< Yeremya 33 >
1 Yeremya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu.
耶利米还囚在护卫兵的院内,耶和华的话第二次临到他说:
2 O dedi: «Dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb Olan belə deyir:
“成就的是耶和华,造作、为要建立的也是耶和华;耶和华是他的名。他如此说:
3 “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.
你求告我,我就应允你,并将你所不知道、又大又难的事指示你。
4 Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı sipər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yəhuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir:
论到这城中的房屋和犹大王的宫室,就是拆毁为挡敌人高垒和刀剑的,耶和华—以色列的 神如此说:
5 “Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak etdiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların etdikləri pisliklərə görə bu şəhərdən üz döndərdim.
人要与迦勒底人争战,正是拿死尸充满这房屋,就是我在怒气和忿怒中所杀的人,因他们的一切恶,我就掩面不顾这城。
6 Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.
看哪,我要使这城得以痊愈安舒,使城中的人得医治,又将丰盛的平安和诚实显明与他们。
7 Yəhuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm.
我也要使犹大被掳的和以色列被掳的归回,并建立他们和起初一样。
8 Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam.
我要除净他们的一切罪,就是向我所犯的罪;又要赦免他们的一切罪,就是干犯我、违背我的罪。
9 Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.
这城要在地上万国人面前使我得颂赞,得荣耀,名为可喜可乐之城。万国人因听见我向这城所赐的福乐、所施的恩惠平安,就惧怕战兢。”
10 Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində
耶和华如此说:“你们论这地方,说是荒废无人民无牲畜之地,但在这荒凉无人民无牲畜的犹大城邑和耶路撒冷的街上,
11 sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək: ‹Ordular Rəbbinə şükür edin, Çünki O, xeyirxahdır, Məhəbbəti əbədidir›. Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir.
必再听见有欢喜和快乐的声音、新郎和新妇的声音,并听见有人说: 要称谢万军之耶和华, 因耶和华本为善; 他的慈爱永远长存! 又有奉感谢祭到耶和华殿中之人的声音;因为我必使这地被掳的人归回,和起初一样。这是耶和华说的。”
12 Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq.
万军之耶和华如此说:“在这荒废无人民无牲畜之地,并其中所有的城邑,必再有牧人的住处;他们要使羊群躺卧在那里。
13 Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.
在山地的城邑、高原的城邑、南地的城邑、便雅悯地、耶路撒冷四围的各处,和犹大的城邑必再有羊群从数点的人手下经过。这是耶和华说的。”
14 Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.
耶和华说:“日子将到,我应许以色列家和犹大家的恩言必然成就。
15 O zaman, o günlər Davud üçün saleh bir Pöhrə yetişdirəcəyəm. O, ölkədə ədalət və salehliklə davranacaq.
当那日子,那时候,我必使大卫公义的苗裔长起来;他必在地上施行公平和公义。
16 O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.
在那日子犹大必得救,耶路撒冷必安然居住,他的名必称为‘耶和华—我们的义’。
17 Rəbb belə deyir: “Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq.
“因为耶和华如此说:大卫必永不断人坐在以色列家的宝座上;
18 Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq”».
祭司、利未人在我面前也不断人献燔祭、烧素祭,时常办理献祭的事。”
19 Yeremyaya Rəbbin bu sözü nazil oldu:
耶和华的话临到耶利米说:
20 «Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz,
“耶和华如此说:你们若能废弃我所立白日黑夜的约,使白日黑夜不按时轮转,
21 eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz.
就能废弃我与我仆人大卫所立的约,使他没有儿子在他的宝座上为王,并能废弃我与事奉我的祭司、利未人所立的约。
22 Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”».
天上的万象不能数算,海边的尘沙也不能斗量;我必照样使我仆人大卫的后裔和事奉我的利未人多起来。”
23 Yeremyaya Rəbbin bu sözü nazil oldu:
耶和华的话临到耶利米说:
24 «Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar.
“你没有揣摩这百姓的话吗?他们说:‘耶和华所拣选的二族,他已经弃绝了。’他们这样藐视我的百姓,以为不再成国。
25 Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum,
耶和华如此说:若是我立白日黑夜的约不能存住,若是我未曾安排天地的定例,
26 eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».
我就弃绝雅各的后裔和我仆人大卫的后裔,不使大卫的后裔治理亚伯拉罕、以撒、雅各的后裔;因为我必使他们被掳的人归回,也必怜悯他们。”