< Yeremya 11 >

1 Rəbdən Yeremyaya bu söz nazil oldu:
הַדָּבָר אֲשֶׁר הָיָה אֶֽל־יִרְמְיָהוּ מֵאֵת יְהוָה לֵאמֹֽר׃
2 «Bu əhdin sözlərinə qulaq asın, Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara söyləyib
שִׁמְעוּ אֶת־דִּבְרֵי הַבְּרִית הַזֹּאת וְדִבַּרְתָּם אֶל־אִישׁ יְהוּדָה וְעַל־יֹשְׁבֵי יְרוּשָׁלָֽ͏ִם׃
3 bildirin ki, İsrailin Allahı Rəbb belə deyir: “Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun.
וְאָמַרְתָּ אֲלֵיהֶם כֹּֽה־אָמַר יְהוָה אֱלֹהֵי יִשְׂרָאֵל אָרוּר הָאִישׁ אֲשֶׁר לֹא יִשְׁמַע אֶת־דִּבְרֵי הַבְּרִית הַזֹּֽאת׃
4 Bu əhd barəsində Mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr edib dedim: ‹Mənim sözümə qulaq asın, sizə əmr etdiyim hər şeyi edin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.
אֲשֶׁר צִוִּיתִי אֶת־אֲבֽוֹתֵיכֶם בְּיוֹם הוֹצִיאִֽי־אוֹתָם מֵאֶֽרֶץ־מִצְרַיִם מִכּוּר הַבַּרְזֶל לֵאמֹר שִׁמְעוּ בְקוֹלִי וַעֲשִׂיתֶם אוֹתָם כְּכֹל אֲשֶׁר־אֲצַוֶּה אֶתְכֶם וִהְיִיתֶם לִי לְעָם וְאָנֹכִי אֶהְיֶה לָכֶם לֵאלֹהִֽים׃
5 Belə etsəniz, Mən də atalarınıza and içib vəd verdiyim şeyə əməl edərəm, bu gün sizin olan torpağı – süd və bal axan torpağı sizə verərəm›”». Mən də cavab verib «amin, ya Rəbb» dedim.
לְמַעַן הָקִים אֶת־הַשְּׁבוּעָה אֲשֶׁר־נִשְׁבַּעְתִּי לַאֲבֽוֹתֵיכֶם לָתֵת לָהֶם אֶרֶץ זָבַת חָלָב וּדְבַשׁ כַּיּוֹם הַזֶּה וָאַעַן וָאֹמַר אָמֵן ׀ יְהוָֽה׃
6 Rəbb mənə dedi: «Bu sözlərin hamısını Yəhuda şəhərlərində və Yerusəlim küçələrində car çəkib söylə: “Bu əhdin sözlərinə qulaq asın, onlara əməl edin”.
וַיֹּאמֶר יְהוָה אֵלַי קְרָא אֶת־כָּל־הַדְּבָרִים הָאֵלֶּה בְּעָרֵי יְהוּדָה וּבְחֻצוֹת יְרוּשָׁלַ͏ִם לֵאמֹר שִׁמְעוּ אֶת־דִּבְרֵי הַבְּרִית הַזֹּאת וַעֲשִׂיתֶם אוֹתָֽם׃
7 Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”.
כִּי הָעֵד הַעִדֹתִי בַּאֲבֽוֹתֵיכֶם בְּיוֹם הַעֲלוֹתִי אוֹתָם מֵאֶרֶץ מִצְרַיִם וְעַד־הַיּוֹם הַזֶּה הַשְׁכֵּם וְהָעֵד לֵאמֹר שִׁמְעוּ בְּקוֹלִֽי׃
8 Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi».
וְלֹא שָֽׁמְעוּ וְלֹֽא־הִטּוּ אֶת־אָזְנָם וַיֵּלְכוּ אִישׁ בִּשְׁרִירוּת לִבָּם הָרָע וָאָבִיא עֲלֵיהֶם אֶֽת־כָּל־דִּבְרֵי הַבְּרִית־הַזֹּאת אֲשֶׁר־צִוִּיתִי לַעֲשׂוֹת וְלֹא עָשֽׂוּ׃
9 Sonra Rəbb mənə dedi: «Yəhuda adamları və Yerusəlimdə yaşayanlar arasında bir qəsd üzə çıxdı.
וַיֹּאמֶר יְהוָה אֵלָי נִֽמְצָא־קֶשֶׁר בְּאִישׁ יְהוּדָה וּבְיֹשְׁבֵי יְרוּשָׁלָֽ͏ִם׃
10 Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa allahların tərəfdarı olub onlara qulluq etdilər. İsrail və Yəhuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu.
שָׁבוּ עַל־עֲוֺנֹת אֲבוֹתָם הָרִֽאשֹׁנִים אֲשֶׁר מֵֽאֲנוּ לִשְׁמוֹעַ אֶת־דְּבָרַי וְהֵמָּה הָלְכוּ אַחֲרֵי אֱלֹהִים אֲחֵרִים לְעָבְדָם הֵפֵרוּ בֵֽית־יִשְׂרָאֵל וּבֵית יְהוּדָה אֶת־בְּרִיתִי אֲשֶׁר כָּרַתִּי אֶת־אֲבוֹתָֽם׃
11 Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm.
לָכֵן כֹּה אָמַר יְהוָה הִנְנִי מֵבִיא אֲלֵיהֶם רָעָה אֲשֶׁר לֹֽא־יוּכְלוּ לָצֵאת מִמֶּנָּה וְזָעֲקוּ אֵלַי וְלֹא אֶשְׁמַע אֲלֵיהֶֽם׃
12 O zaman Yəhuda şəhərlərinin əhalisi və Yerusəlimdə yaşayanlar gedib buxur yandırdıqları allahlara üz tutub fəryad edəcək, amma başlarına bəla gələn vaxt bu allahlar onlara heç kömək etməyəcək.
וְהָֽלְכוּ עָרֵי יְהוּדָה וְיֹשְׁבֵי יְרוּשָׁלִַם וְזָֽעֲקוּ אֶל־הָאֱלֹהִים אֲשֶׁר הֵם מְקַטְּרִים לָהֶם וְהוֹשֵׁעַ לֹֽא־יוֹשִׁיעוּ לָהֶם בְּעֵת רָעָתָֽם׃
13 Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yəhuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz”.
כִּי מִסְפַּר עָרֶיךָ הָיוּ אֱלֹהֶיךָ יְהוּדָה וּמִסְפַּר חֻצוֹת יְרוּשָׁלִַם שַׂמְתֶּם מִזְבְּחוֹת לַבֹּשֶׁת מִזְבְּחוֹת לְקַטֵּר לַבָּֽעַל׃
14 Sən bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə. Çünki fəlakətlərindən ötrü Mənə tərəf fəryad edəndə qulaq asmayacağam.
וְאַתָּה אַל־תִּתְפַּלֵּל בְּעַד־הָעָם הַזֶּה וְאַל־תִּשָּׂא בַעֲדָם רִנָּה וּתְפִלָּה כִּי אֵינֶנִּי שֹׁמֵעַ בְּעֵת קָרְאָם אֵלַי בְּעַד רָעָתָֽם׃
15 Sevimli xalqım, pis niyyətlər qurarkən Mənim evimdə nə işin var? Təqdis olunmuş ətin çoxluğu ilə Üzərinizdən bəla çəkilərmi? Çünki sən pis iş görəndə sevinirsən.
מֶה לִֽידִידִי בְּבֵיתִי עֲשׂוֹתָהּ הַֽמְזִמָּתָה הָֽרַבִּים וּבְשַׂר־קֹדֶשׁ יַעַבְרוּ מֵֽעָלָיִךְ כִּי רָעָתֵכִי אָז תַּעֲלֹֽזִי׃
16 Rəbb sənin adını “Dadlı meyvəsi olan Yaşıl zeytun ağacı” qoydu. İndi isə böyük fırtınanın gurultusu ilə Ağaca od vuracaq, Onun budaqları qırılacaq.
זַיִת רַֽעֲנָן יְפֵה פְרִי־תֹאַר קָרָא יְהוָה שְׁמֵךְ לְקוֹל ׀ הֲמוּלָּה גְדֹלָה הִצִּית אֵשׁ עָלֶיהָ וְרָעוּ דָּלִיּוֹתָֽיו׃
17 Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi».
וַיהוָה צְבָאוֹת הַנּוֹטֵעַ אוֹתָךְ דִּבֶּר עָלַיִךְ רָעָה בִּגְלַל רָעַת בֵּֽית־יִשְׂרָאֵל וּבֵית יְהוּדָה אֲשֶׁר עָשׂוּ לָהֶם לְהַכְעִסֵנִי לְקַטֵּר לַבָּֽעַל׃
18 O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum.
וַֽיהוָה הֽוֹדִיעַנִי וָֽאֵדָעָה אָז הִרְאִיתַנִי מַעַלְלֵיהֶֽם׃
19 Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar.
וַאֲנִי כְּכֶבֶשׂ אַלּוּף יוּבַל לִטְבוֹחַ וְלֹֽא־יָדַעְתִּי כִּֽי־עָלַי ׀ חָשְׁבוּ מַחֲשָׁבוֹת נַשְׁחִיתָה עֵץ בְּלַחְמוֹ וְנִכְרְתֶנּוּ מֵאֶרֶץ חַיִּים וּשְׁמוֹ לֹֽא־יִזָּכֵר עֽוֹד׃
20 Ancaq, ey Ordular Rəbbi, Ürəkləri və fikirləri sınayan ədalətli Hakim, Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım.
וַֽיהוָה צְבָאוֹת שֹׁפֵט צֶדֶק בֹּחֵן כְּלָיוֹת וָלֵב אֶרְאֶה נִקְמָֽתְךָ מֵהֶם כִּי אֵלֶיךָ גִּלִּיתִי אֶת־רִיבִֽי׃
21 «Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir.
לָכֵן כֹּֽה־אָמַר יְהוָה עַל־אַנְשֵׁי עֲנָתוֹת הַֽמְבַקְשִׁים אֶֽת־נַפְשְׁךָ לֵאמֹר לֹא תִנָּבֵא בְּשֵׁם יְהוָה וְלֹא תָמוּת בְּיָדֵֽנוּ׃
22 Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onları cəzalandıracağam: cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək.
לָכֵן כֹּה אָמַר יְהוָה צְבָאוֹת הִנְנִי פֹקֵד עֲלֵיהֶם הַבַּֽחוּרִים יָמֻתוּ בַחֶרֶב בְּנֵיהֶם וּבְנוֹתֵיהֶם יָמֻתוּ בָּרָעָֽב׃
23 Onların nəsli də qalmayacaq, çünki Mən onlar üçün cəza gəldiyi ildə Anatot əhalisinin başına fəlakət gətirəcəyəm”».
וּשְׁאֵרִית לֹא תִֽהְיֶה לָהֶם כִּֽי־אָבִיא רָעָה אֶל־אַנְשֵׁי עֲנָתוֹת שְׁנַת פְּקֻדָּתָֽם׃

< Yeremya 11 >