< Əyyub 17 >

1 Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir.
רוחי חבלה ימי נזעכו קברים לי׃
2 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür.
אם לא התלים עמדי ובהמרותם תלן עיני׃
3 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun?
שימה נא ערבני עמך מי הוא לידי יתקע׃
4 Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan.
כי לבם צפנת משכל על כן לא תרמם׃
5 Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək.
לחלק יגיד רעים ועיני בניו תכלנה׃
6 Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər.
והצגני למשל עמים ותפת לפנים אהיה׃
7 Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı.
ותכה מכעש עיני ויצרי כצל כלם׃
8 Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır.
ישמו ישרים על זאת ונקי על חנף יתערר׃
9 Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir.
ויאחז צדיק דרכו וטהר ידים יסיף אמץ׃
10 Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram.
ואולם כלם תשבו ובאו נא ולא אמצא בכם חכם׃
11 Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü.
ימי עברו זמתי נתקו מורשי לבבי׃
12 Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir.
לילה ליום ישימו אור קרוב מפני חשך׃
13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, (Sheol h7585)
אם אקוה שאול ביתי בחשך רפדתי יצועי׃ (Sheol h7585)
14 Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm,
לשחת קראתי אבי אתה אמי ואחתי לרמה׃
15 Ümidim hara gedər? Mənim ümidimi kim görər?
ואיה אפו תקותי ותקותי מי ישורנה׃
16 Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» (Sheol h7585)
בדי שאל תרדנה אם יחד על עפר נחת׃ (Sheol h7585)

< Əyyub 17 >