< Yeremya 20 >

1 Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi.
祭司音麦的儿子巴施户珥作耶和华殿的总管,听见耶利米预言这些事,
2 Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı.
他就打先知耶利米,用耶和华殿里便雅悯高门内的枷,将他枷在那里。
3 Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu.
次日,巴施户珥将耶利米开枷释放。于是耶利米对他说:“耶和华不是叫你的名为巴施户珥,乃是叫你玛歌珥·米撒毕,
4 Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək.
因耶和华如此说:‘我必使你自觉惊吓,你也必使众朋友惊吓;他们必倒在仇敌的刀下,你也必亲眼看见;我必将犹大人全交在巴比伦王的手中,他要将他们掳到巴比伦去,也要用刀将他们杀戮。
5 Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar.
并且我要将这城中的一切货财和劳碌得来的,并一切珍宝,以及犹大君王所有的宝物,都交在他们仇敌的手中;仇敌要当作掠物带到巴比伦去。
6 Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».
你这巴施户珥和一切住在你家中的人都必被掳去;你和你的众朋友,就是你向他们说假预言的,都必到巴比伦去,要死在那里,葬在那里。’”
7 Ya Rəbb, Sən məni məcbur etdin, Mən də məcbur oldum. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, Hər kəs mənimlə əylənir.
耶和华啊,你曾劝导我, 我也听了你的劝导。 你比我有力量,且胜了我。 我终日成为笑话, 人人都戏弄我。
8 Çünki mən danışmağa başlayan kimi Fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü Mən bütün gün rüsvay oldum, Təhqir edildim.
我每逢讲论的时候,就发出哀声, 我喊叫说:有强暴和毁灭! 因为耶和华的话终日成了我的凌辱、讥刺。
9 Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm.
我若说:我不再提耶和华, 也不再奉他的名讲论, 我便心里觉得 似乎有烧着的火闭塞在我骨中, 我就含忍不住,不能自禁。
10 Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər.
我听见了许多人的谗谤, 四围都是惊吓; 就是我知己的朋友也都窥探我, 愿我跌倒,说: 告他吧,我们也要告他! 或者他被引诱, 我们就能胜他, 在他身上报仇。
11 Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq.
然而,耶和华与我同在, 好像甚可怕的勇士。 因此,逼迫我的必都绊跌, 不能得胜; 他们必大大蒙羞, 就是受永不忘记的羞辱, 因为他们行事没有智慧。
12 Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, Fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın Qisası görsün! Çünki işimi Sənə tapşırdım.
试验义人、察看人肺腑心肠的万军之耶和华啊, 求你容我见你在他们身上报仇, 因我将我的案件向你禀明了。
13 Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri Zalımların əlindən qurtardı.
你们要向耶和华唱歌; 赞美耶和华! 因他救了穷人的性命脱离恶人的手。
14 Doğulduğum gün lənətə gəlsin! Anamın məni doğduğu günə Bir daş düşsün!
愿我生的那日受咒诅; 愿我母亲产我的那日不蒙福!
15 Atamı çox sevindirərək «Bir oğlan uşağın oldu!» Deyə müjdə verən adam Lənətə gəlsin.
给我父亲报信说“你得了儿子”, 使我父亲甚欢喜的, 愿那人受咒诅。
16 Qoy o adam Rəbbin Yazığı gəlməyib dağıtdığı Şəhərlər kimi olsun! Səhər fəryad, Günorta nalə eşitsin.
愿那人像耶和华所倾覆而不后悔的城邑; 愿他早晨听见哀声, 晌午听见呐喊;
17 Çünki bətndə ikən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı, Bətni daim hamilə qalardı.
因他在我未出胎的时候不杀我, 使我母亲成了我的坟墓, 胎就时常重大。
18 Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?
我为何出胎见劳碌愁苦, 使我的年日因羞愧消灭呢?

< Yeremya 20 >