< Yeremya 48 >

1 Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək. Qiryatayim dağılacaq, Ələ keçiriləcək. Qalası dağılacaq, Darmadağın olacaq.
לְמוֹאָב כֹּֽה־אָמַר יְהוָה צְבָאוֹת אֱלֹהֵי יִשְׂרָאֵל הוֹי אֶל־נְבוֹ כִּי שֻׁדָּדָה הֹבִישָׁה נִלְכְּדָה קִרְיָתָיִם הֹבִישָׁה הַמִּשְׂגָּב וָחָֽתָּה׃
2 Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq.
אֵין עוֹד תְּהִלַּת מוֹאָב בְּחֶשְׁבּוֹן חָשְׁבוּ עָלֶיהָ רָעָה לְכוּ וְנַכְרִיתֶנָּה מִגּוֹי גַּם־מַדְמֵן תִּדֹּמִּי אַחֲרַיִךְ תֵּלֶךְ חָֽרֶב׃
3 Xoronayimdən fəryad səsi gələcək: “Şəhər dağıldı və böyük qırğın oldu!”
קוֹל צְעָקָה מֵחֹֽרוֹנָיִם שֹׁד וָשֶׁבֶר גָּדֽוֹל׃
4 Moav dağıdıldı, Övladlarının fəryadı ucaldı.
נִשְׁבְּרָה מוֹאָב הִשְׁמִיעוּ זְּעָקָה צעוריה צְעִירֶֽיהָ׃
5 Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar, Çünki Xoronayim enişində Qırğına görə acı fəryadlar eşidilir.
כִּי מַעֲלֵה הלחות הַלּוּחִית בִּבְכִי יַֽעֲלֶה־בֶּכִי כִּי בְּמוֹרַד חוֹרֹנַיִם צָרֵי צַֽעֲקַת־שֶׁבֶר שָׁמֵֽעוּ׃
6 Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün.
נֻסוּ מַלְּטוּ נַפְשְׁכֶם וְתִֽהְיֶינָה כַּעֲרוֹעֵר בַּמִּדְבָּֽר׃
7 Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək.
כִּי יַעַן בִּטְחֵךְ בְּמַעֲשַׂיִךְ וּבְאוֹצְרוֹתַיִךְ גַּם־אַתְּ תִּלָּכֵדִי וְיָצָא כמיש כְמוֹשׁ בַּגּוֹלָה כֹּהֲנָיו וְשָׂרָיו יחד יַחְדָּֽיו׃
8 Rəbbin söylədiyi kimi Məhv edən hər şəhərin üstünə gələcək, Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, Yayla viran ediləcək.
וְיָבֹא שֹׁדֵד אֶל־כָּל־עִיר וְעִיר לֹא תִמָּלֵט וְאָבַד הָעֵמֶק וְנִשְׁמַד הַמִּישֹׁר אֲשֶׁר אָמַר יְהוָֽה׃
9 Moav torpağına duz tökün ki, Bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, Orada kimsə yaşamayacaq.
תְּנוּ־צִיץ לְמוֹאָב כִּי נָצֹא תֵּצֵא וְעָרֶיהָ לְשַׁמָּה תִֽהְיֶינָה מֵאֵין יוֹשֵׁב בָּהֵֽן׃
10 Rəbbin işini yarımçıq görənə Lənət olsun! Qılıncını qan tökməkdən saxlayana Lənət olsun!
אָרוּר עֹשֶׂה מְלֶאכֶת יְהוָה רְמִיָּה וְאָרוּר מֹנֵעַ חַרְבּוֹ מִדָּֽם׃
11 Moav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, Sürgünə getmədi. Buna görə də dadını dəyişmədi, Ətrini itirmədi.
שַׁאֲנַן מוֹאָב מִנְּעוּרָיו וְשֹׁקֵט הוּא אֶל־שְׁמָרָיו וְלֹֽא־הוּרַק מִכְּלִי אֶל־כֶּלִי וּבַגּוֹלָה לֹא הָלָךְ עַל־כֵּן עָמַד טַעְמוֹ בּוֹ וְרֵיחוֹ לֹא נָמָֽר׃
12 Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər.
לָכֵן הִנֵּה־יָמִים בָּאִים נְאֻם־יְהוָה וְשִׁלַּחְתִּי־לוֹ צֹעִים וְצֵעֻהוּ וְכֵלָיו יָרִיקוּ וְנִבְלֵיהֶם יְנַפֵּֽצוּ׃
13 İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.
וּבֹשׁ מוֹאָב מִכְּמוֹשׁ כַּאֲשֶׁר־בֹּשׁוּ בֵּית יִשְׂרָאֵל מִבֵּית אֵל מִבְטֶחָֽם׃
14 Nə üçün “biz igidik, Döyüşə qabil əsgərlərik” deyirsiniz?
אֵיךְ תֹּֽאמְרוּ גִּבּוֹרִים אֲנָחְנוּ וְאַנְשֵׁי־חַיִל לַמִּלְחָמָֽה׃
15 Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.
שֻׁדַּד מוֹאָב וְעָרֶיהָ עָלָה וּמִבְחַר בַּֽחוּרָיו יָרְדוּ לַטָּבַח נְאֻם־הַמֶּלֶךְ יְהוָה צְבָאוֹת שְׁמֽוֹ׃
16 «Moavın fəlakəti gəlmək üzrədir, Onun bəlası sürətlə yaxınlaşır.
קָרוֹב אֵיד־מוֹאָב לָבוֹא וְרָעָתוֹ מִהֲרָה מְאֹֽד׃
17 Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!”
נֻדוּ לוֹ כָּל־סְבִיבָיו וְכֹל יֹדְעֵי שְׁמוֹ אִמְרוּ אֵיכָה נִשְׁבַּר מַטֵּה־עֹז מַקֵּל תִּפְאָרָֽה׃
18 Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq.
רְדִי מִכָּבוֹד ישבי וּשְׁבִי בַצָּמָא יֹשֶׁבֶת בַּת־דִּיבוֹן כִּֽי־שֹׁדֵד מוֹאָב עָלָה בָךְ שִׁחֵת מִבְצָרָֽיִךְ׃
19 Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş.
אֶל־דֶּרֶךְ עִמְדִי וְצַפִּי יוֹשֶׁבֶת עֲרוֹעֵר שַׁאֲלִי־נָס וְנִמְלָטָה אִמְרִי מַה־נִּֽהְיָֽתָה׃
20 Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir.
הֹבִישׁ מוֹאָב כִּֽי־חַתָּה הילילי הֵילִילוּ ׀ וזעקי וּֽזְעָקוּ הַגִּידוּ בְאַרְנוֹן כִּי שֻׁדַּד מוֹאָֽב׃
21 Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat,
וּמִשְׁפָּט בָּא אֶל־אֶרֶץ הַמִּישֹׁר אֶל־חֹלוֹן וְאֶל־יַהְצָה וְעַל־מופעת מֵיפָֽעַת׃
22 Divon, Nevo, Bet-Divlatayim,
וְעַל־דִּיבוֹן וְעַל־נְבוֹ וְעַל־בֵּית דִּבְלָתָֽיִם׃
23 Qiryatayim, Bet-Qamul, Bet-Meon,
וְעַל קִרְיָתַיִם וְעַל־בֵּית גָּמוּל וְעַל־בֵּית מְעֽוֹן׃
24 Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu.
וְעַל־קְרִיּוֹת וְעַל־בָּצְרָה וְעַל כָּל־עָרֵי אֶרֶץ מוֹאָב הָרְחֹקוֹת וְהַקְּרֹבֽוֹת׃
25 Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir.
נִגְדְּעָה קֶרֶן מוֹאָב וּזְרֹעוֹ נִשְׁבָּרָה נְאֻם יְהוָֽה׃
26 «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək.
הַשְׁכִּירֻהוּ כִּי עַל־יְהוָה הִגְדִּיל וְסָפַק מוֹאָב בְּקִיאוֹ וְהָיָה לִשְׂחֹק גַּם־הֽוּא׃
27 Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?
וְאִם ׀ לוֹא הַשְּׂחֹק הָיָה לְךָ יִשְׂרָאֵל אִם־בְּגַנָּבִים נמצאה נִמְצָא כִּֽי־מִדֵּי דְבָרֶיךָ בּוֹ תִּתְנוֹדָֽד׃
28 Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun.
עִזְבוּ עָרִים וְשִׁכְנוּ בַּסֶּלַע יֹשְׁבֵי מוֹאָב וִֽהְיוּ כְיוֹנָה תְּקַנֵּן בְּעֶבְרֵי פִי־פָֽחַת׃
29 Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı, Özünü yüksək tutması barədə biz eşitmişdik.
שָׁמַעְנוּ גְאוֹן־מוֹאָב גֵּאֶה מְאֹד גָּבְהוֹ וּגְאוֹנוֹ וְגַאֲוָתוֹ וְרֻם לִבּֽוֹ׃
30 Azğınlığını bilirəm» Rəbb belə bəyan edir. «Öyünməsi də boş şeydir, etdikləri də.
אֲנִי יָדַעְתִּי נְאֻם־יְהוָה עֶבְרָתוֹ וְלֹא־כֵן בַּדָּיו לֹא־כֵן עָשֽׂוּ׃
31 Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam.
עַל־כֵּן עַל־מוֹאָב אֲיֵלִיל וּלְמוֹאָב כֻּלֹּה אֶזְעָק אֶל־אַנְשֵׁי קִֽיר־חֶרֶשׂ יֶהְגֶּֽה׃
32 Ey Sivma tənəyi, Sənin üçün Yazer xalqından çox ağlayacağam. Budaqların dənizi aşdı, Yazer dənizinə uzandı. Məhv edən sənin yay meyvələrinin, Yetişmiş üzümünün üstünə atıldı.
מִבְּכִי יַעְזֵר אֶבְכֶּה־לָּךְ הַגֶּפֶן שִׂבְמָה נְטִֽישֹׁתַיִךְ עָבְרוּ יָם עַד יָם יַעְזֵר נָגָעוּ עַל־קֵיצֵךְ וְעַל־בְּצִירֵךְ שֹׁדֵד נָפָֽל׃
33 Moavın meyvə bağlarından, tarlalarından Sevinc və fərəh götürüldü. Üzümsıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinc nidası ilə üzüm əzmir. Gələn səda sevinc nidası deyil.
וְנֶאֶסְפָה שִׂמְחָה וָגִיל מִכַּרְמֶל וּמֵאֶרֶץ מוֹאָב וְיַיִן מִיקָבִים הִשְׁבַּתִּי לֹֽא־יִדְרֹךְ הֵידָד הֵידָד לֹא הֵידָֽד׃
34 Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu.
מִזַּעֲקַת חֶשְׁבּוֹן עַד־אֶלְעָלֵה עַד־יַהַץ נָתְנוּ קוֹלָם מִצֹּעַר עַד־חֹרֹנַיִם עֶגְלַת שְׁלִֽשִׁיָּה כִּי גַּם־מֵי נִמְרִים לִמְשַׁמּוֹת יִהְיֽוּ׃
35 Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir.
וְהִשְׁבַּתִּי לְמוֹאָב נְאֻם־יְהוָה מַעֲלֶה בָמָה וּמַקְטִיר לֵאלֹהָֽיו׃
36 «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu.
עַל־כֵּן לִבִּי לְמוֹאָב כַּחֲלִלִים יֶהֱמֶה וְלִבִּי אֶל־אַנְשֵׁי קִֽיר־חֶרֶשׂ כַּחֲלִילִים יֶהֱמֶה עַל־כֵּן יִתְרַת עָשָׂה אָבָֽדוּ׃
37 Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq.
כִּי כָל־רֹאשׁ קָרְחָה וְכָל־זָקָן גְּרֻעָה עַל כָּל־יָדַיִם גְּדֻדֹת וְעַל־מָתְנַיִם שָֽׂק׃
38 Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir.
עַל כָּל־גַּגּוֹת מוֹאָב וּבִרְחֹבֹתֶיהָ כֻּלֹּה מִסְפֵּד כִּֽי־שָׁבַרְתִּי אֶת־מוֹאָב כִּכְלִי אֵֽין־חֵפֶץ בּוֹ נְאֻם־יְהוָֽה׃
39 «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».
אֵיךְ חַתָּה הֵילִילוּ אֵיךְ הִפְנָה־עֹרֶף מוֹאָב בּוֹשׁ וְהָיָה מוֹאָב לִשְׂחֹק וְלִמְחִתָּה לְכָל־סְבִיבָֽיו׃
40 Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək.
כִּי־כֹה אָמַר יְהוָה הִנֵּה כַנֶּשֶׁר יִדְאֶה וּפָרַשׂ כְּנָפָיו אֶל־מוֹאָֽב׃
41 Qeriyot ələ keçiriləcək, Qalalar alınacaq. O gün Moav döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.
נִלְכְּדָה הַקְּרִיּוֹת וְהַמְּצָדוֹת נִתְפָּשָׂה וְֽהָיָה לֵב גִּבּוֹרֵי מוֹאָב בַּיּוֹם הַהוּא כְּלֵב אִשָּׁה מְצֵרָֽה׃
42 Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı.
וְנִשְׁמַד מוֹאָב מֵעָם כִּי עַל־יְהוָה הִגְדִּֽיל׃
43 Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq» Rəbb belə bəyan edir.
פַּחַד וָפַחַת וָפָח עָלֶיךָ יוֹשֵׁב מוֹאָב נְאֻם־יְהוָֽה׃
44 «Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Moavın üzərinə Cəza ilini gətirəcəyəm» Rəbb belə bəyan edir.
הניס הַנָּס מִפְּנֵי הַפַּחַד יִפֹּל אֶל־הַפַּחַת וְהָֽעֹלֶה מִן־הַפַּחַת יִלָּכֵד בַּפָּח כִּֽי־אָבִיא אֵלֶיהָ אֶל־מוֹאָב שְׁנַת פְּקֻדָּתָם נְאֻם־יְהוָֽה׃
45 «Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı.
בְּצֵל חֶשְׁבּוֹן עָמְדוּ מִכֹּחַ נָסִים כִּֽי־אֵשׁ יָצָא מֵחֶשְׁבּוֹן וְלֶֽהָבָה מִבֵּין סִיחוֹן וַתֹּאכַל פְּאַת מוֹאָב וְקָדְקֹד בְּנֵי שָׁאֽוֹן׃
46 Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı.
אוֹי־לְךָ מוֹאָב אָבַד עַם־כְּמוֹשׁ כִּֽי־לֻקְּחוּ בָנֶיךָ בַּשֶּׁבִי וּבְנֹתֶיךָ בַּשִּׁבְיָֽה׃
47 Ancaq gələcəkdə Moavdan sürgün olunanları geri qaytaracağam» Rəbb belə bəyan edir. Moav barədəki hökm burada sona çatır.
וְשַׁבְתִּי שְׁבוּת־מוֹאָב בְּאַחֲרִית הַיָּמִים נְאֻם־יְהוָה עַד־הֵנָּה מִשְׁפַּט מוֹאָֽב׃

< Yeremya 48 >