< Yeremya 6 >

1 Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur.
העזו בני בנימן מקרב ירושלם ובתקוע תקעו שופר ועל בית הכרם שאו משאת כי רעה נשקפה מצפון ושבר גדול׃
2 Mən gözəl və zərif qızı – Sion qızını talan edəcəyəm.
הנוה והמענגה דמיתי בת ציון׃
3 Çobanlar öz sürüləri ilə Ona qarşı gələcək, Hər tərəfdən onun önündə çadır quracaq. Hər kəs öz yerində sürüsünü otaracaq.
אליה יבאו רעים ועדריהם תקעו עליה אהלים סביב רעו איש את ידו׃
4 Sion qızı ilə döyüşə hazırlaşın! Qalxın, günorta çağı hücum edək! Vay halımıza! Gün tutqunlaşır, Axşam kölgələri uzanır.
קדשו עליה מלחמה קומו ונעלה בצהרים אוי לנו כי פנה היום כי ינטו צללי ערב׃
5 Qalxın, gecə vaxtı hücum edək! Onun imarətlərini dağıdaq!
קומו ונעלה בלילה ונשחיתה ארמנותיה׃
6 Ordular Rəbbi belə dedi: «Ağac kəsin, Yerusəlimin önündə torpaq qalağı qurun. Bu şəhər cəzalanmalıdır, Çünki zorakılıqla dolub-daşır.
כי כה אמר יהוה צבאות כרתו עצה ושפכו על ירושלם סללה היא העיר הפקד כלה עשק בקרבה׃
7 Bir bulaqdan necə su axarsa, Bu şəhərdən də eləcə pislik fışqırır. İçində zorakılıq və soyğunçuluq səsi eşidilir. Önümdə həmişə dərd və yara görürəm.
כהקיר בור מימיה כן הקרה רעתה חמס ושד ישמע בה על פני תמיד חלי ומכה׃
8 Ey Yerusəlim, ibrət al, Yoxsa səndən üz döndərərəm, Səni xarabaya, əhalisiz torpağa çevirərəm».
הוסרי ירושלם פן תקע נפשי ממך פן אשימך שממה ארץ לוא נושבה׃
9 Ordular Rəbbi belə deyir: «Tənəkdən son üzümlər yığılan kimi İsrailin qalan əhalisi də Yığılıb qurtaracaq. Üzümyığan kimi Yenə meynə budaqlarına əlini uzat».
כה אמר יהוה צבאות עולל יעוללו כגפן שארית ישראל השב ידך כבוצר על סלסלות׃
10 Kiminlə danışım, Kimə xəbərdarlıq edim ki, qulaq assın? Axı qulaqları tıxanıb, Eşidə bilmirlər. Onların arasında Rəbbin sözünə lağ edilir, Ondan xoşları gəlmir.
על מי אדברה ואעידה וישמעו הנה ערלה אזנם ולא יוכלו להקשיב הנה דבר יהוה היה להם לחרפה לא יחפצו בו׃
11 Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.
ואת חמת יהוה מלאתי נלאיתי הכיל שפך על עולל בחוץ ועל סוד בחורים יחדו כי גם איש עם אשה ילכדו זקן עם מלא ימים׃
12 Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq. Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam» Rəbb belə bəyan edir.
ונסבו בתיהם לאחרים שדות ונשים יחדו כי אטה את ידי על ישבי הארץ נאם יהוה׃
13 «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur.
כי מקטנם ועד גדולם כלו בוצע בצע ומנביא ועד כהן כלו עשה שקר׃
14 Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur.
וירפאו את שבר עמי על נקלה לאמר שלום שלום ואין שלום׃
15 İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb.
הבישו כי תועבה עשו גם בוש לא יבושו גם הכלים לא ידעו לכן יפלו בנפלים בעת פקדתים יכשלו אמר יהוה׃
16 Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz.
כה אמר יהוה עמדו על דרכים וראו ושאלו לנתבות עולם אי זה דרך הטוב ולכו בה ומצאו מרגוע לנפשכם ויאמרו לא נלך׃
17 Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz.
והקמתי עליכם צפים הקשיבו לקול שופר ויאמרו לא נקשיב׃
18 Buna görə də, ey millətlər, qulaq asın, Ey camaat, bilin ki, Onların başına nə gələcək.
לכן שמעו הגוים ודעי עדה את אשר בם׃
19 Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər.
שמעי הארץ הנה אנכי מביא רעה אל העם הזה פרי מחשבותם כי על דברי לא הקשיבו ותורתי וימאסו בה׃
20 Səbadan gətirilən kündür, Uzaq ölkədən gəlmiş ətirli qamış Nəyimə lazımdır? Yandırma qurbanlarınız Mənə məqbul deyil, Başqa qurbanlarınız da Mənə xoş deyil».
למה זה לי לבונה משבא תבוא וקנה הטוב מארץ מרחק עלותיכם לא לרצון וזבחיכם לא ערבו לי׃
21 Buna görə də Rəbb belə deyir: «Mən bu xalqın qabağına Maneələr qoyacağam. Atalar və oğullar birlikdə Onlara ilişib yıxılacaq. Qonşu dostu ilə birgə həlak olacaq».
לכן כה אמר יהוה הנני נתן אל העם הזה מכשלים וכשלו בם אבות ובנים יחדו שכן ורעו יאבדו׃
22 Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir.
כה אמר יהוה הנה עם בא מארץ צפון וגוי גדול יעור מירכתי ארץ׃
23 Onlar əllərində ox-kaman və nizə tutub, Rəhmsizdirlər, heç kəsə acımırlar. Səsləri dəniz kimi gurlayır, Atlara miniblər. Onlar yekdilliklə səninlə Müharibəyə hazırdır, ey Sion qızı!»
קשת וכידון יחזיקו אכזרי הוא ולא ירחמו קולם כים יהמה ועל סוסים ירכבו ערוך כאיש למלחמה עליך בת ציון׃
24 Onlar haqqında xəbər eşitdik, Əllərimiz yanımıza düşdü. Doğan qadın kimi bizi Sıxıntı və əzab bürüdü.
שמענו את שמעו רפו ידינו צרה החזיקתנו חיל כיולדה׃
25 Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var.
אל תצאי השדה ובדרך אל תלכי כי חרב לאיב מגור מסביב׃
26 Ey əziz xalqım! Çul geyin və küldə yuvarlan. Vahid oğluna yas tutan kimi Yas tutub acı-acı ağla. Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.
בת עמי חגרי שק והתפלשי באפר אבל יחיד עשי לך מספד תמרורים כי פתאם יבא השדד עלינו׃
27 Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki, Xalqımı yoxlayıb imtahan edəsən, Onlara nəzər qoyub əməllərini sınayasan.
בחון נתתיך בעמי מבצר ותדע ובחנת את דרכם׃
28 Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.
כלם סרי סוררים הלכי רכיל נחשת וברזל כלם משחיתים המה׃
29 Körük basılır, Atəşində qurğuşun əriyir. Ancaq dəmirçi nahaq yerə əridir, Çünki pislər ayrılmır.
נחר מפח מאשתם עפרת לשוא צרף צרוף ורעים לא נתקו׃
30 Onlara isə “atılmış gümüş” deyəcəklər, Çünki Rəbb onları atdı».
כסף נמאס קראו להם כי מאס יהוה בהם׃

< Yeremya 6 >