< Əyyub 37 >

1 Bundan qəlbim çırpınıb yerindən oynayır,
אַף־לְזֹאת יֶחֱרַד לִבִּי וְיִתַּר מִמְּקוֹמֽוֹ׃
2 Dinləyin! Gurlayan səsini dinləyin, Ağzından çıxan harayını eşidin!
שִׁמְעוּ שָׁמוֹעַ בְּרֹגֶז קֹלוֹ וְהֶגֶה מִפִּיו יֵצֵֽא׃
3 Göy altında, hər yanda səs salır, Yer üzünün dörd bucağında şimşəyini çaxdırır.
תַּֽחַת־כָּל־הַשָּׁמַיִם יִשְׁרֵהוּ וְאוֹרוֹ עַל־כַּנְפוֹת הָאָֽרֶץ׃
4 Ardınca nərə vurur, Əzəmətli səsi ilə gurlayır, Həniri eşidilir, dayanmadan şimşək çaxır.
אַחֲרָיו ׀ יִשְׁאַג־קוֹל יַרְעֵם בְּקוֹל גְּאוֹנוֹ וְלֹא יְעַקְּבֵם כִּֽי־יִשָּׁמַע קוֹלֽוֹ׃
5 Allahın səsi heyrətamiz şəkildə gurlayır, O bizə məlum olmayan böyük işlər görür.
יַרְעֵם אֵל בְּקוֹלוֹ נִפְלָאוֹת עֹשֶׂה גְדֹלוֹת וְלֹא נֵדָֽע׃
6 Çünki “yerə yağ” deyə qara əmr edir, Leysana “şiddətlə tökül” deyir.
כִּי לַשֶּׁלַג ׀ יֹאמַר הֱוֵא אָרֶץ וְגֶשֶׁם מָטָר וְגֶשֶׁם מִטְרוֹת עֻזּֽוֹ׃
7 Yaratdığı bütün insanlar Onun işlərini bilsinlər deyə Hər kəsin əlini işdən saxlayır.
בְּיַד־כָּל־אָדָם יַחְתּוֹם לָדַעַת כָּל־אַנְשֵׁי מַעֲשֵֽׂהוּ׃
8 Heyvanlar yuvalarına çəkilir, Öz yerlərində qalır.
וַתָּבֹא חַיָּה בְמוֹ־אָרֶב וּבִמְעוֹנֹתֶיהָ תִשְׁכֹּֽן׃
9 Tufan otağından çıxır, Soyuq şimal yellərindən gəlir.
מִן־הַחֶדֶר תָּבוֹא סוּפָה וּֽמִמְּזָרִים קָרָֽה׃
10 Allahın nəfəsi suları dondurur, Ümman sular buz bağlayır.
מִנִּשְׁמַת־אֵל יִתֶּן־קָרַח וְרֹחַב מַיִם בְּמוּצָֽק׃
11 Buludlara nəm çəkdirərək yükləyir, Buludlar içindən şimşək səpələyir.
אַף־בְּרִי יַטְרִיחַ עָב יָפִיץ עֲנַן אוֹרֽוֹ׃
12 Buludlar yer üzündə əmrini yerinə yetirmək üçün Onun istəyi istiqamətində dönüb fırlanır.
וְהוּא מְסִבּוֹת ׀ מִתְהַפֵּךְ בתחבולתו בְּתַחְבּוּלֹתָיו לְפָעֳלָם כֹּל אֲשֶׁר יְצַוֵּם ׀ עַל־פְּנֵי תֵבֵל אָֽרְצָה׃
13 Bəzən insanları cəzalandırmaq üçün, Bəzən torpağı suvarmaq üçün, Bəzən də sevgisini göstərmək üçün yağış göndərir.
אִם־לְשֵׁבֶט אִם־לְאַרְצוֹ אִם־לְחֶסֶד יַמְצִאֵֽהוּ׃
14 Əyyub, bunu dinlə, Bir dayan, Allahın heyrətamiz işlərindən düşün.
הַאֲזִינָה זֹּאת אִיּוֹב עֲמֹד וְהִתְבּוֹנֵן ׀ נִפְלְאוֹת אֵֽל׃
15 Allahın buludlar üçün necə nizam qurduğunu bilirsənmi? Buludlarındakı şimşəkdən necə od çıxır?
הֲתֵדַע בְּשׂוּם־אֱלוֹהַּ עֲלֵיהֶם וְהוֹפִיעַ אוֹר עֲנָנֽוֹ׃
16 Buludların tarazlığını, Kamil biliyə malik olanın heyrətamiz işlərini bilirsənmi?
הֲתֵדַע עַל־מִפְלְשֵׂי־עָב מִפְלְאוֹת תְּמִים דֵּעִֽים׃
17 Səmum küləyi dünyanın nəfəsini kəsərkən Paltarın içərisində istidən huşunu itirirsən.
אֲשֶׁר־בְּגָדֶיךָ חַמִּים בְּהַשְׁקִט אֶרֶץ מִדָּרֽוֹם׃
18 Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini Allahla birlikdə sərə bilirsənmi?
תַּרְקִיעַ עִמּוֹ לִשְׁחָקִים חֲזָקִים כִּרְאִי מוּצָֽק׃
19 Ona nə deyəcəyimizi bizə öyrət, Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır.
הוֹדִיעֵנוּ מַה־נֹּאמַר לוֹ לֹא־נַעֲרֹךְ מִפְּנֵי־חֹֽשֶׁךְ׃
20 Onunla danışmaq istərəm, bu Ona xəbər verilərmi? Kimsə udulmasını istərmi?
הֽ͏ַיְסֻפַּר־לוֹ כִּי אֲדַבֵּר אִֽם־אָמַר אִישׁ כִּי יְבֻלָּֽע׃
21 Külək qurtaranda, göyü təmizləyəndə Göydə parlayan işığa kimsə baxmaz.
וְעַתָּה ׀ לֹא רָאוּ אוֹר בָּהִיר הוּא בַּשְּׁחָקִים וְרוּחַ עָבְרָה וַֽתְּטַהֲרֵֽם׃
22 Şimaldan qızılı parıltı görünür, Allah qüdrətli əzəmətində gəlir.
מִצָּפוֹן זָהָב יֶֽאֱתֶה עַל־אֱלוֹהַּ נוֹרָא הֽוֹד׃
23 Biz Külli-İxtiyarı tapa bilmərik, Qüvvəti möhtəşəmdir. Salehliyi misilsizdir, ədalətlidir, Heç haqsızlıq etmir.
שַׁדַּי לֹֽא־מְצָאנֻהוּ שַׂגִּיא־כֹחַ וּמִשְׁפָּט וְרֹב־צְדָקָה לֹא יְעַנֶּֽה׃
24 Buna görə insanlar Ondan qorxar, O özünü hikmətli sayanlara baxmaz».
לָכֵן יְרֵאוּהוּ אֲנָשִׁים לֹֽא־יִרְאֶה כָּל־חַכְמֵי־לֵֽב׃

< Əyyub 37 >