< Əyyub 36 >
1 Elihu sözünü belə davam etdirdi:
Addens quoque Eliu, hæc locutus est:
2 «Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var.
Sustine me paululum, et indicabo tibi: adhuc enim habeo quod pro Deo loquar.
3 Geniş məlumat toplayacağam, Yaradanıma haqq verəcəyəm.
Repetam scientiam meam a principio, et operatorem meum probabo iustum.
4 Dediyimin heç biri, şübhəsiz, yalan deyil, Qarşında dayanan kamil bilicidir.
Vere enim absque mendacio sermones mei, et perfecta scientia probabitur tibi.
5 Allah güclüdür, kimsəyə xor baxmaz, Güclüdür, dərin şüura malikdir.
Deus potentes non abiicit, cum et ipse sit potens.
6 Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər.
Sed non salvat impios, et iudicium pauperibus tribuit.
7 Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar.
Non auferet a iusto oculos suos, et reges in solio collocat in perpetuum, et illi eriguntur.
8 Amma əgər insanlar zəncirlənib Təzyiq altında saxlanarsa,
Et si fuerint in catenis, et vinciantur funibus paupertatis.
9 Onlara əməllərini, günahlarını göstərər, Təkəbbürlü rəftar etdiklərini bildirər.
Indicabit eis opera eorum, et scelera eorum, quia violenti fuerunt.
10 Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər.
Revelabit quoque aurem eorum, ut corripiat: et loquetur, ut revertantur ab iniquitate.
11 Əgər Ona qulaq asıb qulluq edərlərsə, Qalan günlərini bolluq içində yaşarlar, Qalan illərini əmin-amanlıqda yaşarlar.
Si audierint et observaverint, complebunt dies suos in bono, et annos suos in gloria:
12 Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar.
Si autem non audierint, transibunt per gladium, et consumentur in stultitia.
13 Allahsızlar ürəklərində kin saxlayırlar, Allah onları qandallayanda belə, Onu çağırmırlar.
Simulatores et callidi provocant iram Dei, neque clamabunt cum vincti fuerint.
14 Vaxtsız ölüb gedərlər, Şərəfsiz ömür sürərlər.
Morietur in tempestate anima eorum, et vita eorum inter effeminatos.
15 Amma Allah əzabkeşləri əzablarından xilas edər, Dara düşəndə onlara səsini eşitdirər.
Eripiet de angustia sua pauperem, et revelabit in tribulatione aurem eius.
16 Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
Igitur salvabit te de ore angusto latissime, et non habente fundamentum subter se: requies autem mensæ tuæ erit plena pinguedine.
17 Amma şərin hökmü vücuduna dolar, Haqq-ədalət isə yaxandan tutar.
Causa tua quasi impii iudicata est, causam iudiciumque recipies.
18 Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın, Rüşvətin böyüklüyünü görüb azmayasan.
Non te ergo superet ira, ut aliquem opprimas: nec multitudo donorum inclinet te.
19 Səni dardan qurtarmağa, Varının, yoxsa qüdrətinin gücü çatarmı?
Depone magnitudinem tuam absque tribulatione, et omnes robustos fortitudine.
20 Xalqların öz yerlərindən Yox edildiyi gecənin həsrətini çəkmə.
Ne protrahas noctem, ut ascendant populi pro eis.
21 Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən, Çünki zəlil olmaqdan çox bunu seçmisən.
Cave ne declines ad iniquitatem: hanc enim cœpisti sequi post miseriam.
22 Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?
Ecce, Deus excelsus in fortitudine sua, et nullus ei similis in legislatoribus.
23 Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər? Kim Ona “haqsızsan” deyə bilər?
Quis poterit scrutari vias eius? aut quis potest ei dicere: Operatus es iniquitatem?
24 Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
Memento quod ignores opus eius, de quo cecinerunt viri.
25 Bütün insanlar bunu görür, Hamı bu işləri uzaqdan seyr edir.
Omnes homines vident eum, unusquisque intuetur procul.
26 Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur.
Ecce, Deus magnus vincens scientiam nostram: numerus annorum eius inæstimabilis.
27 Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır.
Qui aufert stillas pluviæ, et effundit imbres ad instar gurgitum.
28 Bu yağışlar buludlardan tökülür, İnsanların üstünə bol yağışlar səpilir.
Qui de nubibus fluunt, quæ prætexunt cuncta desuper.
29 Buludların necə yayılmasını, Göylərin çadırında guruldamasını Kim dərk edə bilər?
Si voluerit extendere nubes quasi tentorium suum,
30 Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur.
Et fulgurare lumine suo desuper, cardines quoque maris operiet.
31 Allah xalqlara rəhbərlik edir, Onları bol ərzaqla təmin edir.
Per hæc enim iudicat populos, et dat escas multis mortalibus.
32 Şimşəyi əlləri ilə tutur, Hədəfə vurmasını buyurur.
In manibus abscondit lucem, et præcepit ei ut rursus adveniat.
33 Gurultusu qasırğadan xəbər verir, Qasırğanın qopacağını öküzlərə belə, bildirir.
Annunciat de ea amico suo, quod possessio eius sit, et ad eam possit ascendere.