< Əyyub 3 >

1 Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi.
אחרי כן פתח איוב את פיהו ויקלל את יומו׃
2 Dilə gəlib belə dedi:
ויען איוב ויאמר׃
3 «Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı.
יאבד יום אולד בו והלילה אמר הרה גבר׃
4 O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı.
היום ההוא יהי חשך אל ידרשהו אלוה ממעל ואל תופע עליו נהרה׃
5 O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı.
יגאלהו חשך וצלמות תשכן עליו עננה יבעתהו כמרירי יום׃
6 O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi.
הלילה ההוא יקחהו אפל אל יחד בימי שנה במספר ירחים אל יבא׃
7 Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı!
הנה הלילה ההוא יהי גלמוד אל תבא רננה בו׃
8 Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın.
יקבהו אררי יום העתידים ערר לויתן׃
9 Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi.
יחשכו כוכבי נשפו יקו לאור ואין ואל יראה בעפעפי שחר׃
10 Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı.
כי לא סגר דלתי בטני ויסתר עמל מעיני׃
11 Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi?
למה לא מרחם אמות מבטן יצאתי ואגוע׃
12 Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar?
מדוע קדמוני ברכים ומה שדים כי אינק׃
13 Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim
כי עתה שכבתי ואשקוט ישנתי אז ינוח לי׃
14 Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə,
עם מלכים ויעצי ארץ הבנים חרבות למו׃
15 Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə.
או עם שרים זהב להם הממלאים בתיהם כסף׃
16 Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım?
או כנפל טמון לא אהיה כעללים לא ראו אור׃
17 Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır,
שם רשעים חדלו רגז ושם ינוחו יגיעי כח׃
18 Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır.
יחד אסירים שאננו לא שמעו קול נגש׃
19 Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır.
קטן וגדול שם הוא ועבד חפשי מאדניו׃
20 Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir?
למה יתן לעמל אור וחיים למרי נפש׃
21 Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar,
המחכים למות ואיננו ויחפרהו ממטמונים׃
22 Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər.
השמחים אלי גיל ישישו כי ימצאו קבר׃
23 Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir?
לגבר אשר דרכו נסתרה ויסך אלוה בעדו׃
24 Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür.
כי לפני לחמי אנחתי תבא ויתכו כמים שאגתי׃
25 Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir.
כי פחד פחדתי ויאתיני ואשר יגרתי יבא לי׃
26 Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır».
לא שלותי ולא שקטתי ולא נחתי ויבא רגז׃

< Əyyub 3 >