< Yeremya 40 >
1 Keşikçilər rəisi Nevuzaradan Yeremyanı Ramada qoyub getdikdən sonra Rəbbin sözü Yeremyaya nazil oldu. Nevuzaradan onu Babilə sürgün olunan bütün Yerusəlim və Yəhuda xalqı ilə birgə zəncirlənmiş halda Ramaya aparmışdı.
The word that has been to Jeremiah from YHWH, after Nebuzar-Adan, chief of the executioners, has sent him from Ramah, in his taking him—and he a prisoner in chains—in the midst of all the expulsion of Jerusalem and of Judah, who are removed to Babylon.
2 Keşikçilər rəisi Yeremyanı tapıb ona dedi: «Bu yerin başına Allahın Rəbb bu bəlanı gətirəcəyini söylədi,
And the chief of the executioners takes Jeremiah and says to him, “Your God YHWH has spoken this calamity concerning this place,
3 sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi.
and YHWH brings [it] in, and does as He spoke, because you have sinned against YHWH, and have not listened to His voice, even this thing has been to you.
4 İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get».
And now, behold, I have loosed you today from the chains that [are] on your hand; if [it is] good in your eyes to come with me [to] Babylon, come, and I keep my eye on you: and if [it is] evil in your eyes to come with me to Babylon, refrain; see, all the land [is] before you, to where [it is] good, and to where [it is] right in your eyes to go—go.”
5 Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı.
And while he does not reply—“Or turn back to Gedaliah son of Ahikam, son of Shaphan, whom the king of Babylon has appointed over the cities of Judah, and dwell with him in the midst of the people, or wherever it is right in your eyes to go—go.” And the chief of the executioners gives a ration and gift to him, and sends him away,
6 Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı.
and Jeremiah comes to Gedaliah son of Ahikam, to Mizpah, and dwells with him in the midst of the people who are left in the land.
7 Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir.
And all the heads of the forces that [are] in the field hear, they and their men, that the king of Babylon has appointed Gedaliah son of Ahikam over the land, and that he has charged him [with] men, and women, and infants, and of the poor of the land, of those who have not been removed to Babylon;
8 Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları.
and they come to Gedaliah at Mizpah, even Ishmael son of Nethaniah, and Johanan and Jonathan [the] sons of Kareah, and Seraiah son of Tanhumeth, and the sons of Ephai the Netophathite, and Jezaniah son of the Maachathite, they and their men.
9 Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar.
And Gedaliah son of Ahikam, son of Shaphan, swears to them and to their men, saying, “Do not be afraid of serving the Chaldeans, abide in the land, and serve the king of Babylon, and it is well for you;
10 Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın».
and I, behold, I am dwelling in Mizpah to stand before the Chaldeans who have come to us, and you, gather wine, and summer fruit, and oil, and put [them] in your vessels, and dwell in your cities that you have taken.”
11 Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi.
And also all the Jews who [are] in Moab, and among the sons of Ammon, and in Edom, and who [are] in all the lands, have heard that the king of Babylon has given a remnant to Judah, and that he has appointed over them Gedaliah son of Ahikam, son of Shaphan,
12 Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar.
and all the Jews from all the places to where they have been driven, return and enter the land of Judah, to Gedaliah, to Mizpah, and they gather wine and summer fruit—to multiply abundantly.
13 Qareah oğlu Yoxanan və çöllərdə olan bütün qoşun başçıları Mispada olan Gedalyanın yanına gəlib
And Johanan son of Kareah, and all the heads of the forces that [are] in the field, have come to Gedaliah at Mizpah,
14 ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı.
and they say to him, “Do you really know that Ba‘alis king of the sons of Ammon has sent Ishmael son of Nethaniah to strike your soul?” And Gedaliah son of Ahikam has not given credence to them.
15 Qareah oğlu Yoxanan Mispada Gedalyaya gizlicə söylədi: «Burax gedim, Netanya oğlu İsmaili öldürüm, heç kəs bilməyəcək. Nə üçün o səni öldürsün və ətrafına yığılmış bütün Yəhudilər dağılsın, Yəhudadan sağ qalanlar da məhv olsun?»
And Johanan son of Kareah has spoken to Gedaliah in secret, in Mizpah, saying, “Please let me go, and I strike Ishmael son of Nethaniah, and no one knows; why does he strike your soul? And all Judah who are gathered to you have been scattered, and the remnant of Judah has perished.”
16 Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan».
And Gedaliah son of Ahikam says to Johanan son of Kareah, “You do not do this thing, for you are speaking falsehood concerning Ishmael.”