< Yeremya 7 >
1 Rəbdən Yeremyaya bu söz nazil oldu:
The word that came to Jeremiah from the LORD, saying,
2 «Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın.
Stand in the gate of the LORD’S house, and proclaim there this word, and say, Hear the word of the LORD, all ye of Judah, that enter in at these gates to worship the LORD.
3 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yollarınızı və əməllərinizi islah edin ki, Mən sizi bu yerdə yaşamağa qoyum.
Thus saith the LORD of hosts, the God of Israel, Amend your ways and your doings, and I will cause you to dwell in this place.
4 ‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin.
Trust ye not in lying words, saying, The temple of the LORD, The temple of the LORD, The temple of the LORD, are these.
5 Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz,
For if ye thoroughly amend your ways and your doings; if ye thoroughly execute judgment between a man and his neighbour;
6 qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız,
If ye oppress not the stranger, the fatherless, and the widow, and shed not innocent blood in this place, neither walk after other gods to your harm:
7 o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam.
Then will I cause you to dwell in this place, in the land that I gave to your fathers, for ever and ever.
8 Siz isə faydasız olan yalan sözlərə güvənirsiniz.
Behold, ye trust in lying words, that cannot profit.
9 Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz.
Will ye steal, murder, and commit adultery, and swear falsely, and burn incense to Baal, and walk after other gods whom ye know not;
10 Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz.
And come and stand before me in this house, which is called by my name, and say, We are delivered to do all these abominations?
11 Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir.
Is this house, which is called by my name, become a den of robbers in your eyes? Behold, even I have seen it, saith the LORD.
12 “İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”.
But go ye now to my place which was in Shiloh, where I set my name at the first, and see what I did to it for the wickedness of my people Israel.
13 Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz.
And now, because ye have done all these works, saith the LORD, and I spoke to you, rising early and speaking, but ye heard not; and I called you, but ye answered not;
14 Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm.
Therefore will I do to this house, which is called by my name, in which ye trust, and to the place which I gave to you and to your fathers, as I have done to Shiloh.
15 Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm.
And I will cast you out of my sight, as I have cast out all your brethren, even the whole seed of Ephraim.
16 Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam.
Therefore pray not thou for this people, neither lift up cry nor prayer for them, neither make intercession to me: for I will not hear thee.
17 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi?
Seest thou not what they do in the cities of Judah and in the streets of Jerusalem?
18 Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”.
The children gather wood, and the fathers kindle the fire, and the women knead dough, to make cakes to the queen of heaven, and to pour out drink offerings to other gods, that they may provoke me to anger.
19 Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?”
Do they provoke me to anger? saith the LORD: do they not provoke themselves to the confusion of their own faces?
20 Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.
Therefore thus saith the Lord GOD; Behold, my anger and my fury shall be poured out upon this place, upon man, and upon beast, and upon the trees of the field, and upon the fruit of the ground; and it shall burn, and shall not be quenched.
21 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yandırma qurbanlarınızı başqa qurbanlarınıza qatıb ət yeyin.
Thus saith the LORD of hosts, the God of Israel; Put your burnt offerings to your sacrifices, and eat flesh.
22 Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim.
For I spoke not to your fathers, nor commanded them in the day that I brought them out of the land of Egypt, concerning burnt offerings or sacrifices:
23 Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›.
But this thing I commanded them, saying, Obey my voice, and I will be your God, and ye shall be my people: and walk ye in all the ways that I have commanded you, that it may be well to you.
24 Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər.
But they hearkened not, nor inclined their ear, but walked in the counsels and in the imagination of their evil heart, and went backward, and not forward.
25 Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim.
Since the day that your fathers came forth from the land of Egypt to this day I have even sent to you all my servants the prophets, daily rising early and sending them:
26 Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər.
Yet they hearkened not to me, nor inclined their ear, but hardened their neck: they did worse than their fathers.
27 Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”.
Therefore thou shalt speak all these words to them; but they will not hearken to thee: thou shalt also call to them; but they will not answer thee.
28 Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.
But thou shalt say to them, This is a nation that obeyeth not the voice of the LORD their God, nor receiveth correction: truth hath perished, and is cut off from their mouth.
29 Ey Yerusəlim, saçını kəsib at, Çılpaq təpələr üzərində mərsiyə oxu, Çünki Rəbb qəzəbləndiyi nəsli Rədd edib tərk etdi.
Cut off thy hair, O Jerusalem, and cast it away, and take up a lamentation on high places; for the LORD hath rejected and forsaken the generation of his wrath.
30 Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar.
For the children of Judah have done evil in my sight, saith the LORD: they have set their abominations in the house which is called by my name, to pollute it.
31 Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom vadisindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”».
And they have built the high places of Tophet, which is in the valley of the son of Hinnom, to burn their sons and their daughters in the fire; which I commanded them not, neither came it into my heart.
32 Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom vadisi deyil, Qırğın vadisi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar.
Therefore, behold, the days come, saith the LORD, that it shall no more be called Tophet, nor the valley of the son of Hinnom, but the valley of slaughter: for they shall bury in Tophet, till there shall be no place.
33 Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq.
And the dead bodies of this people shall be food for the fowls of heaven, and for the beasts of the earth; and none shall frighten them away.
34 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq».
Then will I cause to cease from the cities of Judah, and from the streets of Jerusalem, the voice of mirth, and the voice of gladness, the voice of the bridegroom, and the voice of the bride: for the land shall be desolate.