< Yaqub 5 >

1 İndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib ağlayın!
הוי העשירים בכו והילילו על הצרות אשר תבאנה עליכם׃
2 Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib.
עשרכם בלה ובגדיכם אכלם עש׃
3 Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız.
זהבכם וכספכם כסתם חלאה והיתה חלאתם בכם לעדות ואכלה כמו אש את בשרכם אצרתם לכם אוצרות בקץ הימים׃
4 Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb!
הנה שכר הפעלים אספי קציר שדתיכם אשר עשקתם צעק עליכם וצעקת הקוצרים באה באזני יהוה צבאות׃
5 Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz!
התעדנתם בארץ והתענגתם והשמנתם את לבכם כמו ליום טבחה׃
6 Sizə müqavimət göstərməyən salehi məhkum edib öldürdünüz.
הרשעתם והמתם את הצדיק והוא נענה לא יפתח פיו׃
7 Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir.
לכן אחי דמו והוחילו עד בוא האדון הנה האכר מחכה לטוב תבואת האדמה בהוחילו כי ירד עליה גשם יורה ומלקוש׃
8 Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
כן הוחילו גם אתם ואמצו לבבכם כי קרוב האדון לבא׃
9 Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur!
אחי אל תתאוננו איש על רעהו פן תשפטו הנה השופט עמד לפתח׃
10 Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.
אחי הנביאים אשר דברו בשם יהוה הם יהיו לכם למופת העני והתוחלת׃
11 Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.
הנה מאשרים אנחנו את הסבלים את סבלנות איוב שמעתכם ואת אחרית האדון ראיתם כי רחום וחנון יהוה׃
12 Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, mühakiməyə düşməyəsiniz.
וראש דבר אחי לא תשבעו לא בשמים ולא בארץ ולא בכל שבועה אחרת ויהי הן שלכם הן ולא שלכם לא פן תפלו בידי הדין׃
13 Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun.
כי יצר לאיש בכם הוא יתפלל ואשר ייטב לבו הוא יזמר׃
14 Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər.
איש כי יחלה בכם יקרא את זקני הקהלה ויתפללו בעדו ויסוכהו שמן בשם יהוה׃
15 İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq.
ותפלת האמונה תושיע את החולה ויהוה יקימנו ואשר חטא יסלח לו׃
16 Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
התודו עונותיכם איש לפני רעהו והתפללו איש בעד רעהו למען תרפאו כי גדול כח תפלת הצדיק הקרא אל אלהים בחזקה׃
17 İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı.
אליהו אנוש אנוש היה כמנו והתפלל תפלה שלא יהיה מטר ולא היה מטר בארץ שלש שנים וששה חדשים׃
18 O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq da barını verdi.
וישב ויתפלל והשמים נתנו מטר והארץ הצמיחה את פריה׃
19 Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu doğru yola qaytararsa,
אחי כי יתעה איש בכם מן האמת ואיש אחר ישיבנו׃
20 qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.
ידוע ידע כי המשיב את החוטא מעקשות דרכו הוא יושיע את נפשו ממות ויכסה על המון פשעים׃

< Yaqub 5 >