< Yeremya 50 >
1 Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi:
And it came to pass, when Jeremias ceased speaking to the people all the words of the Lord, [for] which the Lord had sent him to them, [even] all these words,
2 «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.
that Azarias son of Maasaeas spoke, and Joanan, the son of Caree, and all the men who had spoken to Jeremias, saying, [It is] false: the Lord has not sent you to us, saying, Enter not into Egypt to dwell there:
3 Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək».
but Baruch the son of Nerias sets you against us, that you may deliver us into the hands of the Chaldeans, to kill us, and that we should be carried away captives to Babylon.
4 Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq.
So Joanan, and all the leaders of the host, and all the people, refused to listen to the voice of the Lord, to dwell in the land of Juda.
5 Üzləri Siona tərəf Oraya gedən yolu soruşacaqlar, Onlar gəlib unudulmaz, əbədi bir əhdlə Rəbbə bağlanacaq.
And Joanan, and all the leaders of the host, took all the remnant of Juda, who had returned to dwell in the land;
6 Xalqım itmiş qoyunlar kimidir, Çobanları onları azdırdı, Dağlarda özbaşına dolandırdı, Onlar dağdan təpəyə getdi, Yatdıqları yeri unutdu.
the mighty men, and the women, and the children that were left, and the daughters of the king, and the souls which Nabuzardan had left with Godolias the son of Achicam and Jeremias the prophet, and Baruch the son of Nerias.
7 Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.
And they came into Egypt: for they listened not to the voice of the Lord: and they entered into Taphnas.
8 Babildən qaçıb qurtarın! Xaldey ölkəsini tərk edin, Sürüyə yol göstərən təkə kimi olun!
And the word of the Lord came to Jeremias in Taphnas, saying,
9 Çünki Mən şimal ölkəsindən Babilə qarşı böyük millətlər ittifaqını Oyandırıb çıxaracağam. Babilin önündə düzülüb Onu şimaldan ələ keçirəcəklər. Oxları mahir döyüşçü oxları kimi olacaq, Heç biri əliboş qayıtmayacaq.
Take you great stones, and hide them in the entrance, at the gate of the house of Pharao in Taphnas, in the sight of the men of Juda:
10 Xaldey ölkəsi qarət olunacaq, Onu qarət edənlər maldan doyacaq» Rəbb belə bəyan edir.
and you shall say, Thus has the Lord said; Behold, I [will] send, and will bring Nabuchodonosor king of Babylon, and he shall place his throne upon these stones which you have hidden, and he shall lift up weapons against them.
11 «Ey irsimi talayanlar, İndi ki sevinib şadlıqla coşursunuz, Xırmanda taxıl döyən düyə kimi tullanırsınız, Ayğır kimi kişnəyirsiniz,
And he shall enter in, and strike the land of Egypt, [delivering] some for death to death; and some for captivity to captivity; and some for the sword to the sword.
12 Ananız çox utanacaq, Sizi doğanın üzü qızaracaq. Xaldey millətlərin ən zəifi, Quraq, boz bir səhra olacaq.
And he shall kindle a fire in the houses of their gods, and shall burn them, and shall carry them away captives: and shall search the land of Egypt, as a shepherd searches his garment; and he shall go forth in peace.
13 Rəbbin qəzəbi üzündən Heç kəs orada yaşamayacaq, Tamamilə viran olacaq. Hər keçən Babilin aldığı Bütün yaraları görəndə Heyrət içində fit çalacaq.
And he shall break to pieces the pillars of Heliopolis that are in On, and shall burn their houses with fire.
14 Ey bütün kaman çəkənlər, Babilin ətrafında döyüş üçün düzülün. Oraya ox atın, oxunuzu əsirgəməyin. Çünki o, Rəbbə qarşı günah etdi.
15 Hər tərəfdən ona qarşı nərə çəkin, O təslim oldu, Qüllələri yıxıldı, divarları uçuldu. Çünki bu, Rəbbin qisasıdır. Ondan qisas alın, O nə etdisə, başına onu gətirin.
16 Babildə əkinçiləri məhv edin, Biçin vaxtı oraqçıları rədd edin. Zalımların qılıncı üzündən Hər kəs öz xalqının yanına qayıtsın, Hamı öz ölkəsinə qaçsın.
17 İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı».
18 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Aşşur padşahını necə cəzalandırdımsa, Babil padşahı ilə ölkəsini də Eləcə cəzalandıracağam.
19 Lakin İsraili yenə öz otlağına gətirəcəyəm, O, Karmeldə və Başanda otlayacaq. Efrayim və Gilead dağlıq bölgələrində İstədiyi qədər yeyib-doyacaq.
20 O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir.
21 «Meratayim torpağına, Peqodda yaşayanlara hücum et. Onları təqib edib öldür, Bütünlüklə yox et» Rəbb belə bəyan edir. «Sənə nə buyururamsa, hamısını et.
22 Ölkədə müharibə və böyük qırğın Gurultusu eşidilir.
23 Bütün dünyanın gürzü Necə də qırılıb parçalandı! Babil necə də millətlər arasında Viranə oldu!
24 Sənin üçün tələ qurdum, ey Babil, Sən də bilmədən tələmə düşdün. Tutulub yaxalandın, Çünki Rəbbə qarşı çıxdın.
25 Rəbb cəbbəxanasını açdı, Qəzəbinin silahlarını çıxartdı. Çünki Ordular Rəbbi Xudavəndin Xaldey ölkəsində edəcəyi bir iş var.
26 Hər yandan ona hücum edin, Anbarlarını açın, Mallarını qalaq-qalaq yığın. Onu tamamilə məhv edin, Ondan bir şey qalmasın.
27 Bütün buğalarını kəsin, Sallaqxanaya getsinlər. Vay onların halına! Çünki onların günü, Cəza vaxtı gəldi.
28 Allahımız Rəbbin qisasını, Onun məbədinin qisasını Sionda elan etmək üçün Babil ölkəsindən qaçıb qurtaranların Səsini eşidin!
29 Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi.
30 Buna görə də cavanları Meydanlarda həlak olacaq, O gün bütün döyüşçüləri susdurulacaq» Rəbb belə bəyan edir.
31 «Budur, Mən sənə qarşıyam, ey məğrur» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Çünki sənin günün, Səni cəzalandıracağım vaxt gəldi.
32 Məğrur büdrəyib-yıxılacaq, Onu qaldıran olmayacaq, Şəhərlərinə od salacağam, Bütün ətrafda olanları Yandırıb yox edəcək».
33 Ordular Rəbbi belə deyir: «Bütün İsrail xalqı da, Yəhuda xalqı da əziyyət çəkir. Onları əsir tutanlar möhkəm saxlayır, Buraxmaq istəmir.
34 Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir. Rəbb mütləq onların işinə baxacaq ki, Ölkəyə rahatlıq versin, Amma Babil sakinlərinə təşviş gətirsin».
35 Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin! Babildə yaşayanlara, Babil başçılarına, Müdriklərinə qarşı qılınc gəlsin!
36 Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin! Axmaqlıqları üzə çıxacaq. Döyüşçülərinə qarşı qılınc gəlsin! Onlar çaşqınlığa düşəcək.
37 Atlarına, döyüş arabalarına, Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin! Hamısı arvad kimi ürkək olacaq. Xəzinələrinə qarşı qılınc gəlsin! Onlar qarət ediləcək.
38 Sularına quraqlıq gəlsin! Onlar quruyacaq. Çünki Babil bütlər ölkəsidir, Onlar qorxunc bütlərlə dəli oldu.
39 Buna görə də orada vəhşi heyvanlar, Çaqqallar, bayquşlar yaşayacaq, Daha insan yaşamayacaq, Əbədi olaraq orada heç kəs sakin olmayacaq.
40 Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa, Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq.
41 Budur, şimaldan bir ordu gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət və çoxlu padşahlar Hərəkətə gəlir.
42 Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı!
43 Babil padşahı onların xəbərini eşitdi, Əlləri yanına düşdü. Doğan qadın kimi Onu üzüntü və sancı bürüdü.
44 Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edəcək, Mənim qabağımda duracaq Bir çoban varmı?»
45 Buna görə də Rəbbin Babilə qarşı fikrini, Xaldey ölkəsinə qarşı məqsədini eşidin: «Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə otlaqlar səhraya çevriləcək.
46 “Babil süqut etdi” səsindən yer üzü titrəyəcək, Millətlər arasında onun fəryadı eşidiləcək».