< Yeremya 16 >

1 Mənə Rəbbin bu sözü nazil oldu:
بار دیگر خداوند با من سخن گفت و فرمود:
2 «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın.
«تو نباید در چنین مکانی ازدواج کنی و صاحب فرزند شوی،
3 Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir:
چون کودکانی که در اینجا به دنیا بیایند همراه پدران و مادرانشان
4 “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”.
در اثر بیماریهای کشنده خواهند مرد؛ کسی برای آنها ماتم نخواهد گرفت؛ جنازه‌هایشان دفن نخواهند شد بلکه همچون فضله بر روی زمین باقی خواهند ماند. آنها در اثر جنگ و قحطی کشته خواهند شد و لاشه‌هایشان را لاشخورها و جانوران خواهند خورد.
5 Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir.
من برکت خود را از ایشان گرفته‌ام و از احسان و رحمت خود محرومشان کرده‌ام؛ پس تو برای آنها نه ماتم بگیر و نه گریه کن!
6 “Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq.
در این سرزمین چه ثروتمند و چه فقیر، همه خواهند مرد، ولی جنازه‌هایشان دفن نخواهند شد؛ نه کسی برای آنها ماتم خواهد گرفت، نه خود را برای ایشان مجروح خواهد کرد و نه موهای سرش را خواهد تراشید،
7 Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək.
و نه کسی برای تسلی‌شان با آنها بر سر سفره خواهد نشست؛ حتی در مرگ والدینشان نیز هیچ‌کس با ایشان همدردی نخواهد کرد!
8 Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”.
«پس تو از هم اکنون دیگر در مهمانیها و جشنهای آنها شرکت نکن، و حتی با ایشان غذا هم نخور!
9 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”.
چون من، خداوند لشکرهای آسمان، خدای بنی‌اسرائیل در طول زندگی‌تان و در برابر چشمانتان، به تمام خنده‌ها و خوشیها، به همۀ نغمه‌های شاد، و همهٔ جشنهای عروسی پایان خواهم داد.
10 Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?”
«وقتی تمام این چیزها را به مردم بازگو کنی، خواهند پرسید:”چرا خداوند چنین مجازات سختی برای ما در نظر گرفته است؟ مگر تقصیرمان چیست؟ به یهوه خدای‌مان چه گناهی کرده‌ایم؟“
11 Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər.
آنگاه به ایشان بگو که خداوند چنین پاسخ می‌دهد:”علّت این است که پدران شما مرا ترک کرده، از بتها پیروی نمودند و قوانین مرا اطاعت نکردند.
12 Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz.
ولی شما از پدرانتان هم بدکارتر هستید. شما در پی هوسهای گناه‌آلود خود می‌روید و نمی‌خواهید مرا پیروی کنید؛
13 Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”».
از این رو شما را از این سرزمین بیرون انداخته، به سرزمینی خواهم راند که هرگز نه خود شما آنجا بوده‌اید و نه اجدادتان؛ در آنجا می‌توانید شبانه روز به بت‌پرستی بپردازید و من هم دیگر بر شما رحم نخواهم نمود.“»
14 Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər,
با این حال خداوند می‌فرماید: «زمانی می‌آید که مردم هرگاه بخواهند در مورد کارهای شگفت‌انگیز من گفتگو کنند، دیگر اعمال عجیب مرا به هنگام بیرون آوردن بنی‌اسرائیل از مصر، ذکر نخواهند نمود، بلکه در این باره سخن خواهند گفت که من چگونه بنی‌اسرائیل را از سرزمین شمال و همۀ سرزمینهایی که ایشان را به آنها رانده بودم، باز آورده‌ام. بله، من ایشان را به سرزمینی که به پدرانشان داده‌ام باز خواهم گرداند!»
15 amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam».
16 Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar.
خداوند می‌فرماید: «اکنون به دنبال ماهیگیران بسیار می‌فرستم تا بیایند و شما را از اعماق دریا که در آنجا از ترس خشم من خود را پنهان کرده‌اید، صید کنند! همچنین به دنبال شکارچیان بسیار خواهم فرستاد تا شما را شکار کنند، همان‌گونه که گوزن را در کوهها و تپه‌ها، و بز کوهی را در میان صخره‌ها شکار می‌کنند.
17 Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz.
من با دقت مراقب رفتار شما هستم و هیچ عمل شما از نظر من مخفی نیست؛ هرگز نمی‌توانید گناهانتان را از من پنهان کنید؛
18 İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular».
من به سبب همهٔ آنها شما را دو برابر مجازات می‌کنم، چون با بتهای نفرت‌انگیز خود، زمین مرا آلوده کرده‌اید و آن را با اعمال بدتان پر ساخته‌اید.»
19 Ya Rəbb, qüvvətim və qalam, Sıxıntı günündə sığınacağım! Millətlər yer üzünün qurtaracağınadək hər yerdən Sənin yanına gəlib deyəcək: «Atalarımız saxta və puç bütlərə – Heç bir fayda görmədikləri şeylərə varis oldu.
ای خداوند، ای قوت من، ای پشتیبان من، که به هنگام سختی پناهگاهم هستی، قومها از سراسر جهان نزد تو آمده، خواهند گفت: «پدران ما چقدر نادان بودند که خدایان پوچ و دروغین را پیروی می‌کردند!
20 Adam da özünə bütlər düzəldər? Axı onlar allah deyil.
آیا انسان می‌تواند برای خود خدا بسازد؟ بُتی که به دست انسان ساخته شود خدا نیست!»
21 Buna görə də onlara göstərəcəyəm, Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm. Onda biləcəklər ki, adım Rəbdir.
خداوند می‌گوید: «قدرت و توانایی خود را به آنها نشان خواهم داد و سرانجام به ایشان خواهم فهماند که تنها من خداوند هستم.»

< Yeremya 16 >