< Əyyub 22 >

1 Temanlı Elifaz belə cavab verdi:
Then Eliphaz the Temanite made answer and said,
2 «İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?
Is it possible for a man to be of profit to God? No, for a man's wisdom is only of profit to himself.
3 Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır? Sənin düz həyat tərzinin Ona nə faydası var?
Is it of any interest to the Ruler of all that you are upright? or is it of use to him that your ways are without sin?
4 Səni tənbeh etməsi, mübarizə aparması Ondan qorxduğun üçündürmü?
Is it because you give him honour that he is sending punishment on you and is judging you?
5 Pisliyin böyük deyilmi, Təqsirin hədsiz deyilmi?
Is not your evil-doing great? and there is no end to your sins.
6 Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun.
For you have taken your brother's goods when he was not in your debt, and have taken away the clothing of those who have need of it.
7 Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin.
You do not give water to the tired traveller, and from him who has no food you keep back bread.
8 Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kimi orada yaşadın.
For it was the man with power who had the land, and the man with an honoured name who was living in it.
9 Dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın.
You have sent widows away without hearing their cause, and you have taken away the support of the child who has no father.
10 Ona görə hər yanını tələlər bürüyüb, Qəfil qorxu səni dəhşətləndirib.
For this cause nets are round your feet, and you are overcome with sudden fear.
11 Hər şeyə qara vurub görmürsən, Sellərdə boğulursan.
Your light is made dark so that you are unable to see, and you are covered by a mass of waters.
12 Allah göylərdə – ucalarda deyilmi? Ən uzaq ulduzlara bir nəzər sal, Gör nə qədər ucalarda yerləşib!
Is not God as high as heaven? and see the stars, how high they are!
13 Amma deyirsən “Allah nə bilir? Qatı qaranlıq içindən hökm verə bilərmi?
And you say, What knowledge has God? is he able to give decisions through the deep dark?
14 Görə bilmir, qara buludlar Ona mane olur, Göy qübbəsinin üzərində dolaşır”.
Thick clouds are covering him, so that he is unable to see; and he is walking on the arch of heaven.
15 Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan?
Will you keep the old way by which evil men went?
16 Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı.
Who were violently taken away before their time, who were overcome by the rush of waters:
17 Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?”
Who said to God, Go away from us; and, What is the Ruler of all able to do to us?
18 Amma evlərini bərəkətlə dolduran Allah idi, Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.
Though he made their houses full of good things: but the purpose of the evil-doers is far from me!
19 Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir:
The upright saw it and were glad: and those who had done no wrong made sport of them,
20 “Düşmənlərimiz yox oldu, Onlardan nə qaldısa, yanıb kül oldu”.
Saying, Truly, their substance is cut off, and their wealth is food for the fire.
21 Allahla barışıb dost olsan, Xeyir taparsan.
Put yourself now in a right relation with him and be at peace: so will you do well in your undertakings.
22 Onun ağzından çıxan təlimi qəbul et, Onun sözlərini qəlbində saxla.
Be pleased to take teaching from his mouth, and let his words be stored up in your heart.
23 Külli-İxtiyara tərəf dönsən, Əvvəlki halına düşərsən. Çadırın şərdən uzaq olsa,
If you come back to the Ruler of all, making yourself low before him; if you put evil far away from your tents;
24 Qızılını torpağa, Ofir qızılını dərədəki çınqıllığa atsan,
And put your gold in the dust, even your gold of Ophir among the rocks of the valleys;
25 Külli-İxtiyar sənin qızılın olar, Qiymətli gümüşün olar.
Then the Ruler of all will be your gold, and his teaching will be your silver;
26 Onda Külli-İxtiyardan zövq alarsan, Allaha üz tutarsan.
For then you will have delight in the Ruler of all, and your face will be lifted up to God.
27 Ona yalvarsan, səni eşidər, Etdiyin nəzirləri yerinə yetirərsən.
You will make your prayer to him, and be answered; and you will give effect to your oaths.
28 O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər.
Your purposes will come about, and light will be shining on your ways.
29 İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər.
For God makes low those whose hearts are lifted up, but he is a saviour to the poor in spirit.
30 O, günahsız olmayanı belə qurtarar, Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».
He makes safe the man who is free from sin, and if your hands are clean, salvation will be yours.

< Əyyub 22 >