< Yeremya 12 >
1 Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır?
上主,幾時我與你爭論,總是你有理;但我仍願與你討論正義:「為什麼惡人的生活總是順利,一般詭詐極惡的人總享安寧﹖
2 Onları Sən əkdin, kök saldılar, Qol-budaq atdılar, Bar verdilər. Sən onların dillərinə yaxınsan, Amma ürəklərindən uzaqsan.
你栽植了他們,他們就生長根滋長,結出果實;他們的口離你近,他們的心卻離你遠。
3 Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla.
至於你,上主,你是認識我的,你考察了我對你的心意;求你把他們像待宰的羔羊一樣拉出來,留待宰殺的一天。
4 Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.
[這地要哀傷,整個田野的草木要枯萎到幾時﹖由於居民的邪惡,野獸和飛鳥都被消滅。] 因為他們說:「天主不管我們的作為。」
5 «Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa, Atlarla necə yarışa bilərsən? Əgər əmin-amanlıq olan torpaqda büdrəsən, İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?
「你與人徒步競走,尚覺疲乏,你怎麼能與馬角逐﹖在平安的地區尚覺不安,在約旦河的叢林區,你更將何如﹖
6 Hətta öz qardaşların – ata evin də Sənə xəyanət etdi, Onlar da sənin ardınca Ucadan bağırdı. Sənə yaxşı sözlər söyləsələr də, Onlara inanma.
連你的兄弟和你的父族對你都無誠意,在你後面厲聲喊叫;即便他們對說好話,你也不要相信。」
7 Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.
「 離開了我的家,拋棄了我的產業,將我最心愛的人交在敵人的手中。
8 İrsim Mənim üçün Meşədəki aslan kimi oldu. Üstümə nərə çəkdi, Buna görə də ona nifrət etdim.
我的產業對我竟好像是森林中的獅子,向我咆哮,為我憎恨他它。
9 İrsim Mənim üçün Alabəzək yırtıcı quş oldumu? Hər tərəfdən yırtıcı quşlar Onun üstünə töküldü. Gedin bütün vəhşi heyvanları toplayın, Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.
我的產業對我竟成了一隻帶斑點的鷙鳥,以致鷙鳥圍著向它襲擊。你們去田黟的一切野獸,叫它們來吞噬。
10 Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi.
許多牧童毀壞了我的葡萄園,蹂躝了我的產業,使我喜愛的產業變為荒蕪的曠野。
11 Onu xaraba qoydular, Xarabalıq içində önümdə ağlayır. Bütün ölkə viran oldu, Amma heç kəsin vecinə deyil.
他們使它荒涼,荒涼得在我面前哀傷;全地荒涼,因為沒有一人關心。
12 Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır.
破壞者已來到曠野的一切高崗上,因為上主的刀劍正在砍伐,從地極到地極,凡有血肉的,都不得安寧。
13 Onlar buğda əkdi, qanqal biçdi. Zəhmət çəkdilər, xeyir görmədilər. Rəbbin qızğın qəzəbindən ötrü Məhsullarınızdan utanacaqsınız».
他們播種了麥子,卻收割了荊棘;雖筋疲力竭,卻沒有利益;由於上主的憤怒,都因自己的收穫而害羞。
14 Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam.
上主這樣說:關於那些險惡的鄰邦.即侵犯我給予我民以色列佔有的產業的鄰邦,看,我要由他們的地上將他們拔除,也要由他們中拔除猶大家。
15 Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam.
在我拔除他們以後,我要再憐憫他們,引他們復歸自己的產業,各回自己的故鄉。
16 Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar.
設若他們殷勤學走我人民的道路,奉我名發誓說:「上主永在」,如同他們昔日教我人民奉巴耳發誓一樣,他們就可在我的人民中再度復興。
17 Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.
倘若他們不聽從,我必拔除這民族,將他們拔除消滅──上主的斷語。