بَيْنَهَا.١٦
17 Bir-birlərinə elə yapışıb ki, Birdir, ayrılmaz.
كُلٌّ مِنْهَا مُلْتَصِقٌ بِصَاحِبِهِ، مُتَلَكِّدَةً لَا تَنْفَصِلُ.١٧
18 Asqıranda od sıçrayır, Gözləri səhər işığı tək par-par yanır.
عُطَاسُهُ يَبْعَثُ نُورًا، وَعَيْنَاهُ كَهُدُبِ ٱلصُّبْحِ.١٨
19 Ağzından alovlu məşəllər çıxır, Qığılcımlar saçılır.
مِنْ فِيهِ تَخْرُجُ مَصَابِيحُ. شَرَارُ نَارٍ تَتَطَايَرُ مِنْهُ.١٩
20 Burnunun deşiklərindən tüstü çıxır, Elə bil qazan qaynayır, qamış yanır.
مِنْ مَنْخَرَيْهِ يَخْرُجُ دُخَانٌ كَأَنَّهُ مِنْ قِدْرٍ مَنْفُوخٍ أَوْ مِنْ مِرْجَلٍ.٢٠
21 Nəfəsindən kömürlər közərir, Ağzından alov çıxır.
نَفَسُهُ يُشْعِلُ جَمْرًا، وَلَهِيبٌ يَخْرُجُ مِنْ فِيهِ.٢١
22 Boynunda qüvvət yaşayır, Qabağında dəhşət oynayır.
فِي عُنُقِهِ تَبِيتُ ٱلْقُوَّةُ، وَأَمَامَهُ يَدُوسُ ٱلْهَوْلُ.٢٢
23 Ətinin qatları bir-birinə bitişib, Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.
مَطَاوِي لَحْمِهِ مُتَلَاصِقَةٌ مَسْبُوكَةٌ عَلَيْهِ لَا تَتَحَرَّكُ.٢٣
24 Ürəyi daş kimi möhkəmdir, Dəyirmanın alt daşı kimi bərkdir.
قَلْبُهُ صُلْبٌ كَٱلْحَجَرِ، وَقَاسٍ كَٱلرَّحَى.٢٤
25 Qalxanda güclülər lərzəyə gəlir, Qorxub ürəkləri gedir.
عِنْدَ نُهُوضِهِ تَفْزَعُ ٱلْأَقْوِيَاءُ. مِنَ ٱلْمَخَاوِفِ يَتِيهُونَ.٢٥
26 Üstünə qılınc çəkməyin faydasızdır, Nizə, tir, mizraqdan kar aşmır.
سَيْفُ ٱلَّذِي يَلْحَقُهُ لَا يَقُومُ، وَلَا رُمْحٌ وَلَا مِزْرَاقٌ وَلَا دِرْعٌ.٢٦
27 Dəmiri saman çöpü, Tuncu çürük odun sayır.
يَحْسِبُ ٱلْحَدِيدَ كَٱلتِّبْنِ، وَٱلنُّحَاسَ كَٱلْعُودِ ٱلنَّخِرِ.٢٧
28 O, oxlardan qaçmır, Sapanddan daş atsan, elə bilər ki, çöpdür.
لَا يَسْتَفِزُّهُ نُبْلُ ٱلْقَوْسِ. حِجَارَةُ ٱلْمِقْلَاعِ تَرْجِعُ عَنْهُ كَٱلْقَشِّ.٢٨
29 Dəyənəkləri küləş qırıntısı sanır, Mizraqın vıyıltısına gülür.
يَحْسَبُ ٱلْمِقْمَعَةَ كَقَشٍّ، وَيَضْحَكُ عَلَى ٱهْتِزَازِ ٱلرُّمْحِ.٢٩
30 Qarnının altı sərt saxsıya oxşayır, Palçıq üstə vəl kimi iz qoyur.
تَحْتَهُ قُطَعُ خَزَفٍ حَادَّةٌ. يُمَدِّدُ نَوْرَجًا عَلَى ٱلطِّينِ.٣٠
31 Dərin suları bir qazan kimi qaynadır, Dənizi ətir küpünə döndərir,
يَجْعَلُ ٱلْعُمْقَ يَغْلِي كَٱلْقِدْرِ، وَيَجْعَلُ ٱلْبَحْرَ كَقِدْرِ عِطَارَةٍ.٣١
32 Arxasınca parlaq bir iz buraxır, İnsan bu dərinliyi ağaran saça oxşadır.
يُضِيءُ ٱلسَّبِيلُ وَرَاءَهُ فَيُحْسَبُ ٱللُّجُّ أَشْيَبَ.٣٢
33 Yer üzündə misli-bərabəri yoxdur, Qorxu bilməyən məxluqdur.
لَيْسَ لَهُ فِي ٱلْأَرْضِ نَظِيرٌ. صُنِعَ لِعَدَمِ ٱلْخَوْفِ.٣٣
34 Hər lovğalanana xor baxır, Bütün məğrur heyvanların hakimidir».
يُشْرِفُ عَلَى كُلِّ مُتَعَالٍ. هُوَ مَلِكٌ عَلَى كُلِّ بَنِي ٱلْكِبْرِيَاءِ».٣٤

< Əyyub 41 >