< Yeremya 24 >

1 Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi.
הראני יהוה והנה שני דודאי תאנים מועדים לפני היכל יהוה אחרי הגלות נבוכדראצר מלך בבל את יכניהו בן יהויקים מלך יהודה ואת שרי יהודה ואת החרש ואת המסגר מירושלם ויבאם בבל
2 Bir səbətdə ilk məhsula oxşayan çox yaxşı əncirlər, o biri səbətdə isə əzik olduqları üçün yeməyə yararsız olan çox pis əncirlər var idi.
הדוד אחד תאנים טבות מאד כתאני הבכרות והדוד אחד תאנים רעות מאד אשר לא תאכלנה מרע
3 Rəbb mənə dedi: «Nə görürsən, Yeremya?» Mən dedim: «Əncir. Yaxşı əncirlər çox yaxşıdır, pis əncirlər isə çox pis, əzilib yararsız hala düşmüşdür, onları yemək olmaz».
ויאמר יהוה אלי מה אתה ראה ירמיהו ואמר תאנים התאנים הטבות טבות מאד והרעות רעות מאד אשר לא תאכלנה מרע
4 Mənə Rəbbin bu sözü nazil oldu:
ויהי דבר יהוה אלי לאמר
5 «İsrailin Allahı Rəbb belə deyir: “Buradan Xaldey ölkəsinə sürgünə göndərdiyim Yəhuda əsirlərini bu yaxşı əncirlər kimi yaxşı hesab edəcəyəm.
כה אמר יהוה אלהי ישראל כתאנים הטבות האלה כן אכיר את גלות יהודה אשר שלחתי מן המקום הזה ארץ כשדים--לטובה
6 Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq və onları yenə bu ölkəyə qaytaracağam. Onları dirçəldəcəyəm, yıxmayacağam, onları əkəcəyəm, çıxarmayacağam.
ושמתי עיני עליהם לטובה והשבתים על הארץ הזאת ובניתים ולא אהרס ונטעתים ולא אתוש
7 Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”.
ונתתי להם לב לדעת אתי כי אני יהוה והיו לי לעם ואנכי אהיה להם לאלהים כי ישבו אלי בכל לבם
8 Rəbb belə deyir: “Amma Yəhuda padşahı Sidqiyanı, onun başçılarını, Yerusəlimdə salamat qalıb bu ölkədə yaxud Misirdə yaşayanları yeməyə yararsız olan əzik əncir kimi edəcəyəm.
וכתאנים הרעות אשר לא תאכלנה מרע כי כה אמר יהוה כן אתן את צדקיהו מלך יהודה ואת שריו ואת שארית ירושלם הנשארים בארץ הזאת והישבים בארץ מצרים
9 Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar.
ונתתים לזועה (לזעוה) לרעה לכל ממלכות הארץ לחרפה ולמשל לשנינה ולקללה בכל המקמות אשר אדיחם שם
10 Özlərinə və atalarına verdiyim torpaqdan silinib qurtarana qədər üstlərinə qılınc, aclıq və vəba göndərəcəyəm”».
ושלחתי בם את החרב את הרעב ואת הדבר עד תמם מעל האדמה אשר נתתי להם ולאבותיהם

< Yeremya 24 >