< Əyyub 27 >

1 Əyyub misal çəkərək dedi:
ויסף איוב שאת משלו ויאמר׃
2 «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun,
חי אל הסיר משפטי ושדי המר נפשי׃
3 Nə qədər canımda can, Burnumda Allahın nəfəsi varsa,
כי כל עוד נשמתי בי ורוח אלוה באפי׃
4 Ağzımdan pis söz çıxmayacaq, Dilim yalan danışmayacaq!
אם תדברנה שפתי עולה ולשוני אם יהגה רמיה׃
5 Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm, Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm.
חלילה לי אם אצדיק אתכם עד אגוע לא אסיר תמתי ממני׃
6 Salehliyimdən bərk yapışmışam, Onu buraxmaram, Elə gün keçirməmişəm ki, ürəyim tərəfindən ittiham olunum.
בצדקתי החזקתי ולא ארפה לא יחרף לבבי מימי׃
7 Qoy düşmən pis adamların gününə düşsün, Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin.
יהי כרשע איבי ומתקוממי כעול׃
8 Allahsız insanı Allah kəsib atanda, Canını alanda ümidi olarmı?
כי מה תקות חנף כי יבצע כי ישל אלוה נפשו׃
9 Dara düşəndə fəryadını Allah eşidəcəkmi?
הצעקתו ישמע אל כי תבוא עליו צרה׃
10 O, Külli-İxtiyardan zövq alırmı? O hər zaman Allaha yalvarırmı?
אם על שדי יתענג יקרא אלוה בכל עת׃
11 Allahın qolu haqqında sizə bilik verəcəyəm, Külli-İxtiyarın niyyətini sizdən gizlətməyəcəyəm.
אורה אתכם ביד אל אשר עם שדי לא אכחד׃
12 Əslində hamınız bunu görmüsünüz, Bəs niyə boş sözlər söyləyirsiniz?
הן אתם כלכם חזיתם ולמה זה הבל תהבלו׃
13 Pis adam Allahdan belə pay alar, Külli-İxtiyardan zorakı adamlara bu nəsib olar:
זה חלק אדם רשע עם אל ונחלת עריצים משדי יקחו׃
14 Nə olsun, övladları çoxalır, Hamısı qılıncdan keçiriləcək, Nəslində doyunca çörək tapan olmayacaq.
אם ירבו בניו למו חרב וצאצאיו לא ישבעו לחם׃
15 Nəslindən sağ qalanlar xəstəlikdən ölərək dəfn ediləcək, Dul arvadları ağlaya bilməyəcək.
שרידו במות יקברו ואלמנתיו לא תבכינה׃
16 Pis insan qum qədər gümüş yığsa da, Torpaq zərrələri qədər paltar yığsa da,
אם יצבר כעפר כסף וכחמר יכין מלבוש׃
17 Onun yığdığını saleh geyəcək, Gümüşünü günahsızlar böləcək.
יכין וצדיק ילבש וכסף נקי יחלק׃
18 Güvə çanağı kimi, Qarovulçu çardağı kimi ev tikir,
בנה כעש ביתו וכסכה עשה נצר׃
19 Varlı olaraq yatır, amma sona qədər belə qalmaz, Gözlərini açanda hamısı yox olub gedəcək.
עשיר ישכב ולא יאסף עיניו פקח ואיננו׃
20 Dəhşət onu sel tək basacaq, Tufan gecə onu qapıb aparacaq.
תשיגהו כמים בלהות לילה גנבתו סופה׃
21 Şərq küləyi onu qaldırıb sovuracaq, Onu öz yerindən süpürüb aparacaq.
ישאהו קדים וילך וישערהו ממקמו׃
22 Ona qarşı amansız küləklər əsəcək, O isə yelin əlindən qaçmağa cəhd edəcək.
וישלך עליו ולא יחמל מידו ברוח יברח׃
23 Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq.
ישפק עלימו כפימו וישרק עליו ממקמו׃

< Əyyub 27 >