< Əyyub 40 >

1 Rəbb Əyyuba belə dedi:
耶和華又對約伯說:
2 «Kim ki tənbehə layiq görülür, O, Külli-İxtiyarla mübahisə edə bilərmi? Qoy buna Allahı ittiham edən cavab versin».
強辯的豈可與全能者爭論嗎? 與上帝辯駁的可以回答這些吧!
3 Onda Əyyub Rəbbə belə cavab verdi:
於是,約伯回答耶和華說:
4 «Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam.
我是卑賤的!我用甚麼回答你呢? 只好用手摀口。
5 Bir dəfə danışdım, daha cavabım yoxdur, Artıq ikinci dəfə nə danışım».
我說了一次,再不回答; 說了兩次,就不再說。
6 Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
於是,耶和華從旋風中回答約伯說:
7 «İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
你要如勇士束腰; 我問你,你可以指示我。
8 Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
你豈可廢棄我所擬定的? 豈可定我有罪,好顯自己為義嗎?
9 Allahın qolu kimi qolun varmı? Səsin Onunku kimi gurlayarmı?
你有上帝那樣的膀臂嗎? 你能像他發雷聲嗎?
10 Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin.
你要以榮耀莊嚴為妝飾, 以尊榮威嚴為衣服;
11 Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt.
要發出你滿溢的怒氣, 見一切驕傲的人,使他降卑;
12 Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal.
見一切驕傲的人,將他制伏, 把惡人踐踏在本處;
13 Hamısını birlikdə torpaq altında basdır, Məzarda üzləri kəfənə bürünsün.
將他們一同隱藏在塵土中, 把他們的臉蒙蔽在隱密處;
14 O zaman Mən də bunu qəbul edərəm, Belə ki sağ qolun səni qurtarır.
我就認你右手能以救自己。
15 Behemota bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam,
你且觀看河馬; 我造你也造牠。 牠吃草與牛一樣;
16 Gör belində nə qədər güc var, Qarın əzələləri necə möhkəmdir.
牠的氣力在腰間, 能力在肚腹的筋上。
17 Sallanan quyruğu sidr ağacına bənzəyir, Budlarındakı vətərlər bir-birinə hörülüb.
牠搖動尾巴如香柏樹; 牠大腿的筋互相聯絡。
18 Sümükləri sanki tunc borudur, Qabırğaları elə bil dəmir çubuqdur.
牠的骨頭好像銅管; 牠的肢體彷彿鐵棍。
19 Allahın işləri arasında şah əsərdir, Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
牠在上帝所造的物中為首; 創造牠的給牠刀劍。
20 Təpələr məhsullarını ona verir, Bütün çöl heyvanları yanında oynaşır.
諸山給牠出食物, 也是百獸遊玩之處。
21 Nilufərlərin altında, Qamışla örtülü bataqlıqlarda yatır.
牠伏在蓮葉之下, 臥在蘆葦隱密處和水窪子裏。
22 Nilufərlər üstünə kölgə salır, Dərənin söyüdləri onu əhatəyə alır.
蓮葉的陰涼遮蔽牠; 溪旁的柳樹環繞牠。
23 Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır.
河水泛濫,牠不發戰; 就是約旦河的水漲到牠口邊,也是安然。
24 Gözləri açıq ikən kim onu tuta bilər? Kim qıra ilə onun burnunu deşər?
在牠防備的時候,誰能捉拿牠? 誰能牢籠牠穿牠的鼻子呢?

< Əyyub 40 >