< Yeremya 21 >

1 Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi:
Слово, которое было к Иеремии от Господа, когда царь Седекия прислал к нему Пасхора, сына Молхиина, и Софонию, сына Маасеи священника, сказать ему:
2 «Gəl bizim barəmizdə Rəbdən soruş. Çünki Babil padşahı Navuxodonosor bizə qarşı müharibə edir. Bəlkə Rəbb keçmişdə etdiyi möcüzələrə bənzər bir şey edər və Navuxodonosor bizdən əl çəkər?»
“вопроси о нас Господа, ибо Навуходоносор, царь Вавилонский, воюет против нас; может быть, Господь сотворит с нами что-либо такое, как все чудеса Его, чтобы тот отступил от нас”.
3 O zaman Yeremya onlara dedi: «Sidqiyaya söyləyin ki,
И сказал им Иеремия: так скажите Седекии:
4 İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam.
так говорит Господь, Бог Израилев: вот, Я обращу назад воинские орудия, которые в руках ваших, которыми вы сражаетесь с царем Вавилонским и с Халдеями, осаждающими вас вне стены, и соберу оные посреди города сего;
5 Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam.
и Сам буду воевать против вас рукою простертою и мышцею крепкою, во гневе и в ярости и в великом негодовании;
6 Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”.
и поражу живущих в сем городе - и людей и скот; от великой язвы умрут они.
7 Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.
А после того, говорит Господь, Седекию, царя Иудейского, слуг его и народ, и оставшихся в городе сем от моровой язвы, меча и голода, предам в руки Навуходоносора, царя Вавилонского, и в руки врагов их и в руки ищущих души их; и он поразит их острием меча и не пощадит их, и не пожалеет и не помилует.
8 Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram.
И народу сему скажи: так говорит Господь: вот, Я предлагаю вам путь жизни и путь смерти:
9 Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq.
кто останется в этом городе, тот умрет от меча и голода и моровой язвы; а кто выйдет и предастся Халдеям, осаждающим вас, тот будет жив, и душа его будет ему вместо добычи;
10 Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”.
ибо Я обратил лице Мое против города сего, говорит Господь, на зло, а не на добро; он будет предан в руки царя Вавилонского, и тот сожжет его огнем.
11 Yəhuda padşahının ailəsinə söylə ki, Rəbbin sözünü eşidin.
И дому царя Иудейского скажи: слушайте слово Господне:
12 Ey Davud nəsli, Rəbb belə deyir: “Hər səhər ədalətlə rəftar edin, Məzlumu zalımın əlindən qurtarın. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi çıxıb yandıracaq, Onu söndürən olmayacaq”.
дом Давидов! так говорит Господь: с раннего утра производите суд и спасайте обижаемого от руки обидчика, чтобы ярость Моя не вышла, как огонь, и не разгорелась по причине злых дел ваших до того, что никто не погасит.
13 Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?”
Вот, Я - против тебя, жительница долины, скала равнины, говорит Господь, - против вас, которые говорите: “кто выступит против нас и кто войдет в жилища наши?”
14 Rəbb bəyan edir: “Mən sizi əməllərinizin Bəhrəsinə görə cəzalandıracağam. Meşələrinə elə od vuracağam ki, Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”».
Но Я посещу вас по плодам дел ваших, говорит Господь, и зажгу огонь в лесу вашем, и пожрет все вокруг него.

< Yeremya 21 >