< Yeremya 52 >

1 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
漆德克雅登極時,年二十一歲,在耶路撒泠為王十一年,他的母親名叫哈慕塔耳,是里貝納人耶勒米雅的女兒。
2 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü.
他行了上主視為惡的事,全像約雅金所行的一樣,
3 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.
因此上主對耶路撒泠和猶大大發忿怒,由自己面前將他們拋棄。以後漆德克雅背叛了巴比倫王。
4 Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi.
漆德克雅為王九年十月十日,巴比倫王拿步高率領全軍來進攻耶路撒泠,紮營圍城,在城四周建築了壁壘,
5 Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı.
圍攻京城,直至漆德克雅為王十一年。
6 Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı.
是年四月九日,城中發生了嚴重的饑荒,當地人民已沒有糧食,
7 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı.
京城遂被攻破,加色丁人還在圍攻京城時,君王和全體士兵,黑夜出了靠近御苑的雙牆城門,逃往阿辣巴。
8 Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı.
加色丁軍隊便追趕君王,在耶里哥曠野追上了漆德克雅。此時他的軍隊已離開他逃散了。
9 Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi.
加色丁軍隊擒獲了君王,帶他上哈瑪特地的黎貝拉去見巴比倫王,巴比倫王即宣判了他的罪案。
10 O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü.
巴比倫王在黎貝拉當著漆德克雅眼前殺了他的兒子,和猶大的眾首領,
11 Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı.
然後剜了漆德克雅的眼,給他帶上鎖鏈,送往巴比倫去,直到他死,囚在監內。
12 Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi.
巴比倫王拿步高為王十九年五月十日,侍立於巴比倫王左右的衛隊長乃步匝辣當來到了耶路撒泠,
13 O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.
焚毀了上的殿、王宮和耶路撒泠所有的民房;凡是高大的建築都用火燒了。
14 Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu.
跟隨衛隊長的所有加色丁軍隊,拆毀了耶路撒泠周圍的城牆;
15 Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi.
城中剩下的人民和已投降巴比倫王的人以及剩下的工匠,隊長乃步匝辣當都擄了去,
16 Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.
只留下了當地一部分最窮的平民,作園丁和農民。
17 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı.
加色丁人又將上主殿內的銅柱,和上主殿內的銅座、銅海都打碎,把銅都運往巴比倫;
18 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar.
此外鍋、鏟、蠟剪、盆碟、香盤,以及行禮用的一切銅器,全都帶走;
19 Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı.
爵杯、提爐、盆碟、鍋子、蠟台、勺子和盆盂,凡是純金純銀的,衛隊長也都拿走了。
20 Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi.
撒羅滿王為上主殿做的兩根柱子,一個銅海和下面的十二個銅牛,及十個盆座:這些器皿的銅,重量無法估計。
21 Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi.
至於兩根柱子,每根高十八肘;周圍是十二肘,有四指厚,中空。
22 Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi.
每根柱子上面有銅柱頭,高五肘,柱頭四周有網子和石榴,全是銅的;另一柱子同樣也有像這樣的裝飾和石榴。
23 Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi.
石榴有九十六個,往下懸著;網子四周共有一百個石榴。
24 Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astana keşikçisi olan üç nəfəri əsir aldı.
衛隊長又擒獲了大司祭色辣雅,大司祭責法尼雅和三個門丁,
25 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu.
由城中還擒獲了一個管理軍隊的宦官,七個在城裏搜到的君王的親信,一個徵募當地人民的軍長的書記,和城中搜到的六十個當地平民。
26 Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı.
衛隊長乃步匝辣當捉住他們帶到黎貝拉去見巴比倫王;
27 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
巴比倫王就在哈瑪特地的黎貝拉將他們殺了。從此,猶大人由本鄉被擄去充軍。
28 Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi;
以下是拿步高擄去的人數:在第七年擄去的猶大人,為數是三千零二十三人。
29 Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər;
拿步高第十八年,由耶路撒冷擄去的是八百三十二人;
30 iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi.
拿步高第二十三年,衛隊長乃步匝辣當擄去了七百四十五名猶大人:擄去的人數共計是四千六百名。
31 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.
猶大王耶苛尼雅被擄後第三十七年,十二月二十五日,巴比倫王厄威耳默洛達客登極元年,大赦猶大王耶苛尼雅,放他出獄,
32 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu.
親切與他交談,令他坐在與他一同在巴比倫的眾王之上,
33 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi.
脫去他的囚衣,以後一生日日與王共進飲食。
34 Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi.
他的生活費用,在他有生之日,直到他死,每天不斷由巴比倫王供應。

< Yeremya 52 >