< Yeremya 38 >

1 Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi:
玛坦的儿子示法提雅、巴施户珥的儿子基大利、示利米雅的儿子犹甲、玛基雅的儿子巴施户珥听见耶利米对众人所说的话,说:
2 «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”.
“耶和华如此说:住在这城里的必遭刀剑、饥荒、瘟疫而死;但出去归降迦勒底人的必得存活,就是以自己命为掠物的,必得存活。
3 Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”».
耶和华如此说:这城必要交在巴比伦王军队的手中,他必攻取这城。”
4 Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır».
于是首领对王说:“求你将这人治死;因他向城里剩下的兵丁和众民说这样的话,使他们的手发软。这人不是求这百姓得平安,乃是叫他们受灾祸。”
5 Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz».
西底家王说:“他在你们手中,无论何事,王也不能与你们反对。”
6 O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.
他们就拿住耶利米,下在哈米勒的儿子玛基雅的牢狱里;那牢狱在护卫兵的院中。他们用绳子将耶利米系下去。牢狱里没有水,只有淤泥,耶利米就陷在淤泥中。
7 Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu.
在王宫的太监古实人以伯·米勒,听见他们将耶利米下了牢狱(那时王坐在便雅悯门口),
8 Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi:
以伯·米勒就从王宫里出来,对王说:
9 «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı».
“主—我的王啊,这些人向先知耶利米一味地行恶,将他下在牢狱中;他在那里必因饥饿而死,因为城中再没有粮食。”
10 Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».
王就吩咐古实人以伯·米勒说:“你从这里带领三十人,趁着先知耶利米未死以前,将他从牢狱中提上来。”
11 Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar.
于是以伯·米勒带领这些人同去,进入王宫,到库房以下,从那里取了些碎布和破烂的衣服,用绳子缒下牢狱去到耶利米那里。
12 Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi.
古实人以伯·米勒对耶利米说:“你用这些碎布和破烂的衣服放在绳子上,垫你的胳肢窝。”耶利米就照样行了。
13 Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.
这样,他们用绳子将耶利米从牢狱里拉上来。耶利米仍在护卫兵的院中。
14 Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə».
西底家王打发人带领先知耶利米,进耶和华殿中第三门里见王。王就对耶利米说:“我要问你一件事,你丝毫不可向我隐瞒。”
15 Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan».
耶利米对西底家说:“我若告诉你,你岂不定要杀我吗?我若劝戒你,你必不听从我。”
16 Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».
西底家王就私下向耶利米说:“我指着那造我们生命之永生的耶和华起誓:我必不杀你,也不将你交在寻索你命的人手中。”
17 Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.
耶利米对西底家说:“耶和华—万军之 神、以色列的 神如此说:你若出去归降巴比伦王的首领,你的命就必存活,这城也不致被火焚烧,你和你的全家都必存活。
18 Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”».
你若不出去归降巴比伦王的首领,这城必交在迦勒底人手中。他们必用火焚烧,你也不得脱离他们的手。”
19 Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər».
西底家王对耶利米说:“我怕那些投降迦勒底人的犹大人,恐怕迦勒底人将我交在他们手中,他们戏弄我。”
20 Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar.
耶利米说:“迦勒底人必不将你交出。求你听从我对你所说耶和华的话,这样你必得好处,你的命也必存活。
21 Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir:
你若不肯出去,耶和华指示我的话乃是这样:
22 Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb Məğlubiyyətə düçar etdi. Ayaqların palçığa batanda Onlar səni qoyub qaçdı”.
犹大王宫里所剩的妇女必都带到巴比伦王的首领那里。这些妇女必说: 你知己的朋友催逼你, 胜过你; 见你的脚陷入淤泥中, 就转身退后了。
23 Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».
“人必将你的后妃和你的儿女带到迦勒底人那里;你也不得脱离他们的手,必被巴比伦王的手捉住;你也必使这城被火焚烧。”
24 Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən.
西底家对耶利米说:“不要使人知道这些话,你就不至于死。
25 Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə,
首领若听见了我与你说话,就来见你,问你说:‘你对王说什么话不要向我们隐瞒,我们就不杀你。王向你说什么话也要告诉我们。’
26 onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».
你就对他们说:‘我在王面前恳求不要叫我回到约拿单的房屋死在那里。’”
27 Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi.
随后众首领来见耶利米,问他,他就照王所吩咐的一切话回答他们。他们不再与他说话,因为事情没有泄漏。
28 Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.
于是耶利米仍在护卫兵的院中,直到耶路撒冷被攻取的日子。

< Yeremya 38 >