< Yeremya 18 >

1 Rəbdən Yeremyaya bu söz nazil oldu:
הדבר אשר היה אל ירמיהו מאת יהוה לאמר
2 «Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm».
קום וירדת בית היוצר ושמה אשמיעך את דברי
3 Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir.
וארד בית היוצר והנהו (והנה הוא) עשה מלאכה על האבנים
4 Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi.
ונשחת הכלי אשר הוא עשה בחמר--ביד היוצר ושב ויעשהו כלי אחר כאשר ישר בעיני היוצר לעשות
5 Mənə yenə Rəbbin sözü nazil oldu:
ויהי דבר יהוה אלי לאמור
6 «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli.
הכיוצר הזה לא אוכל לעשות לכם בית ישראל--נאם יהוה הנה כחמר ביד היוצר כן אתם בידי בית ישראל
7 Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə
רגע אדבר על גוי ועל ממלכה לנתוש ולנתוץ ולהאביד
8 əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm.
ושב הגוי ההוא מרעתו אשר דברתי עליו--ונחמתי על הרעה אשר חשבתי לעשות לו
9 Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə
ורגע אדבר על גוי ועל ממלכה לבנות ולנטוע
10 əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm.
ועשה הרעה (הרע) בעיני לבלתי שמע בקולי--ונחמתי על הטובה אשר אמרתי להיטיב אותו
11 İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”.
ועתה אמר נא אל איש יהודה ועל יושבי ירושלם לאמר כה אמר יהוה הנה אנכי יוצר עליכם רעה וחשב עליכם מחשבה שובו נא איש מדרכו הרעה והיטיבו דרכיכם ומעלליכם
12 Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”».
ואמרו נואש כי אחרי מחשבותינו נלך ואיש שררות לבו הרע נעשה
13 Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi.
לכן כה אמר יהוה שאלו נא בגוים מי שמע כאלה שעררת עשתה מאד בתולת ישראל
14 Livanın qarı qayalı dağ yamaclarından Heç əskik olarmı? Uzaqdan axan soyuq sular quruyarmı?
היעזב מצור שדי שלג לבנון אם ינתשו מים זרים קרים--נוזלים
15 Amma xalqım Məni unutdu, Saxta allahlara buxur yandırdı. Bu allahlar onların gedəcəyi yollarda, Qədim yollarda büdrəmələrinə səbəb oldu, Onları hamar olmayan Dolanbac yollarda gəzdirdilər.
כי שכחני עמי לשוא יקטרו ויכשלום בדרכיהם שבילי עולם ללכת נתיבות דרך לא סלולה
16 Ölkələri viran ediləcək, Əbədi kinayə hədəfinə çevriləcək. Onda oradan ötən hər kəs Heyrətə gəlib başını bulayacaq.
לשום ארצם לשמה שרוקת (שריקת) עולם כל עובר עליה ישם ויניד בראשו
17 Onları səmum küləyi kimi Düşmən önündə pərən-pərən salacağam. Onlara fəlakət günündə Üzümü deyil, arxamı göstərəcəyəm».
כרוח קדים אפיצם לפני אויב ערף ולא פנים אראם ביום אידם
18 O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».
ויאמרו לכו ונחשבה על ירמיהו מחשבות--כי לא תאבד תורה מכהן ועצה מחכם ודבר מנביא לכו ונכהו בלשון ואל נקשיבה אל כל דבריו
19 Ya Rəbb, mənə yaxşı qulaq as, Mənimlə çəkişənlərin sözünü eşit.
הקשיבה יהוה אלי ושמע לקול יריבי
20 Yaxşılığın əvəzində pislik edilərmi? Onlar canımı almaq üçün quyu qazır. Unutma, mən önündə ona görə dayanmışam ki, Onlar üçün yaxşı şey istəyim, Onlardan qəzəbini döndərim.
הישלם תחת טובה רעה כי כרו שוחה לנפשי זכר עמדי לפניך לדבר עליהם טובה להשיב את חמתך מהם
21 Buna görə də onların övladlarını Aclığa ver, qılınc ağzına təslim et. Qadınları uşaqsız və dul qalsın, Ərlərini ölüm aparsın. Cavanlarını müharibədə qılınc öldürsün.
לכן תן את בניהם לרעב והגרם על ידי חרב ותהינה נשיהם שכלות ואלמנות ואנשיהם יהיו הרגי מות בחוריהם מכי חרב במלחמה
22 Sən onların üzərinə Qəflətən qarətçilər göndərəndə Qoy evlərindən fəryad eşidilsin. Çünki məni tutmaq üçün quyu qazdılar, Ayağımın altında gizlincə tələ qurdular.
תשמע זעקה מבתיהם כי תביא עליהם גדוד פתאם כי כרו שיחה (שוחה) ללכדני ופחים טמנו לרגלי
23 Ancaq, ya Rəbb, məni öldürmək üçün Qurduqları bütün qəsdləri Sən bilirsən. Təqsirlərini bağışlama, Günahlarını önündən silmə. Sənin önündə yıxılsınlar, Qəzəbin vaxtı onlara qarşı hərəkət et.
ואתה יהוה ידעת את כל עצתם עלי למות--אל תכפר על עונם וחטאתם מלפניך אל תמחי והיו (ויהיו) מכשלים לפניך בעת אפך עשה בהם

< Yeremya 18 >