< Yeremya 13 >
1 Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma».
The LORD said to me, “Go, and buy yourself a linen belt, and put it on your waist, and don’t put it in water.”
2 Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım.
So I bought a belt according to the LORD’s word, and put it on my waist.
3 Mənə yenə Rəbbin sözü nazil oldu:
The LORD’s word came to me the second time, saying,
4 «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət».
“Take the belt that you have bought, which is on your waist, and arise, go to the Euphrates, and hide it there in a cleft of the rock.”
5 Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim.
So I went and hid it by the Euphrates, as the LORD commanded me.
6 Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür».
After many days, the LORD said to me, “Arise, go to the Euphrates, and take the belt from there, which I commanded you to hide there.”
7 Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.
Then I went to the Euphrates, and dug, and took the belt from the place where I had hidden it; and behold, the belt was ruined. It was profitable for nothing.
8 O zaman mənə Rəbbin bu sözü nazil oldu:
Then the LORD’s word came to me, saying,
9 «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm.
“The LORD says, ‘In this way I will ruin the pride of Judah, and the great pride of Jerusalem.
10 Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”.
This evil people, who refuse to hear my words, who walk in the stubbornness of their heart, and have gone after other gods to serve them and to worship them, will even be as this belt, which is profitable for nothing.
11 Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.
For as the belt clings to the waist of a man, so I have caused the whole house of Israel and the whole house of Judah to cling to me,’ says the LORD; ‘that they may be to me for a people, for a name, for praise, and for glory; but they would not hear.’
12 Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?”
“Therefore you shall speak to them this word: ‘The LORD, the God of Israel says, “Every container should be filled with wine.”’ They will tell you, ‘Do we not certainly know that every container should be filled with wine?’
13 O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”.
Then tell them, ‘The LORD says, “Behold, I will fill all the inhabitants of this land, even the kings who sit on David’s throne, the priests, the prophets, and all the inhabitants of Jerusalem, with drunkenness.
14 Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».
I will dash them one against another, even the fathers and the sons together,” says the LORD: “I will not pity, spare, or have compassion, that I should not destroy them.”’”
15 Eşidin və qulaq asın, Qürurlu olmayın, Çünki Rəbb belə söylədi.
Hear, and give ear. Don’t be proud, for the LORD has spoken.
16 Nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər.
Give glory to the LORD your God, before he causes darkness, and before your feet stumble on the dark mountains, and while you look for light, he turns it into the shadow of death, and makes it deep darkness.
17 Ancaq siz ona qulaq asmasanız, Gözlərim acı-acı yaş tökəcək, Göz yaşları sel kimi axacaq. Çünki Rəbbin sürüsünü Sürgün etdilər.
But if you will not hear it, my soul will weep in secret for your pride. My eye will weep bitterly, and run down with tears, because the LORD’s flock has been taken captive.
18 Padşaha və onun anasına söylə: «Taxtınızdan enin, Çünki şərəf tacınız başınızdan düşdü».
Say to the king and to the queen mother, “Humble yourselves. Sit down, for your crowns have come down, even the crown of your glory.
19 Negev şəhərlərinin darvazaları bağlandı, Açan yoxdur. Bütün Yəhuda sürgün edildi, Hamı sürgün edildi.
The cities of the South are shut up, and there is no one to open them. Judah is carried away captive: all of them. They are wholly carried away captive.
20 Başınızı qaldırıb Şimaldan gələnləri görün. Sənə verilən sürü, Sənin gözəl sürün haradadır?
Lift up your eyes, and see those who come from the north. Where is the flock that was given to you, your beautiful flock?
21 Rəbb müttəfiq kimi hazırladığın adamları Sənə hakim qoyanda nə deyəcəksən? Məgər doğan qadının çəkdiyi sancı kimi Səni də ağrı tutmayacaqmı?
What will you say when he sets over you as head those whom you have yourself taught to be friends to you? Won’t sorrows take hold of you, as of a woman in travail?
22 Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.
If you say in your heart, “Why have these things come on me?” Your skirts are uncovered because of the greatness of your iniquity, and your heels suffer violence.
23 Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz.
Can the Ethiopian change his skin, or the leopard his spots? Then may you also do good, who are accustomed to do evil.
24 «Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm.
“Therefore I will scatter them as the stubble that passes away by the wind of the wilderness.
25 Sənə düşən püşk, Mənim sənə ayırdığım pay budur» Rəbb belə bəyan edir. «Çünki Məni unutdun, Yalana güvəndin.
This is your lot, the portion measured to you from me,” says the LORD, “because you have forgotten me, and trusted in falsehood.”
26 Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün.
Therefore I will also uncover your skirts on your face, and your shame will appear.
27 Çöldəki təpələr üzərində Gördüyün iyrənc işləri, Zinakarlığını, şəhvətlə kişnəməyini, Həyasız əxlaqsızlığını gördüm. Vay halına, ey Yerusəlim! Sən nə vaxta qədər Təmizlənə bilməyəcəksən?»
I have seen your abominations, even your adulteries and your neighing, the lewdness of your prostitution, on the hills in the field. Woe to you, Jerusalem! You will not be made clean. How long will it yet be?”