< Əyyub 30 >

1 Amma indi yaşca məndən kiçiklər Mənə lağ edirlər. Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim, Sürümün itlərinin yanına belə, qoymazdım.
«وَأَمَّا ٱلْآنَ فَقَدْ ضَحِكَ عَلَيَّ أَصَاغِرِي أَيَّامًا، ٱلَّذِينَ كُنْتُ أَسْتَنْكِفُ مِنْ أَنْ أَجْعَلَ آبَاءَهُمْ مَعَ كِلَابِ غَنَمِي.١
2 Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı.
قُوَّةُ أَيْدِيهِمْ أَيْضًا مَا هِيَ لِي. فِيهِمْ عَجِزَتِ ٱلشَّيْخُوخَةُ.٢
3 Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi, Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.
فِي ٱلْعَوَزِ وَٱلْمَحْلِ مَهْزُولُونَ، عَارِقُونَ ٱلْيَابِسَةَ ٱلَّتِي هِيَ مُنْذُ أَمْسِ خَرَابٌ وَخَرِبَةٌ.٣
4 Kollardan duzlu bitkilər toplayırdılar, Süpürgə kollarının köklərini yeyirdilər.
ٱلَّذِينَ يَقْطِفُونَ ٱلْمَلَّاحَ عِنْدَ ٱلشِّيحِ، وَأُصُولُ ٱلرَّتَمِ خُبْزُهُمْ.٤
5 Xalq arasından qovulurdular, Üstlərinə elə çığırırdılar ki, Elə bil ki oğrudurlar.
مِنَ ٱلْوَسَطِ يُطْرَدُونَ. يَصِيحُونَ عَلَيْهِمْ كَمَا عَلَى لِصٍّ.٥
6 Vadi yataqlarında, yerin dəliklərində, Qaya ovuqlarında yaşayırdılar.
لِلسَّكَنِ فِي أَوْدِيَةٍ مُرْعِبَةٍ وَثُقَبِ ٱلتُّرَابِ وَٱلصُّخُورِ.٦
7 Kollar arasında bağırırdılar, Qara tikan kolu altında daldalanırdılar.
بَيْنَ ٱلشِّيحِ يَنْهَقُونَ. تَحْتَ ٱلْعَوْسَجِ يَنْكَبُّونَ.٧
8 Axmaqların, adsız-sansız insanların övladlarıdır, Ölkədən qovulmuşdular.
أَبْنَاءُ ٱلْحَمَاقَةِ، بَلْ أَبْنَاءُ أُنَاسٍ بِلَا ٱسْمٍ، سِيطُوا مِنَ ٱلْأَرْضِ.٨
9 İndisə dillərində dastan olmuşam, Ağızlarında məsəl olmuşam.
«أَمَّا ٱلْآنَ فَصِرْتُ أُغْنِيَتَهُمْ، وَأَصْبَحْتُ لَهُمْ مَثَلًا!٩
10 İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər.
يَكْرَهُونَنِي. يَبْتَعِدُونَ عَنِّي، وَأَمَامَ وَجْهِي لَمْ يُمْسِكُوا عَنِ ٱلْبَصْقِ.١٠
11 Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar.
لِأَنَّهُ أَطْلَقَ ٱلْعِنَانَ وَقَهَرَنِي، فَنَزَعُوا ٱلزِّمَامَ قُدَّامِي.١١
12 Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir.
عَنِ ٱلْيَمِينِ ٱلْفُرُوخُ يَقُومُونَ يُزِيحُونَ رِجْلِي، وَيُعِدُّونَ عَلَيَّ طُرُقَهُمْ لِلْبَوَارِ.١٢
13 Yolumu bərbad etdilər, Onlara dəstək verən olmasa da, Məni yox etməyə çalışırlar.
أَفْسَدُوا سُبُلِي. أَعَانُوا عَلَى سُقُوطِي. لَا مُسَاعِدَ عَلَيْهِمْ.١٣
14 Sanki geniş dəliklərdən keçib Viranəlikdən üstümə yuvarlanırlar.
يَأْتُونَ كَصَدْعٍ عَرِيضٍ. تَحْتَ ٱلْهَدَّةِ يَتَدَحْرَجُونَ.١٤
15 Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi.
اِنْقَلَبَتْ عَلَيَّ أَهْوَالٌ. طَرَدَتْ كَٱلرِّيحِ نِعْمَتِي، فَعَبَرَتْ كَٱلسَّحَابِ سَعَادَتِي.١٥
16 İndi canım taqətdən düşdü, Dar günlər məndən bərk yapışdı.
«فَٱلْآنَ ٱنْهَالَتْ نَفْسِي عَلَيَّ، وَأَخَذَتْنِي أَيَّامُ ٱلْمَذَلَّةِ.١٦
17 Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır.
ٱللَّيْلَ يَنْخَرُ عِظَامِي فِيَّ، وَعَارِقِيَّ لَا تَهْجَعُ.١٧
18 Allah paltarı zorla əynimdən çıxarır, Məndən cübbəmin yaxası kimi yapışır.
بِكَثْرَةِ ٱلشِّدَّةِ تَنَكَّرَ لِبْسِي. مِثْلَ جَيْبِ قَمِيصِي حَزَمَتْنِي.١٨
19 Məni lilə batırır, Toza, külə dönmüşəm.
قَدْ طَرَحَنِي فِي ٱلْوَحْلِ، فَأَشْبَهْتُ ٱلتُّرَابَ وَٱلرَّمَادَ.١٩
20 Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan.
إِلَيْكَ أَصْرُخُ فَمَا تَسْتَجِيبُ لِي. أَقُومُ فَمَا تَنْتَبِهُ إِلَيَّ.٢٠
21 Mənə qarşı rəhmsizsən, Güclü əllərinlə məni əzirsən.
تَحَوَّلْتَ إِلَى جَافٍ مِنْ نَحْوِي. بِقُدْرَةِ يَدِكَ تَضْطَهِدُنِي.٢١
22 Məni qaldırıb yel üstünə mindirirsən, Fırtına içinə salıb məni darmadağın edirsən.
حَمَلْتَنِي، أَرْكَبْتَنِي ٱلرِّيحَ وَذَوَّبْتَنِي تَشَوُّهًا.٢٢
23 Bilirəm, məni ölümə, Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.
لِأَنِّي أَعْلَمُ أَنَّكَ إِلَى ٱلْمَوْتِ تُعِيدُنِي، وَإِلَى بَيْتِ مِيعَادِ كُلِّ حَيٍّ.٢٣
24 Yıxılana əl qaldırmaq olmaz, Bəlaya düşənin harayına çatan yoxdur.
وَلَكِنْ فِي ٱلْخَرَابِ أَلَا يَمُدُّ يَدًا؟ فِي ٱلْبَلِيَّةِ أَلَا يَسْتَغِيثُ عَلَيْهَا؟٢٤
25 Məgər dara düşənlər üçün ağlamırdımmı? Yoxsulların halına yanmırdımmı?
«أَلَمْ أَبْكِ لِمَنْ عَسَرَ يَوْمُهُ؟ أَلَمْ تَكْتَئِبْ نَفْسِي عَلَى ٱلْمِسْكِينِ؟٢٥
26 Mən yaxşılıq gözlədim, yamanlıq gəldi, Mən işıq umarkən qaranlıq gəldi.
حِينَمَا تَرَجَّيْتُ ٱلْخَيْرَ جَاءَ ٱلشَّرُّ، وَٱنْتَظَرْتُ ٱلنُّورَ فَجَاءَ ٱلدُّجَى.٢٦
27 Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi.
أَمْعَائِي تَغْلِي وَلَا تَكُفُّ. تَقَدَّمَتْنِي أَيَّامُ ٱلْمَذَلَّةِ.٢٧
28 Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm.
اِسْوَدَدْتُ لَكِنْ بِلَا شَمْسٍ. قُمْتُ فِي ٱلْجَمَاعَةِ أَصْرُخُ.٢٨
29 Çaqqallara qardaş oldum, Bayquşlara yoldaş oldum.
صِرْتُ أَخًا لِلذِّئَابِ، وَصَاحِبًا لِرِئَالِ ٱلنَّعَامِ.٢٩
30 Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır.
حَرِشَ جِلْدِي عَلَيَّ وَعِظَامِي ٱحْتَرَّتْ مِنَ ٱلْحَرَارَةِ فِيَّ.٣٠
31 Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir.
صَارَ عُودِي لِلنَّوْحِ، وَمِزْمَارِي لِصَوْتِ ٱلْبَاكِينَ.٣١

< Əyyub 30 >