< Əyyub 2 >

1 Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi.
Başka bir gün ilahi varlıklar RAB'bin huzuruna çıkmak için geldiklerinde Şeytan da RAB'bin huzuruna çıkmak için onlarla gelmişti.
2 Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi.
RAB Şeytan'a, “Nereden geliyorsun?” dedi. Şeytan, “Dünyada gezip dolaşmaktan” diye yanıtladı.
3 Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb».
RAB, “Kulum Eyüp'e bakıp da düşündün mü?” dedi, “Çünkü dünyada onun gibisi yoktur. Kusursuz, doğru bir adamdır. Tanrı'dan korkar, kötülükten kaçınır. Senin kışkırtmaların sonucunda onu boş yere yıkıma uğrattım, ama o doğruluğunu hâlâ sürdürüyor.”
4 Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər.
“Cana can!” diye yanıtladı Şeytan, “İnsan canı için her şeyini verir.
5 Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».
Elini uzat da, onun etine, kemiğine dokun, yüzüne karşı sövecektir.”
6 Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma».
RAB, “Peki” dedi, “Onu senin eline bırakıyorum. Yalnız canına dokunma.”
7 Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı.
Böylece Şeytan RAB'bin huzurundan ayrıldı. Eyüp'ün bedeninde tepeden tırnağa kadar kötü çıbanlar çıkardı.
8 Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu.
Eyüp çıbanlarını kaşımak için bir çömlek parçası aldı. Kül içinde oturuyordu.
9 Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»
Karısı, “Hâlâ doğruluğunu sürdürüyor musun?” dedi, “Tanrı'ya söv de öl bari!”
10 Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.
Eyüp, “Aptal kadınlar gibi konuşuyorsun” diye karşılık verdi, “Nasıl olur? Tanrı'dan gelen iyiliği kabul edelim de kötülüğü kabul etmeyelim mi?” Bütün bu olaylara karşın Eyüp'ün ağzından günah sayılabilecek bir söz çıkmadı.
11 Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər.
Eyüp'ün üç dostu –Temanlı Elifaz, Şuahlı Bildat, Naamalı Sofar– Eyüp'ün başına gelen bunca kötülüğü duyunca kalkıp bir araya geldiler. Acısını paylaşmak, onu avutmak için yanına gitmek üzere anlaştılar.
12 Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər.
Uzaktan onu tanıyamadılar; yüksek sesle ağlayıp kaftanlarını yırtarak başlarına toprak saçtılar.
13 Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər.
Yedi gün yedi gece onunla birlikte yere oturdular. Kimse ağzını açmadı, çünkü ne denli acı çektiğini görüyorlardı.

< Əyyub 2 >