< Yeremya 4 >
1 Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan, Mənə tərəf qayıtsan, İyrənc bütlərini önümdən götürsən, Bir daha sərgərdan gəzməsən,
“Si te conviertes, oh Israel, conviértete a Mí, dice Yahvé; y si quitas de delante de Mí tus abominaciones, no andarás más errante.
2 Həqiqət, ədalət və doğruluqla “Var olan Rəbbə and olsun!” deyə and içsən, O zaman millətlər Rəbb vasitəsilə bərəkət alacaq, Onunla öyünəcək».
Si juras “¡Vive Yahvé!” en verdad, y con rectitud, y con justicia, serán bendecidas en Él las naciones y en Él se gloriarán.
3 Çünki Yəhuda adamlarına və Yerusəlimə Rəbb belə deyir: «Özünüz üçün təzə əkin yeri şumlayın, Ancaq tikanlar arasında əkməyin.
Pues así dice Yahvé a los hombres de Judá y de Jerusalén: Preparaos un campo virgen y no sembréis entre zarzas.
4 Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq.
Circuncidaos para Yahvé, y quitad los prepucios de vuestros corazones, varones de Judá y moradores de Jerusalén, no sea que estalle, cual fuego, mi ira, y arda sin que haya quien la apague, por la maldad de vuestras obras.
5 Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!”
Promulgadlo en Judá, y en Jerusalén dadlo a conocer; clamad y sonad la trompeta por el país, gritad fuerte y decid: «Juntaos, y retirémonos a las ciudades fortificadas.»
6 “Siona qaçın” deyə bayraq qaldırın, Qaçıb qurtulun, dayanmayın. Çünki Mən şimaldan Bəla və böyük qırğın gətirəcəyəm».
¡Alzad un estandarte, (para huir) a Sión, apresuraos, y no os detengáis! pues voy a traer desde el norte un mal y gran desolación.
7 Aslan yuvasından çıxdı, Millətləri məhv edən yola düşdü. Öz yerindən çıxdı ki, Ölkənizi viran etsin. Şəhərləriniz yerlə yeksan olacaq, Orada sakin qalmayacaq.
Ya salió el león del matorral, el asolador de pueblos se ha puesto en marcha, salió de su lugar para trocar tu tierra en un yermo; tus ciudades serán asoladas, sin que quede habitante.
8 Buna görə də çul geyinin, Yas tutub ağlayın. Çünki Rəbbin qızğın qəzəbi Bizdən dönmədi.
Por tanto ceñíos de saco, llorad y lamentaos, pues no se aparta de nosotros a ardiente ira de Yahvé.
9 «O gün padşahın və başçıların Ürəyi gedəcək» Rəbb belə bəyan edir. «Kahinlər çaşacaq, Peyğəmbərlər karıxacaq».
En aquel día, dice Yahvé, desfallecerá el corazón del rey y el corazón de los príncipes; los sacerdotes quedaran pasmados, y los profetas llenos de consternación.”
10 Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».
Y dije yo: “¡Ah, Señor Yahvé! Ciertamente has engañado a este pueblo y a Jerusalén, diciendo: «Tendréis paz», cuando la espada ha llegado ya hasta el alma.”
11 O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək.
Entonces se dirá a este pueblo y a Jerusalén: “Un viento abrasador viene de los montes del desierto, en dirección a la hija de mi pueblo, mas no para aventar, ni para limpiar.
12 Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm».
Será un viento impetuoso el que ha de llegar. Ahora voy también yo a pronunciar sentencia contra ellos.”
13 Budur, düşmən buludlar kimi gəlir, Onun döyüş arabaları qasırğa kimi yüksəlir, Atları qartallardan iti gedir. Vay halımıza! Çünki bərbad olduq.
He aquí que avanza como las nubes; como torbellino son sus carros, y más ligeros que las águilas sus caballos. ¡Ay de nosotros, pues estamos perdidos!
14 Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?
¡Lava de malicia tu corazón, Jerusalén, para que seas salva! ¿Hasta cuándo hospedarás en tu corazón tus maliciosos pensamientos?
15 Artıq Dandan bir səs gəlir, Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir.
Porque una voz trae las nuevas desde Dan, y anuncia la calamidad desde la montaña de Efraím.
16 «Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki, Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq, Yəhuda şəhərlərinin önündə nərə çəkəcək.
Hacedlo saber a las naciones, avisad a Jerusalén, que vienen sitiadores de una tierra remota, y lanzan gritos contra las ciudades de Judá.
17 Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir, Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir.
Como guardas de campo están a la redonda contra ella, por cuanto se ha rebelado contra Mí —oráculo de Yahvé.
18 «Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir. Cəzanın acısı lap ürəyinə çatıb.
Tu conducta y tus malas obras te han valido esto; es (el fruto de) tu maldad; (castigo) amargo que te llega hasta el corazón.
19 Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.
¡Mis entrañas! ¡Mis entrañas! ¡Qué dolor en las paredes de mi corazón! agitase mi corazón; no puedo estar quieto, por cuanto has oído, alma mía, el sonido de la trompeta, el grito estrepitoso de la guerra.
20 Qırğın üstünə qırğın gəlir, Bütün ölkə xaraba qalıb. Çadırlarım qəflətən, Pərdələrim bir anda dağıdıldı.
Llegan noticias de desastre sobre desastre; todo el país está devastado; súbitamente han sido destruidas mis tiendas, de un momento a otro mis pabellones.
21 Nə vaxta qədər bayraq görəcəyəm, Boru səsi eşidəcəyəm?
¿Hasta cuándo he de ver la bandera, y oír el sonido del clarín?
22 Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər.
¡Qué necio es mi pueblo!, no me han conocido; son hijos insensatos que no tienen inteligencia; son sabios para hacer el mal, pero el bien no saben hacerlo.
23 Yer üzünə baxdım, Quruluşsuz və boşdur. Göylərə baxdım, İşıqları yoxdur.
Miro la tierra, y he aquí que está desolada y vacía; los cielos, y no hay luz en ellos.
24 Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu.
Miro los montes, y he aquí que tiemblan, y se conmueven todos los collados.
25 Baxıb gördüm ki, bir adam qalmayıb, Göydəki quşların hamısı uçub getmişdir.
Miro, y he aquí que no hay hombre alguno, y las aves del cielo han huido todas.
26 Baxıb gördüm ki, bəhərli torpaq Səhraya çevrilib, Rəbbin önündə bütün şəhərləri Onun qızğın qəzəbi ilə dağılıb».
Miro, y he aquí que la tierra fértil es un desierto, y todas sus ciudades están destruidas, ante Yahvé, ante el ardor de su ira.
27 Bəli, Rəbb belə deyir: «Bütün ölkə viran olacaq, Ancaq tam məhv olmasına yol verməyəcəyəm.
Porque así dice Yahvé: “Todo el país será un yermo, pero no lo arruinaré del todo.
28 Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm.
Por esto la tierra se pondrá de luto y se oscurecerán los cielos allá arriba; porque Yo lo he dicho, Yo lo he resuelto, y no me arrepiento ni me retracto.”
29 Bütün şəhərlərin əhalisi Süvarilərin və oxatanların Gurultusundan qaçacaq. Onlar sıx meşələrə girir, Qayalara dırmaşır. Bütün şəhərlər tərk edilmiş, Orada kimsə yaşamır.
Al estruendo de la caballería y de los flecheros cada ciudad se pone en fuga; se retiran a las selvas y escalan las peñas; todas las ciudades están abandonadas, sin que en ellas quedase un solo habitante.
30 Bəs sən ey viran şəhər, nə edəcəksən? Qırmızı paltar geyinsən də, Qızıl bəzəklər taxsan da, Gözlərinə sürmə sürtsən də, Əbəs yerə özünü bəzəyirsən. Sənə oynaşların xor baxır, Canını almaq istəyir.
Y tú, ¿qué harás, oh desolada? Aunque te vistas de púrpura, aunque te cubras con adornos de oro, y te pintes los ojos con antimonio; en vano te embellecerás; tus amantes te desprecian, buscan tu vida.
31 Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”.
Oigo gritos como de parturienta, gemidos como de la que por primera vez da a luz; es la voz de la hija de Sion, que lanza ayes y extiende sus manos: “¡Ay de mí! desfallece mi alma a causa de la mortandad.”