< Yeremya 28 >

1 Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi:
ויהי בשנה ההיא בראשית ממלכת צדקיה מלך יהודה בשנת (בשנה) הרבעית בחדש החמישי אמר אלי חנניה בן עזור הנביא אשר מגבעון בבית יהוה לעיני הכהנים וכל העם לאמר
2 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım.
כה אמר יהוה צבאות אלהי ישראל--לאמר שברתי את על מלך בבל
3 Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam.
בעוד שנתים ימים אני משיב אל המקום הזה את כל כלי בית יהוה--אשר לקח נבוכדנאצר מלך בבל מן המקום הזה ויביאם בבל
4 Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”».
ואת יכניה בן יהויקים מלך יהודה ואת כל גלות יהודה הבאים בבלה אני משיב אל המקום הזה--נאם יהוה כי אשבר את על מלך בבל
5 O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib
ויאמר ירמיה הנביא אל חנניה הנביא לעיני הכהנים ולעיני כל העם העמדים בבית יהוה
6 söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin!
ויאמר ירמיה הנביא אמן כן יעשה יהוה יקם יהוה את דבריך אשר נבאת להשיב כלי בית יהוה וכל הגולה מבבל אל המקום הזה
7 Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as:
אך שמע נא הדבר הזה אשר אנכי דבר באזניך ובאזני כל העם
8 qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi.
הנביאים אשר היו לפני ולפניך--מן העולם וינבאו אל ארצות רבות ועל ממלכות גדלות למלחמה ולרעה ולדבר
9 Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər».
הנביא אשר ינבא לשלום--בבא דבר הנביא יודע הנביא אשר שלחו יהוה באמת
10 O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı.
ויקח חנניה הנביא את המוטה מעל צואר ירמיה הנביא וישברהו
11 Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi.
ויאמר חנניה לעיני כל העם לאמר כה אמר יהוה ככה אשבר את על נבכדנאצר מלך בבל בעוד שנתים ימים מעל צואר כל הגוים וילך ירמיה הנביא לדרכו
12 Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu:
ויהי דבר יהוה אל ירמיה אחרי שבור חנניה הנביא את המוטה מעל צואר ירמיה הנביא לאמר
13 «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”.
הלוך ואמרת אל חנניה לאמר כה אמר יהוה מוטת עץ שברת ועשית תחתיהן מטות ברזל
14 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”».
כי כה אמר יהוה צבאות אלהי ישראל על ברזל נתתי על צואר כל הגוים האלה לעבד את נבכדנאצר מלך בבל--ועבדהו וגם את חית השדה נתתי לו
15 Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın.
ויאמר ירמיה הנביא אל חנניה הנביא שמע נא חנניה לא שלחך יהוה--ואתה הבטחת את העם הזה על שקר
16 Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”».
לכן כה אמר יהוה הנני משלחך מעל פני האדמה השנה אתה מת כי סרה דברת אל יהוה
17 Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü.
וימת חנניה הנביא בשנה ההיא בחדש השביעי

< Yeremya 28 >