< Yeremya 35 >

1 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu:
کلامی که از جانب خداوند در ایام یهویاقیم بن یوشیا پادشاه یهودا بر ارمیا نازل شده، گفت:۱
2 «Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver».
«به خانه رکابیان برو و به ایشان سخن گفته، ایشان را به یکی از حجره های خانه خداوند بیاور و به ایشان شراب بنوشان.»۲
3 Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb
پس یازنیا ابن ارمیا ابن حبصنیا و برادرانش وجمیع پسرانش و تمامی خاندان رکابیان رابرداشتم،۳
4 Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşikçisi Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi.
و ایشان را به خانه خداوند به حجره پسران حانان بن یجدلیا مرد خدا که به پهلوی حجره سروران و بالای حجره معسیا ابن شلوم، مستحفظ آستانه بود آوردم.۴
5 Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim.
و کوزه های پر ازشراب و پیاله‌ها پیش رکابیان نهاده، به ایشان گفتم: «شراب بنوشید.»۵
6 Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin!
ایشان گفتند: «شراب نمی نوشیم زیرا که پدرما یوناداب بن رکاب ما را وصیت نموده، گفت که شما و پسران شما ابد شراب ننوشید.۶
7 Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”.
و خانه هابنا مکنید و کشت منمایید و تاکستانها غرس مکنید و آنها را نداشته باشید بلکه تمامی روزهای خود را در خیمه‌ها ساکن شوید تا روزهای بسیاربه روی زمینی که شما در آن غریب هستید زنده بمانید.۷
8 Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik.
و ما به سخن پدر خود یوناداب بن رکاب و بهر‌چه او به ما امر فرمود اطاعت نموده، درتمامی عمر خود شراب ننوشیدیم، نه ما و نه زنان ما و نه پسران ما و نه دختران ما.۸
9 İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq.
و خانه‌ها برای سکونت خود بنا نکردیم و تاکستانها و املاک ومزرعه‌ها برای خود نگرفتیم.۹
10 Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik.
و در خیمه هاساکن شده، اطاعت نمودیم و به آنچه پدر مایوناداب ما را امر فرمود عمل نمودیم.۱۰
11 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq».
لیکن وقتی که نبوکدرصر پادشاه بابل به زمین برآمدگفتیم: بیایید از ترس لشکر کلدانیان و لشکرارامیان به اورشلیم داخل شویم پس در اورشلیم ساکن شدیم.»۱۱
12 Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu:
پس کلام خداوند بر ارمیا نازل شده، گفت:۱۲
13 «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir.
«یهوه صبایوت خدای اسرائیل چنین می‌گوید: برو و به مردان یهودا و ساکنان اورشلیم بگو که خداوند می‌گوید: آیا تادیب نمی پذیرید وبه کلام من گوش نمی گیرید؟۱۳
14 “Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız.
سخنان یوناداب بن رکاب که به پسران خود وصیت نمود که شراب ننوشید استوار گردیده است و تا امروز شراب نمی نوشند و وصیت پدر خود را اطاعت می‌نمایند، اما من به شما سخن گفتم و صبح زودبرخاسته، تکلم نمودم و مرا اطاعت نکردید.۱۴
15 Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız.
وبندگان خود انبیا را نزد شما فرستادم و صبح زودبرخاسته، ایشان را ارسال نموده، گفتم هر کدام ازراه بد خود بازگشت نمایید و اعمال خود رااصلاح کنید و خدایان غیر را پیروی منمایید وآنها را عبادت مکنید تا در زمینی که به شما و به پدران شما داده‌ام ساکن شوید. اما شما گوش نگرفتید و مرا اطاعت ننمودید.۱۵
16 Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”.
پس چونکه پسران یوناداب بن رکاب وصیت پدر خویش راکه به ایشان فرموده است اطاعت می‌نمایند و این قوم مرا اطاعت نمی کنند،۱۶
17 Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”».
بنابراین یهوه خدای صبایوت خدای اسرائیل چنین می‌گوید: اینک من بر یهودا و بر جمیع سکنه اورشلیم تمامی آن بلا را که درباره ایشان گفته‌ام وارد خواهم آوردزیرا که به ایشان سخن گفتم و نشنیدند و ایشان راخواندم و اجابت ننمودند.»۱۷
18 Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”.
و ارمیا به خاندان رکابیان گفت: «یهوه صبایوت خدای اسرائیل چنین می‌گوید: چونکه شما وصیت پدر خود یوناداب را اطاعت نمودیدو جمیع اوامر او را نگاه داشته، بهر‌آنچه او به شماامر فرمود عمل نمودید،۱۸
19 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”».
بنابراین یهوه صبایوت خدای اسرائیل چنین می‌گوید: ازیوناداب بن رکاب کسی‌که دایم به حضور من بایستد کم نخواهد شد.»۱۹

< Yeremya 35 >