< Yeremya 49 >

1 Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu? Onun varisi yoxmu? Elə isə nə üçün Milkom Qada sahib oldu? Niyə onun xalqı Qad şəhərlərində yaşayır?
לבני עמון כה אמר יהוה הבנים אין לישראל אם יורש אין לו מדוע ירש מלכם את גד ועמו בעריו ישב׃
2 Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir.
לכן הנה ימים באים נאם יהוה והשמעתי אל רבת בני עמון תרועת מלחמה והיתה לתל שממה ובנתיה באש תצתנה וירש ישראל את ירשיו אמר יהוה׃
3 «Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək.
הילילי חשבון כי שדדה עי צעקנה בנות רבה חגרנה שקים ספדנה והתשוטטנה בגדרות כי מלכם בגולה ילך כהניו ושריו יחדיו׃
4 Vadilərlə nə üçün öyünürsən? Taqətin kəsilir, Ey dönük qız! Sən mal-dövlətinə güvənərək “Üstümə kim gələ bilər” deyirdin.
מה תתהללי בעמקים זב עמקך הבת השובבה הבטחה באצרתיה מי יבוא אלי׃
5 Ətrafında olanların hamısından Sənin üzərinə dəhşət gətirəcəyəm» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Hamı o yan-bu yana qaçacaq, Qaçanları toplayan olmayacaq.
הנני מביא עליך פחד נאם אדני יהוה צבאות מכל סביביך ונדחתם איש לפניו ואין מקבץ לנדד׃
6 Ancaq bundan sonra sürgün olunan Ammon övladlarını geri qaytaracağam» Rəbb belə bəyan edir.
ואחרי כן אשיב את שבות בני עמון נאם יהוה׃
7 Edom barədə Ordular Rəbbi belə deyir: «Teman şəhərində müdriklik qalmadımı? Ağıllı adamların nəsihəti tükəndimi? Onların müdrikliyi söndümü?
לאדום כה אמר יהוה צבאות האין עוד חכמה בתימן אבדה עצה מבנים נסרחה חכמתם׃
8 Qaçın, arxaya dönün, Dərin mağaralarda gizlənin, Ey Dedanda yaşayanlar! Çünki Esavı cəzalandırdığım vaxt Başına fəlakət gətirəcəyəm.
נסו הפנו העמיקו לשבת ישבי דדן כי איד עשו הבאתי עליו עת פקדתיו׃
9 Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı?
אם בצרים באו לך לא ישארו עוללות אם גנבים בלילה השחיתו דים׃
10 Amma mən Esavı çıl-çılpaq soyunduracağam. Onun gizli yerlərini aşkar edəcəyəm. Özü də gizlənə bilməyəcək, Övladları, qohum-qonşuları həlak olacaq, Özü də məhv olacaq.
כי אני חשפתי את עשו גליתי את מסתריו ונחבה לא יוכל שדד זרעו ואחיו ושכניו ואיננו׃
11 Öz yetimlərini burax, Onları Mən yaşadaram. Dul qadınların da Mənə güvənsin».
עזבה יתמיך אני אחיה ואלמנתיך עלי תבטחו׃
12 Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən».
כי כה אמר יהוה הנה אשר אין משפטם לשתות הכוס שתו ישתו ואתה הוא נקה תנקה לא תנקה כי שתה תשתה׃
13 Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq.
כי בי נשבעתי נאם יהוה כי לשמה לחרפה לחרב ולקללה תהיה בצרה וכל עריה תהיינה לחרבות עולם׃
14 Rəbdən bir xəbər eşitdim: Millətlər arasına göndərdiyi qasid “Edoma hücum etmək üçün yığılıb Döyüşə hazırlaşın!” deyir.
שמועה שמעתי מאת יהוה וציר בגוים שלוח התקבצו ובאו עליה וקומו למלחמה׃
15 Bax səni millətlər arasında kiçildəcəyəm, İnsanlar sənə xor baxacaq.
כי הנה קטן נתתיך בגוים בזוי באדם׃
16 Ey sən qaya çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan! Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı. Yuvanı qartal kimi yuxarılarda qursan da, Səni oradan endirəcəyəm» Rəbb belə bəyan edir.
תפלצתך השיא אתך זדון לבך שכני בחגוי הסלע תפשי מרום גבעה כי תגביה כנשר קנך משם אורידך נאם יהוה׃
17 «Edom dəhşət hədəfi olacaq, Oradan keçən hər kəs Bütün yaralarından ötrü Heyrət içində ona fit çalacaq».
והיתה אדום לשמה כל עבר עליה ישם וישרק על כל מכותה׃
18 Rəbb deyir: «Sodomla Homorranı və ətrafındakı kəndləri Necə dağıtdımsa, Orada da kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq.
כמהפכת סדם ועמרה ושכניה אמר יהוה לא ישב שם איש ולא יגור בה בן אדם׃
19 Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Edomluları bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edən, Mənim qabağımda duran bir çoban varmı?»
הנה כאריה יעלה מגאון הירדן אל נוה איתן כי ארגיעה אריצנו מעליה ומי בחור אליה אפקד כי מי כמוני ומי יעידני ומי זה רעה אשר יעמד לפני׃
20 Buna görə də Rəbbin Edoma qarşı fikrini, Temanda yaşayanlara qarşı məqsədini eşidin: Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə Edom otlaqları Səhraya çevriləcək.
לכן שמעו עצת יהוה אשר יעץ אל אדום ומחשבותיו אשר חשב אל ישבי תימן אם לא יסחבום צעירי הצאן אם לא ישים עליהם נוהם׃
21 Dağılmalarının gurultusundan Yer üzü titrəyəcək. Qışqırıqlarının səsi Qırmızı dənizədək eşidiləcək.
מקול נפלם רעשה הארץ צעקה בים סוף נשמע קולה׃
22 Düşmən qartal kimi qalxıb üstünə cumacaq, Bosra üzərində qanadlarını gərəcək. O gün Edom döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.
הנה כנשר יעלה וידאה ויפרש כנפיו על בצרה והיה לב גבורי אדום ביום ההוא כלב אשה מצרה׃
23 Bu sözlər Dəməşq barədədir: «Xamat və Arpad utanacaq, Çünki pis xəbər eşidib Ruhdan düşdülər. Sakit durmayan dəniz kimi Coşub narahat oldular.
לדמשק בושה חמת וארפד כי שמעה רעה שמעו נמגו בים דאגה השקט לא יוכל׃
24 Dəməşq əldən düşdü, Qaçmağa üz qoydu, Onu vahimə bürüdü. Doğan qadın kimi Onu sancı və ağrı tutdu.
רפתה דמשק הפנתה לנוס ורטט החזיקה צרה וחבלים אחזתה כיולדה׃
25 Necə oldu ki, Məni sevindirən, Şöhrətli şəhər tərk edilmədi?
איך לא עזבה עיר תהלה קרית משושי׃
26 Buna görə də cavanları Meydanlarında həlak olacaq. O gün bütün döyüşçüləri susdurulacaq» Ordular Rəbbi belə bəyan edir.
לכן יפלו בחוריה ברחבתיה וכל אנשי המלחמה ידמו ביום ההוא נאם יהוה צבאות׃
27 «Dəməşqin divarlarına od salacağam, Ben-Hadadın saraylarını yandırıb məhv edəcək».
והצתי אש בחומת דמשק ואכלה ארמנות בן הדד׃
28 Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir: «Qalxın Qedara hücum edin, Şərq xalqını məhv edin.
לקדר ולממלכות חצור אשר הכה נבוכדראצור מלך בבל כה אמר יהוה קומו עלו אל קדר ושדדו את בני קדם׃
29 Onların çadırlarını və sürülərini Əllərindən alacaqlar, Çadır pərdələri, bütün əşyaları və dəvələri Götürülüb aparılacaq. Onlara “Hər tərəfdən dəhşət!” Deyib bağıracaqlar.
אהליהם וצאנם יקחו יריעותיהם וכל כליהם וגמליהם ישאו להם וקראו עליהם מגור מסביב׃
30 Ey Xasorda yaşayanlar, Qaçın, uzaqlaşın, Dərin mağaralarda gizlənin» Rəbb belə bəyan edir. «Çünki Babil padşahı Navuxodonosor Sizin barənizdə bir fikrə gəldi, Sizə qarşı tədbir tökdü.
נסו נדו מאד העמיקו לשבת ישבי חצור נאם יהוה כי יעץ עליכם נבוכדראצר מלך בבל עצה וחשב עליהם מחשבה׃
31 Qalxın qayğısız və asayiş içində yaşayan Xalqın üzərinə hücum edin» Rəbb belə bəyan edir. «Onların şəhər darvazaları və sürgüləri yoxdur, Xalqı da özbaşına buraxılıb.
קומו עלו אל גוי שליו יושב לבטח נאם יהוה לא דלתים ולא בריח לו בדד ישכנו׃
32 Dəvələri qarət ediləcək, Saysız sürüləri qənimət kimi aparılacaq. Kəkillərini qırxanları Dörd tərəfə səpələyəcəyəm. Hər yandan başlarına fəlakət gətirəcəyəm» Rəbb belə bəyan edir.
והיו גמליהם לבז והמון מקניהם לשלל וזרתים לכל רוח קצוצי פאה ומכל עבריו אביא את אידם נאם יהוה׃
33 «Xasor çaqqal yuvasına, Əbədi viranəliyə çevriləcək. Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq».
והיתה חצור למעון תנים שממה עד עולם לא ישב שם איש ולא יגור בה בן אדם׃
34 Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində Rəbb Yeremya peyğəmbərə Elam barədə bu sözləri nazil etdi:
אשר היה דבר יהוה אל ירמיהו הנביא אל עילם בראשית מלכות צדקיה מלך יהודה לאמר׃
35 «Ordular Rəbbi belə deyir: “Baxın Elamın kamanını, Əsas qüvvələrini sındıracağam.
כה אמר יהוה צבאות הנני שבר את קשת עילם ראשית גבורתם׃
36 Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm, Xalqını dörd tərəfə səpələyəcəyəm. Elamdan sürgün olunanların Aralarına getmədiyi bir millət qalmayacaq.
והבאתי אל עילם ארבע רוחות מארבע קצות השמים וזרתים לכל הרחות האלה ולא יהיה הגוי אשר לא יבוא שם נדחי עולם׃
37 Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm.
והחתתי את עילם לפני איביהם ולפני מבקשי נפשם והבאתי עליהם רעה את חרון אפי נאם יהוה ושלחתי אחריהם את החרב עד כלותי אותם׃
38 Elamda taxtımı quracaq, Elam padşahı ilə başçılarını məhv edəcəyəm” Rəbb belə bəyan edir.
ושמתי כסאי בעילם והאבדתי משם מלך ושרים נאם יהוה׃
39 “Ancaq gələcəkdə Elamdan sürgün olunanları geri qaytaracağam” Rəbb belə bəyan edir».
והיה באחרית הימים אשוב את שבית עילם נאם יהוה׃

< Yeremya 49 >