< Əyyub 23 >
1 Əyyub belə cavab verdi:
ヨブこたへて曰く
2 «Bu gün də acı-acı şikayət edəcəyəm, Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır.
我は今日にても尚つぶやきて服せず わが禍災はわが嘆息よりも重し
3 Kaş biləydim Onu harada tapmaq olar, Məskəninə çatmaq olar.
ねがはくは神をたづねて何處にか遇まつるを知り其御座に參いたらんことを
4 O zaman davamı Onun hüzurunda dilə gətirərdim, Dəlillərimi dalbadal düzərdim.
我この愁訴をその御前に陳べ口を極めて辨論はん
5 Mənə verəcəyi cavabı öyrənərdim, Dediyini dərk edərdim.
我その我に答へ給ふ言を知り また其われに言たまふ所を了らん
6 Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı? Xeyr, yəqin sözümə qulaq asardı.
かれ大なる能をもて我と爭ひたまはんや 然らじ反つて我を眷みたまふべし
7 Hüzurunda bir haqlı insan mübahisə etsəydi, Mən hakimimin yanında haqq qazanardım.
彼處にては正義人かれと辨爭ふことを得 斯せば我を鞫く者の手を永く免かるべし
8 Şərqə getsəm, Allah orada deyil, Qərbə getsəm, Onu tapa bilmirəm.
しかるに我東に往くも彼いまさず 西に往くも亦見たてまつらず
9 O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm.
北に工作きたまへども遇まつらず 南に隱れ居たまへば望むべからず
10 Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
わが平生の道は彼知りたまふ 彼われを試みたまはば我は金のごとくして出きたらん
11 Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
わが足は彼の歩履に堅く隨へり 我はかれの道を守りて離れざりき
12 Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
我はかれの唇の命令に違はず 我が法よりも彼の口の言語を重ぜり
13 O təkbaşına dayanıb, kim Onu döndərə bilər? Könlü nə istəsə, onu edər.
かれは一に居る者にまします 誰か能かれをして意を變しめん 彼はその心に慾する所をかならず爲たまふ
14 Mənimlə bağlı qərarını yerinə yetirəcək, Belə fikirləri çoxdur.
然ば我に向ひて定めし事を必らず成就たまはん 是のごとき事を多く彼は爲たまふなり
15 Ona görə hüzurunda dəhşətə gəlirəm, Bunları düşünəndə Ondan vahimələnirəm.
是故に我かれの前に慄ふ 我考ふれば彼を懼る
16 Allah qəlbimin cəsarətini qırdı, Külli-İxtiyar məni qorxuya saldı.
神わが心を弱くならしめ 全能者われをして懼れしめたまふ
17 Sifətimi qatı qaranlıq bürüsə belə, Məni zülmət susdura bilməz.
かく我は暗の來らぬ先わが面を黒暗の覆ふ前に打絶れざりき