< Yeremya 26 >

1 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu:
At the beginning of the reign of Jehoiakim son of Josiah king of Judah, this word came from the LORD:
2 «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə.
“This is what the LORD says: Stand in the courtyard of the house of the LORD and speak all the words I have commanded you to speak to all the cities of Judah who come to worship there. Do not omit a word.
3 Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”.
Perhaps they will listen and turn—each from his evil way of life—so that I may relent of the disaster I am planning to bring upon them because of the evil of their deeds.
4 Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız,
And you are to tell them that this is what the LORD says: ‘If you do not listen to Me and walk in My law, which I have set before you,
5 dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman
and if you do not listen to the words of My servants the prophets, whom I have sent you again and again even though you did not listen,
6 bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».
then I will make this house like Shiloh, and I will make this city an object of cursing among all the nations of the earth.’”
7 Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi.
Now the priests and prophets and all the people heard Jeremiah speaking these words in the house of the LORD,
8 Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən.
and as soon as he had finished telling all the people everything the LORD had commanded him to say, the priests and prophets and all the people seized him, shouting, “You must surely die!
9 Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.
How dare you prophesy in the name of the LORD that this house will become like Shiloh and this city will be desolate and deserted!” And all the people assembled against Jeremiah in the house of the LORD.
10 Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu.
When the officials of Judah heard these things, they went up from the king’s palace to the house of the LORD and sat there at the entrance of the New Gate.
11 O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi».
Then the priests and prophets said to the officials and all the people, “This man is worthy of death, for he has prophesied against this city, as you have heard with your own ears!”
12 Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim.
But Jeremiah said to all the officials and all the people, “The LORD sent me to prophesy against this house and against this city all the words that you have heard.
13 İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək.
So now, correct your ways and deeds, and obey the voice of the LORD your God, so that He might relent of the disaster He has pronounced against you.
14 Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin.
As for me, here I am in your hands; do to me what you think is good and right.
15 Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım».
But know for certain that if you put me to death, you will bring innocent blood upon yourselves, upon this city, and upon its residents; for truly the LORD has sent me to speak all these words in your hearing.”
16 Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı».
Then the officials and all the people told the priests and prophets, “This man is not worthy of death, for he has spoken to us in the name of the LORD our God!”
17 Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi:
Some of the elders of the land stood up and said to the whole assembly of the people,
18 «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”.
“Micah the Moreshite prophesied in the days of Hezekiah king of Judah and told all the people of Judah that this is what the LORD of Hosts says: ‘Zion will be plowed like a field, Jerusalem will become a heap of rubble, and the temple mount a wooded ridge.’
19 Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».
Did Hezekiah king of Judah or anyone else in Judah put him to death? Did Hezekiah not fear the LORD and seek His favor, and did not the LORD relent of the disaster He had pronounced against them? But we are about to bring great harm on ourselves!”
20 Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi.
Now there was another man prophesying in the name of the LORD, Uriah son of Shemaiah from Kiriath-jearim. He prophesied against this city and against this land the same things that Jeremiah did.
21 Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı.
King Jehoiakim and all his mighty men and officials heard his words, and the king sought to put him to death. But when Uriah found out about it, he fled in fear and went to Egypt.
22 Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi.
Then King Jehoiakim sent men to Egypt: Elnathan son of Achbor along with some other men.
23 Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı.
They brought Uriah out of Egypt and took him to King Jehoiakim, who had him put to the sword and his body thrown into the burial place of the common people.
24 Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu.
Nevertheless, Ahikam son of Shaphan supported Jeremiah, so he was not handed over to the people to be put to death.

< Yeremya 26 >