< Yeremya 45 >

1 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi:
הַדָּבָר אֲשֶׁר דִּבֶּר יִרְמְיָהוּ הַנָּבִיא אֶל־בָּרוּךְ בֶּן־נֵרִיָּה בְּכׇתְבוֹ אֶת־הַדְּבָרִים הָאֵלֶּה עַל־סֵפֶר מִפִּי יִרְמְיָהוּ בַּשָּׁנָה הָרְבִעִית לִיהוֹיָקִים בֶּן־יֹאשִׁיָּהוּ מֶלֶךְ יְהוּדָה לֵאמֹֽר׃
2 «Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir:
כֹּה־אָמַר יְהֹוָה אֱלֹהֵי יִשְׂרָאֵל עָלֶיךָ בָּרֽוּךְ׃
3 “Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”.
אָמַרְתָּ אֽוֹי־נָא לִי כִּֽי־יָסַף יְהֹוָה יָגוֹן עַל־מַכְאֹבִי יָגַעְתִּי בְּאַנְחָתִי וּמְנוּחָה לֹא מָצָֽאתִי׃
4 Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə.
כֹּה ׀ תֹּאמַר אֵלָיו כֹּה אָמַר יְהֹוָה הִנֵּה אֲשֶׁר־בָּנִיתִי אֲנִי הֹרֵס וְאֵת אֲשֶׁר־נָטַעְתִּי אֲנִי נֹתֵשׁ וְאֶת־כׇּל־הָאָרֶץ הִֽיא׃
5 Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”».
וְאַתָּה תְּבַקֶּשׁ־לְךָ גְדֹלוֹת אַל־תְּבַקֵּשׁ כִּי הִנְנִי מֵבִיא רָעָה עַל־כׇּל־בָּשָׂר נְאֻם־יְהֹוָה וְנָתַתִּי לְךָ אֶֽת־נַפְשְׁךָ לְשָׁלָל עַל כׇּל־הַמְּקֹמוֹת אֲשֶׁר תֵּלֶךְ־שָֽׁם׃

< Yeremya 45 >