< Əyyub 38 >

1 O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi:
וַיַּֽעַן־יְהֹוָה אֶת־אִיּוֹב (מנהסערה) [מִן ׀ הַסְּעָרָה] וַיֹּאמַֽר׃
2 «Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir?
מִי זֶה ׀ מַחְשִׁיךְ עֵצָה בְמִלִּין בְּֽלִי־דָֽעַת׃
3 İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
אֱזׇר־נָא כְגֶבֶר חֲלָצֶיךָ וְאֶשְׁאָלְךָ וְהוֹדִיעֵֽנִי׃
4 Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə.
אֵיפֹה הָיִיתָ בְּיׇסְדִי־אָרֶץ הַגֵּד אִם־יָדַעְתָּ בִינָֽה׃
5 İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi?
מִי־שָׂם מְמַדֶּיהָ כִּי תֵדָע אוֹ מִֽי־נָטָה עָלֶיהָ קָּֽו׃
6 Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşədaşını qoydu?
עַל־מָה אֲדָנֶיהָ הׇטְבָּעוּ אוֹ מִי־יָרָה אֶבֶן פִּנָּתָֽהּ׃
7 Onda dan ulduzları birgə nəğmə oxuyurdu, Bütün ilahi varlıqlar sevincdən haray salırdı.
בְּרׇן־יַחַד כּוֹכְבֵי בֹקֶר וַיָּרִיעוּ כׇּל־בְּנֵי אֱלֹהִֽים׃
8 Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı?
וַיָּסֶךְ בִּדְלָתַיִם יָם בְּגִיחוֹ מֵרֶחֶם יֵצֵֽא׃
9 Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim.
בְּשׂוּמִי עָנָן לְבֻשׁוֹ וַעֲרָפֶל חֲתֻלָּתֽוֹ׃
10 Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum.
וָאֶשְׁבֹּר עָלָיו חֻקִּי וָאָשִׂים בְּרִיחַ וּדְלָתָֽיִם׃
11 O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”.
וָאֹמַר עַד־פֹּה תָבוֹא וְלֹא תֹסִיף וּפֹא־יָשִׁית בִּגְאוֹן גַּלֶּֽיךָ׃
12 Sən ömründə səhərə buyruq verdinmi? Şəfəqə yerini göstərdinmi?
הֲֽמִיָּמֶיךָ צִוִּיתָ בֹּקֶר (ידעתה שחר) [יִדַּעְתָּ הַשַּׁחַר] מְקֹמֽוֹ׃
13 Belə ki yer üzünün ucqarlarını tutsun, Üstündən pisləri çırpıb atsın.
לֶאֱחֹז בְּכַנְפוֹת הָאָרֶץ וְיִנָּעֲרוּ רְשָׁ עִ ים מִמֶּֽנָּה׃
14 Torpağın quruluşu dəyişir, Möhür vurulanda palçıqda əksi qalan kimi, Libasdakı qırışlar kimi gözə görünür.
תִּתְהַפֵּךְ כְּחֹמֶר חוֹתָם וְיִֽתְיַצְּבוּ כְּמוֹ לְבֽוּשׁ׃
15 Pislərin nuru batırılar, Qaldırdıqları qolları qırılar.
וְיִמָּנַע מֵרְשָׁ עִ ים אוֹרָם וּזְרוֹעַ רָמָה תִּשָּׁבֵֽר׃
16 Dənizin mənbələrinə getmisənmi? Dərinliyin dibində gəzmisənmi?
הֲבָאתָ עַד־נִבְכֵי־יָם וּבְחֵקֶר תְּהוֹם הִתְהַלָּֽכְתָּ׃
17 Ölüm dərgahı sənə göstərilibmi? Ölüm kölgəsinin qapılarını görmüsənmi?
הֲנִגְלוּ לְךָ שַׁעֲרֵי־מָוֶת וְשַׁעֲרֵי צַלְמָוֶת תִּרְאֶֽה׃
18 Dünyanın həcmini dərk edə bilirsənmi? De görüm, bunların hamısını bilirsənmi?
הִתְבֹּנַנְתָּ עַד־רַחֲבֵי־אָרֶץ הַגֵּד אִם־יָדַעְתָּ כֻלָּֽהּ׃
19 İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır?
אֵי־זֶה הַדֶּרֶךְ יִשְׁכׇּן־אוֹר וְחֹשֶׁךְ אֵי־זֶה מְקֹמֽוֹ׃
20 Onları yerlərinə apara bilərsənmi? Evlərinin yolunu bilirsənmi?
כִּי תִקָּחֶנּוּ אֶל־גְּבוּלוֹ וְכִי־תָבִין נְתִיבוֹת בֵּיתֽוֹ׃
21 Əlbəttə, heç nə anlamırsan, Çünki onlarla eyni vaxtda doğulmusan! Yaşın bu qədərdir.
יָדַעְתָּ כִּי־אָז תִּוָּלֵד וּמִסְפַּר יָמֶיךָ רַבִּֽים׃
22 Qar anbarlarına girmisənmi? Dolu anbarlarını görmüsənmi?
הֲבָאתָ אֶל־אֹצְרוֹת שָׁלֶג וְאוֹצְרוֹת בָּרָד תִּרְאֶֽה׃
23 Mən onları dar gün üçün, Döyüş və müharibə günləri üçün saxlayıram.
אֲשֶׁר־חָשַׂכְתִּי לְעֶת־צָר לְיוֹם קְרָב וּמִלְחָמָֽה׃
24 Hansı yolla işıq yayılar, Yer üzündə şərq küləyi qopar?
אֵי־זֶה הַדֶּרֶךְ יֵחָלֶק אוֹר יָפֵץ קָדִים עֲלֵי־אָֽרֶץ׃
25 Kim sellər üçün arx, İldırım üçün yol açdı ki,
מִֽי־פִלַּג לַשֶּׁטֶף תְּעָלָה וְדֶרֶךְ לַחֲזִיז קֹלֽוֹת׃
26 Kimsəsiz yerləri, İnsan yaşamayan çölləri sulasın,
לְהַמְטִיר עַל־אֶרֶץ לֹא־אִישׁ מִדְבָּר לֹא־אָדָם בּֽוֹ׃
27 Səhralar – biyabanlar doyunca su içsin, Yaşıl ot bitsin?
לְהַשְׂבִּיעַ שֹׁאָה וּמְשֹׁאָה וּלְהַצְמִיחַ מֹצָא דֶֽשֶׁא׃
28 Yağışın atası varmı? Şeh damlalarını kim yaratdı?
הֲיֵשׁ־לַמָּטָר אָב אוֹ מִי־הוֹלִיד אֶגְלֵי־טָֽל׃
29 Buz kimin bətnindən çıxdı? Göylərdən düşən şaxtanı kim doğdu?
מִבֶּטֶן מִי יָצָא הַקָּרַח וּכְפֹר שָׁמַיִם מִי יְלָדֽוֹ׃
30 Sular nə zaman daş kimi bərkiyir, Dərinliklərin səthi donur?
כָּאֶבֶן מַיִם יִתְחַבָּאוּ וּפְנֵי תְהוֹם יִתְלַכָּֽדוּ׃
31 Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi?
הַֽתְקַשֵּׁר מַעֲדַנּוֹת כִּימָה אֽוֹ־מֹשְׁכוֹת כְּסִיל תְּפַתֵּֽחַ׃
32 Hər bürcü öz vaxtında çıxara bilərsənmi? Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi?
הֲתֹצִיא מַזָּרוֹת בְּעִתּוֹ וְעַיִשׁ עַל־בָּנֶיהָ תַנְחֵֽם׃
33 Göylərin qanunlarını bilirsənmi? Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi?
הֲיָדַעְתָּ חֻקּוֹת שָׁמָיִם אִם־תָּשִׂים מִשְׁטָרוֹ בָאָֽרֶץ׃
34 Başına bol yağış yağsın deyə Buludları səsləyə bilərsənmi?
הֲתָרִים לָעָב קוֹלֶךָ וְֽשִׁפְעַת־מַיִם תְּכַסֶּֽךָּ׃
35 Şimşəkləri göndərə bilərsənmi getsinlər, Sənə də “bax buradayıq” desinlər?
הַֽתְשַׁלַּח בְּרָקִים וְיֵלֵכוּ וְיֹֽאמְרוּ לְךָ הִנֵּֽנוּ׃
36 Kim ürəyə hikmət qoydu, Dərk etmək üçün şüur verdi?
מִי־שָׁת בַּטֻּחוֹת חׇכְמָה אוֹ מִֽי־נָתַן לַשֶּׂכְוִי בִינָֽה׃
37 Kim buludları ağılla saya bilər? Göyün tuluqlarını kim boşalda bilər?
מִֽי־יְסַפֵּר שְׁחָקִים בְּחׇכְמָה וְנִבְלֵי שָׁמַיִם מִי יַשְׁכִּֽיב׃
38 Onda toz yatıb yer bərkiyər, Kəsəklər bir-birinə yapışar.
בְּצֶקֶת עָפָר לַמּוּצָק וּרְגָבִים יְדֻבָּֽקוּ׃
39 Dişi aslanlar üçün ov ovlaya bilərsənmi, Gənc aslanların qarnını doyura bilərsənmi
הֲתָצוּד לְלָבִיא טָרֶף וְחַיַּת כְּפִירִים תְּמַלֵּֽא׃
40 Yuvalarına girəndə, Kolluqda pusqu quranda?
כִּֽי־יָשֹׁחוּ בַמְּעוֹנוֹת יֵֽשְׁבוּ בַסֻּכָּה לְמוֹ־אָֽרֶב׃
41 Kim qarğaya yem verə bilər Balaları Allaha fəryad edəndə, Acından vurnuxanda?
מִי יָכִין לָעֹרֵב צֵידוֹ כִּֽי־יְלָדָו אֶל־אֵל יְשַׁוֵּעוּ יִתְעוּ לִבְלִי־אֹֽכֶל׃

< Əyyub 38 >