< Yeremya 25 >

1 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu. Bu, Babil padşahı Navuxodonosorun padşahlığının birinci ilində oldu.
הדבר אשר היה על ירמיהו על כל עם יהודה בשנה הרבעית ליהויקים בן יאשיהו מלך יהודה היא השנה הראשנית לנבוכדראצר מלך בבל׃
2 Yeremya peyğəmbər bütün Yəhuda xalqına və Yerusəlimdə yaşayanların hamısına bu sözü bildirib dedi:
אשר דבר ירמיהו הנביא על כל עם יהודה ואל כל ישבי ירושלם לאמר׃
3 «İyirmi üç il ərzində – Yəhuda padşahı Amon oğlu Yoşiyanın padşahlığının on üçüncü ilindən bu günə qədər Rəbbin sözü mənə nazil oldu. Mən də dəfələrlə bu sözləri sizə bildirdim, amma siz qulaq asmadınız.
מן שלש עשרה שנה ליאשיהו בן אמון מלך יהודה ועד היום הזה זה שלש ועשרים שנה היה דבר יהוה אלי ואדבר אליכם אשכים ודבר ולא שמעתם׃
4 Rəbb peyğəmbər qullarını dəfələrlə yanınıza göndərdi, amma eşitmədiniz, qulaq asmadınız.
ושלח יהוה אליכם את כל עבדיו הנבאים השכם ושלח ולא שמעתם ולא הטיתם את אזנכם לשמע׃
5 Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız.
לאמר שובו נא איש מדרכו הרעה ומרע מעלליכם ושבו על האדמה אשר נתן יהוה לכם ולאבותיכם למן עולם ועד עולם׃
6 Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”.
ואל תלכו אחרי אלהים אחרים לעבדם ולהשתחות להם ולא תכעיסו אותי במעשה ידיכם ולא ארע לכם׃
7 Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”.
ולא שמעתם אלי נאם יהוה למען הכעסוני במעשה ידיכם לרע לכם׃
8 Buna görə də Ordular Rəbbi deyir: “İndi ki sözlərimə qulaq asmadınız,
לכן כה אמר יהוה צבאות יען אשר לא שמעתם את דברי׃
9 Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm.
הנני שלח ולקחתי את כל משפחות צפון נאם יהוה ואל נבוכדראצר מלך בבל עבדי והבאתים על הארץ הזאת ועל ישביה ועל כל הגוים האלה סביב והחרמתים ושמתים לשמה ולשרקה ולחרבות עולם׃
10 Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm.
והאבדתי מהם קול ששון וקול שמחה קול חתן וקול כלה קול רחים ואור נר׃
11 Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”.
והיתה כל הארץ הזאת לחרבה לשמה ועבדו הגוים האלה את מלך בבל שבעים שנה׃
12 Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm.
והיה כמלאות שבעים שנה אפקד על מלך בבל ועל הגוי ההוא נאם יהוה את עונם ועל ארץ כשדים ושמתי אתו לשממות עולם׃
13 O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm.
והבאיתי על הארץ ההיא את כל דברי אשר דברתי עליה את כל הכתוב בספר הזה אשר נבא ירמיהו על כל הגוים׃
14 Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».
כי עבדו בם גם המה גוים רבים ומלכים גדולים ושלמתי להם כפעלם וכמעשה ידיהם׃
15 Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt.
כי כה אמר יהוה אלהי ישראל אלי קח את כוס היין החמה הזאת מידי והשקיתה אתו את כל הגוים אשר אנכי שלח אותך אליהם׃
16 Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq».
ושתו והתגעשו והתהללו מפני החרב אשר אנכי שלח בינתם׃
17 Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim.
ואקח את הכוס מיד יהוה ואשקה את כל הגוים אשר שלחני יהוה אליהם׃
18 Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları,
את ירושלם ואת ערי יהודה ואת מלכיה את שריה לתת אתם לחרבה לשמה לשרקה ולקללה כיום הזה׃
19 Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı,
את פרעה מלך מצרים ואת עבדיו ואת שריו ואת כל עמו׃
20 Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar,
ואת כל הערב ואת כל מלכי ארץ העוץ ואת כל מלכי ארץ פלשתים ואת אשקלון ואת עזה ואת עקרון ואת שארית אשדוד׃
21 Edom, Moav, Ammon övladları,
את אדום ואת מואב ואת בני עמון׃
22 bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları,
ואת כל מלכי צר ואת כל מלכי צידון ואת מלכי האי אשר בעבר הים׃
23 Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı,
ואת דדן ואת תימא ואת בוז ואת כל קצוצי פאה׃
24 bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları,
ואת כל מלכי ערב ואת כל מלכי הערב השכנים במדבר׃
25 bütün Zimri, Elam və Midiya padşahları,
ואת כל מלכי זמרי ואת כל מלכי עילם ואת כל מלכי מדי׃
26 sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak padşahı da içəcək.
ואת כל מלכי הצפון הקרבים והרחקים איש אל אחיו ואת כל הממלכות הארץ אשר על פני האדמה ומלך ששך ישתה אחריהם׃
27 «Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”.
ואמרת אליהם כה אמר יהוה צבאות אלהי ישראל שתו ושכרו וקיו ונפלו ולא תקומו מפני החרב אשר אנכי שלח ביניכם׃
28 Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz!
והיה כי ימאנו לקחת הכוס מידך לשתות ואמרת אליהם כה אמר יהוה צבאות שתו תשתו׃
29 Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir.
כי הנה בעיר אשר נקרא שמי עליה אנכי מחל להרע ואתם הנקה תנקו לא תנקו כי חרב אני קרא על כל ישבי הארץ נאם יהוה צבאות׃
30 Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq.
ואתה תנבא אליהם את כל הדברים האלה ואמרת אליהם יהוה ממרום ישאג וממעון קדשו יתן קולו שאג ישאג על נוהו הידד כדרכים יענה אל כל ישבי הארץ׃
31 Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir.
בא שאון עד קצה הארץ כי ריב ליהוה בגוים נשפט הוא לכל בשר הרשעים נתנם לחרב נאם יהוה׃
32 Ordular Rəbbi belə deyir: “Bax millətdən millətə bəla yayılır, Dünyanın uzaq yerlərindən Böyük qasırğa qopur”.
כה אמר יהוה צבאות הנה רעה יצאת מגוי אל גוי וסער גדול יעור מירכתי ארץ׃
33 O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar.
והיו חללי יהוה ביום ההוא מקצה הארץ ועד קצה הארץ לא יספדו ולא יאספו ולא יקברו לדמן על פני האדמה יהיו׃
34 Ey çobanlar, ağlayıb fəryad edin, Ey sürü başçıları, torpaqda eşələnin. Çünki qətl olunma, Pərən-pərən salınma vaxtınız çatdı. Siz qiymətli bir qab kimi yıxılacaqsınız.
הילילו הרעים וזעקו והתפלשו אדירי הצאן כי מלאו ימיכם לטבוח ותפוצותיכם ונפלתם ככלי חמדה׃
35 Çobanlar qaça bilməyəcək, Sürü başçıları qurtula bilməyəcək.
ואבד מנוס מן הרעים ופליטה מאדירי הצאן׃
36 Çobanların fəryadını, Sürü başçılarının bağırtısını eşit, Çünki Rəbb onların otlaqlarını viran edir.
קול צעקת הרעים ויללת אדירי הצאן כי שדד יהוה את מרעיתם׃
37 Rəbbin qızğın qəzəbindən Dinc pəyələr də məhv oldu.
ונדמו נאות השלום מפני חרון אף יהוה׃
38 Rəbb cavan aslan kimi Yuvasını tərk etdi. Rəbbin qəzəbi üzündən – Zor işlədənin qızğın qəzəbi üzündən Ölkələri viran oldu».
עזב ככפיר סכו כי היתה ארצם לשמה מפני חרון היונה ומפני חרון אפו׃

< Yeremya 25 >