< Əyyub 33 >
1 Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as.
Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as.
2 Bax ağzımı açıram, Dilim bu sözləri deyir.
Bax ağzımı açıram, Dilim bu sözləri deyir.
3 Sözlərim səmimi ürəkdən gəlir, Dodaqlarım biliyi doğru söyləyir.
Sözlərim səmimi ürəkdən gəlir, Dodaqlarım biliyi doğru söyləyir.
4 Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.
Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.
5 Əgər əlindən gəlirsə, mənə cavab ver, Sıraya düz sözlərini, qarşımda dayan.
Əgər əlindən gəlirsə, mənə cavab ver, Sıraya düz sözlərini, qarşımda dayan.
6 Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm.
Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm.
7 Dəhşətimdən vahiməyə düşmə, Bu hücumum sənə ağır gəlməsin.
Dəhşətimdən vahiməyə düşmə, Bu hücumum sənə ağır gəlməsin.
8 Həqiqətən, səsin hələ qulaqlarımdadır, Belə demişdin:
Həqiqətən, səsin hələ qulaqlarımdadır, Belə demişdin:
9 “Pakam, günahsızam, Təmizəm, təqsirsizəm.
“Pakam, günahsızam, Təmizəm, təqsirsizəm.
10 Yenə də Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sayır.
Yenə də Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sayır.
11 Ayaqlarımı buxovlayır, Bütün yollarıma göz qoyur”.
Ayaqlarımı buxovlayır, Bütün yollarıma göz qoyur”.
12 Amma qoy bunu sənə söyləyim ki, Sən bu barədə haqsızsan, Çünki Allah insandan böyükdür.
Amma qoy bunu sənə söyləyim ki, Sən bu barədə haqsızsan, Çünki Allah insandan böyükdür.
13 İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən?
İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən?
14 Çünki insan anlamasa da, Allah bu və ya digər yolla danışır.
Çünki insan anlamasa da, Allah bu və ya digər yolla danışır.
15 Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda
Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda
16 İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki,
İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki,
17 İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun.
İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun.
18 İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır,
İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır,
19 İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir.
İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir.
20 Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir.
Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir.
21 Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır.
Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır.
22 Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır.
Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır.
23 İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa,
İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa,
24 O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
25 Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar.
Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar.
26 Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər.
Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər.
27 Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi.
Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi.
28 Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”.
Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”.
29 Bax Allah bütün bunları insanlara Ya iki dəfə ya da üç dəfə edər ki,
Bax Allah bütün bunları insanlara Ya iki dəfə ya da üç dəfə edər ki,
30 Onların canını quyudan xilas etsin, Onlar həyatın nurunu görsün.
Onların canını quyudan xilas etsin, Onlar həyatın nurunu görsün.
31 Yaxşı dinlə, Əyyub, bir qulaq as, Sakit ol, qoy danışım.
Yaxşı dinlə, Əyyub, bir qulaq as, Sakit ol, qoy danışım.
32 Əgər deməyə sözün varsa, mənə cavab ver, Danış, çünki səni haqlı çıxarmaq istəyirəm.
Əgər deməyə sözün varsa, mənə cavab ver, Danış, çünki səni haqlı çıxarmaq istəyirəm.
33 Sözün yoxsa, mənə qulaq as, Sakit ol, qoy sənə hikmət öyrədim».
Sözün yoxsa, mənə qulaq as, Sakit ol, qoy sənə hikmət öyrədim».