< Əyyub 29 >

1 Əyyub yenə misal çəkərək dedi:
ויסף איוב שאת משלו ויאמר׃
2 «Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu,
מי יתנני כירחי קדם כימי אלוה ישמרני׃
3 Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər.
בהלו נרו עלי ראשי לאורו אלך חשך׃
4 Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu,
כאשר הייתי בימי חרפי בסוד אלוה עלי אהלי׃
5 Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı,
בעוד שדי עמדי סביבותי נערי׃
6 Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
ברחץ הליכי בחמה וצור יצוק עמדי פלגי שמן׃
7 Şəhər darvazasına gedərkən, Kürsümü meydanın başına qoyarkən
בצאתי שער עלי קרת ברחוב אכין מושבי׃
8 Gənclər məni görüb gizlənərdi, Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
ראוני נערים ונחבאו וישישים קמו עמדו׃
9 Başçılar söhbətini dayandırardı, Əlləri ilə ağızlarını tutardı.
שרים עצרו במלים וכף ישימו לפיהם׃
10 Əsilzadələrin səsi çıxmazdı, Dilləri damaqlarına yapışardı.
קול נגידים נחבאו ולשונם לחכם דבקה׃
11 Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi.
כי אזן שמעה ותאשרני ועין ראתה ותעידני׃
12 Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım.
כי אמלט עני משוע ויתום ולא עזר לו׃
13 Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim.
ברכת אבד עלי תבא ולב אלמנה ארנן׃
14 Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.
צדק לבשתי וילבשני כמעיל וצניף משפטי׃
15 Korlara göz idim, Topallara ayaq idim,
עינים הייתי לעור ורגלים לפסח אני׃
16 Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım,
אב אנכי לאביונים ורב לא ידעתי אחקרהו׃
17 Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım.
ואשברה מתלעות עול ומשניו אשליך טרף׃
18 Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm, Ömrümün günlərini qum qədər çoxaldacağam.
ואמר עם קני אגוע וכחול ארבה ימים׃
19 Köküm sulara tərəf rişələnəcək, Budaqlarıma şeh düşəcək.
שרשי פתוח אלי מים וטל ילין בקצירי׃
20 Qazandığım şərəf təzələnəcək, Əlimə yeni ox-kaman gələcək”.
כבודי חדש עמדי וקשתי בידי תחליף׃
21 İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi.
לי שמעו ויחלו וידמו למו עצתי׃
22 Heç kim sözümün üstündən söz deməzdi, Sözlərim üzərlərinə tökülərdi.
אחרי דברי לא ישנו ועלימו תטף מלתי׃
23 Məni yağış kimi gözləyirdilər, Yaz yağışı tək sözlərimi içirdilər,
ויחלו כמטר לי ופיהם פערו למלקוש׃
24 Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Gülər üzümdən ruhlanardılar.
אשחק אלהם לא יאמינו ואור פני לא יפילון׃
25 Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim.
אבחר דרכם ואשב ראש ואשכון כמלך בגדוד כאשר אבלים ינחם׃

< Əyyub 29 >